Al, bu da sənə soyqırım! - Yılmaz Özdil yazır

YILMAZ ÖZDİL
54181 | 2021-04-30 17:09

Kazım Karabekir Karsı fəth etdi.

Ermənistan baş qərargah rəisini əsir götürdü.

Hesabat hazırladı, Ankaraya göndərdi. 

Erməni işğalı altında ikən Qarsda baş verənləri sadaladı. 

Dəhşət idi.

Sadəcə Qarsda mərkəzdə 1700 türk öldürülmüşdü. Süregül rayonunun 60 kəndi tamamən yox edilmişdi, insanlar və heyvanlar məhv edilmişdi. Zarşat rayonunda 25 min adam yaşayırdı, beş mini qətl edilmişdi. Sarıqamışda 57 kənd xəritədən silinmişdi. Arpaçayın 35 kəndində canı insan qalmamışdı. 

Kazım Karabekirin müşahidəçi kimi dəvət etdiyi amerikalılar bu vəhşətin fotolarını çəkmişdi.

Yeddi yaşlarında olan qızların namusuna toxunmuşdular, 30 əsgərin ard-arda təcavüz edib öldürdüyü qadınlar vardı, cinsiyyət orqanlarına odun soxularaq öldürülmüş qadınlar vardı, dərə yataqlarında uşaq-qadın cəsədləri tapılırdı, cinsi orqanları kəsilib ağızlarıba soxulmuş kişi cəsədləri var idi, itlərə yedirilən insanlar var idi, dabanlarına nal vurularaq öldürülən insanlar var idi, öldürülənlərin vücudları parçalanaraq, qolları, ayaqları, başları qəssab dükanı kimi divarlardan asılmışdı, qadınların döşləri kəsilərək divara mismarlanmışdı.

 

(Bunların hamısının Türk Tarixi Qurumu arxivində, kitablarında fotoları, sənədləri var, internetdən də tapa bilərsiniz.)

 

Erməni dəstələri 1915-1920 illəri boyunca Qars, Ərdahan, İğdır, Ərzincan, Bayburt, Ərzurum və Vanda kütləvi qətliamlar törətdi, silahsız insanları məscidlərə, samanlıqlara, tövlələrə doldurub güllələdilər. 

 


Türk Tarixi Qurumu 2003-cü ildə xarici elm adamları və xarici medianın, 67 beynəlxalq müşahidəçinin vasitəsilə Qarsın Kalo/Derecik kəndində qazıntı həyata keçirtdi.

Kütləvi məzarlı ortaya çıxarıldı. 

Yandırılaraq öldürüldüyü təsdiq edilən bir-birinə qarışmış sümüklərin çoxusu uşaqlara məxsus idi. 

Derecik kəndinin əhalisi 671 nəfər idi, 660 insan öldürülərək, yandırılaraq kütləvi şəkildə basdırılmışdı, sadəcə 11 insan xilas olmuşdu.

 


Erməni vəhşəti qorxunc udi, amma erməni propaqandası daha qorxunc idi. Torpaqlarımızda bunlar yaşanarkən amerikan, ingilis və franslz qəzetlərində "Kamalist qüvvələrin Qarsda canavarlıq etdiyini" yazırdılar, "Ermənilərin evlərini yandırdığımızı, yağmaladığımızı, qadınlarını zorladığımızı, gözəl qızları kölə kimi satdığımızı" yazırdılar. Özləri nə etmişdilərsə, "Türklər bizə etdi" kimi qələmə verirdilər. 

 



Cəmi bir misal gətirim.

Rus arxivlərində belə açıq-aşkar "Vanda erməni quldurları tərəfindən 23 min türküb qətl edildiyi" qeyd olunduğu halda Vanda xidmət edən amerikalı missioner Klarense Ussher "55 min erməni qətl edildi" deyə hesabat göndərmişdi!

 


Fransa erməni legionu qurmuşdu.

Kipr Maqosadakı hərbi düşərgədə ingilislər tərəfindən təlim görən 120 min erməni könüllüyə fransız uniforması geyindirmişdilər, bunları üstümüzə göndəriv Adananı, Mersini işğal etmişdilər. 

 

Maraşda ilk qığılcım göründü.

Fransız uniformalı işğalçı əsgər türk qadınlarına hücum etdi, çaxmaqçı Sədi yumruğuyla qarşılıq verdi, atəş açıb öldürdülər, hələ 22 yaşında idi, hadisəyə şahid olan südçü İmam belindən tapançasını çıxartdı, Səidi vuran işğalşı əsgəri öldürdü. 

Fransız uniformalı o işğalçı əsgər erməni idi. 

 


Aqop Xırlakyan Maraşın ən zəngin taciri idi. 

Erməni millətçisi idi. 

Fransız işğalçı qüvvələri komandirini şəhərin girişində zurna-nağara çaldıraraq qarşılamış, qarşısında əyilə-əyilə malikanəsinə dəvət etmişdi, işğal şərəfinə musiqili-rəqsli gecə tərtib etmişdi.

İçkinin su yerinə axdığı gecədə fransız işğalçı qüvvələri komandiri Xırlakyanın nəvəsi Helenanı rəqsə dəvət etmək istədi.

Helena nazlandı. "Məni bağışlayın, şəhərimizin qalasında türk bayrağı dalğalandığı müddətdə sizinlə rəqs edə bilmərəm" - dedi!

Fransız komandiri Helenanı xoşbəxt etmək üçün dərhal əmr verdi, Maraş qalasındakı türk bayrağı endirildi.

 

Aqop Xırlakyan Maraşı geri aldığımız gün qaçmağa çalışarkən öldürüldü, "soyqırım qurbanı" elan olundu. 

 


Adanada qulaqları kar edən partlayış baş verdi. 

Erməni yepiskopu Muşeqin evi idi. 

Məhəllədə sağlam bina qalmadı. 

Muşeqin qardaşı daxil olmaqla 30-dan çox erməni öldü. 

Guya din adamının evi idi, amma bomba emalatxanası idi. 

Fransızlar dağıntı qalıqlarında araşdırma apardılar, türklərin ad siyahısı tapıldı, öldürlməsi əmr olunan türklərin siyahısı idi. 

Əslində erməni yepiskopu Muşeq bu terror fəaliyyətlərini 20 il idi davam etdirirdi, bölgədə hər kəs bilirdi, tək-tək seçdiyi fədailərini Rusiyaya təlim almağa göndərirdi.


Kilsəsinin altında tunel var idi, silahlarla dolu.

Erməni evlərini silah anbarına çevirmişdi. 

Ermənistan bayrağı ilə gəzirdi. 

Erməni quldurlarının Zeytunda, Xaçında, Dördyolda etdikləri qorxunc qətliamlarda onun əli vardı.

Vəhşətləri dilə gətiriləsi deyildi. 

Türkləri öldürür, qanları ilə bədənlərinə xaç çəkirdilər. 

Özünə insan deyən varlıq iki-üç yaşlı uşaqların gözlərini oya bilərmi?

Oyurdular. 

Uşaqlar fəryad edə-edə can verirdilər. 

Osmanlı ordusu tərəfindən tutulma ehtimalları olab kimi İsgəndərun və Mersin limanında dayanan ingilislərə, amerikanlara sığınırdılar.

Muşeq köç ərəfəsində Misirə qaçmışdı. 

Fransız işğalı ilə geri qayıtmışdı.

Kuvayı Milliyə gələnə kimi fransız uniforması ilə Adanaya qayıdan 40 min erməni ilə birlikdə türk soyqırımı törətdilər.

Müdafiəsiz sivilləri öldürdülər, yandırdılar, yağmaladılar. 

Ağaclara asdılar, diri-diri quyulara atdılar. 

Qadınlara təcavüz etdilər. 

İncirlik kəndində türkləri bir evə yığıb top atəşilə qətl etdilər. 

Yüzə qədər türkdən ibarət qaçqın...

Canlarını xilas etmək üçün köç edirdilər. Tarsus yolunda idilət, erməni quldurları tərəfindən saxlanıldılar, Kahyaoğlu fermasına gətirildilər, kişiləri bə uşaqları bir-bir süngü ilə öldürdülər, qadınları əvvəlcə zorladılar, sonra öldürdülər, bilərziklərini, sırğalarını çıxartmaq üçün əllərini, qulaqlarını kəsdilər. 

Camili kəndinə hücum etdilər. 

Yetmişdən çox insanın boğazını kəsib Ceyhan çayına atdılar. 

Fransızlar istintaq belə aparmadılar. 

Şişmanyan adında bir quldur vardı. 

"Erməni dövləti qüvvələri komandiri" adı ilə gəzirdi. 

Polis təşkilatı qurmuşdu!

Kuvayı Milliyədən leytenant Səlahəttini tutdular, başını kəsdilər, bir topun üstünə qoydular, Adana küçələrində gəzdirdilər. 

Fransızlar guya ədalət komissiyası qurmuşdu. 

İki erməni şahid bəs edirdi. 

Bu şahidlərin ifadəsi ilə türklərin mal-mülkünü, tarlasını, heyvanını əlindən alırdılar, "əsl sahibi" kimi ermənilərə verirdilər. 

Türklərin şahidliyi qəbul edilmirdi!

Kozanda 500-dən çox türk öldürüldü. 

Kozan xəzinədarı Hamdi əfəndi məktubçu Ali Rza əfəndi, təqaüdçü yüzbaşı Mehmet bey sobada yandırıldılar. 

Saimbəylidə 500-ə qədər türk var idi, Saimbəylini geri alanda bir nəfər də olsun sağ türk qalmamışdı. 

 

Fransız bankları işğal altında olan Mersində, Adanada şöbə açmışdılar. Boşaldılar və türklərin əlindən çıxan, işğal ordusu tərəfindən əl qoyulan mülkləri almaqları üçün ermənilərə sudan ucuz qiymətə verirdilər. 

 


 

Mary Louise Graffam.

 

Qadın missioner idi. 


Massaçusetterdə dini təhsil almışdl, 1901-ci ildə Osmanlı torpaqlarına göndərilmişdi, 18 ildir Sivasda idi. 

Amerikan Qızlar Məktəbinin müdiri idi. 

Müstəqil Ermənistanın ən odlu-alovlu müdafiəçilərindən biri idi. 

1915-ci ildə dağıdıcı fəaliyyətləri səbəbilə deport edildi, Saraya edilər təzyiqlərdən sonra əfv olundu, Sivasa qayıtdı. 

Erməni "hekayə"lərini qələmə aldı, şahidsiz hadisələrdən yazdı, amerikan qəzetlərinə məktublar yazdı. 

Yazdıqları "soyqırım sənədi" kimi qəbul edildi. 

1921-ci ildə xərçəngdən öldü, Sivasda dəfn olundu. 

Erməni diasporası tərəfindən "soyqırım qurbanı" elan edildi.

 

Eyni dövrdə Merzifonda amerikab kollecində axtarış aparıldı. 

Pontus bayrağı tapıldı. 

Pontus bağış qəbzləri tapıldı. 

39 amerikalı deport edildi. 

Merzifon amerikan kolleci Pontusçu təşkilatlanmanın mərkəzi idi. 

Rəsmi adı Anadolu Kolleci idi. 


1886-cı ildə qurulmuşdu. Müəllim heyəti amerikalı, erməni və rumlardan ibarət idi. 


İnternat idi, həm qız, həm də oğlan bölməsi vardı, ingilis təmaüllü ilahiyyat məktəbi idi. 

"Protestant din adamı yetişdiririk" maskası ilı mindən çox erməni və rum gəncini yetişdirmişdilər. 

Kollec müdirinin məktubu ələ keçmişdi. 

"Nəticəni əldə etmək üçün lazım gəlsə 500 il gözləyəcəyik" - deyirdi. 


9 sentyabr İzmirə girdik. Dörd gün sonra İzmir yanğını başladı. 

Bugünkü Kültürpark ərazisində yerləşən erməni məhəlləsində başlamışdı, 25 ayrı evi dinamitlərlə partladaraq yanğın törətmişdilət, söndürməyə çalışan yanğınsöndürənlərə atış açmışdılar, dənizdən quruya külək ucbatından türk məhəlləsinə yayılacağını təxmin edirdilər, külək əsdi, yanğın əks istiqamətə yayıldı, o zamanlar Punta deyilən, Levanten məhəlləsi Alsancağı yox edərək Kordonda dayandı. 

Bunun belə olduğunu, yəni yanğının erməni məhəlləsində başladığını şəxsən ermənilər tərəfindən başladıldığını kim deyir?

İzmir xilasetmə müdiri Paul Qreskoviçin rəsmi hesabatı deyir. 

Avstriyalı idi. 

Çünki... İzmirin xilasetmə təşkilatını levanten məhəllərini sığorta edən xarici şirkətləri konsorsiumunu qurmuşdu, başına da Paul Qreskoviçi qoymuşdukar, Osmanlı vətəndaşı deyildi, maaşlı professional idi, 12 ildir bu vəzifədə işləyirdi. 

İzmir yanğınını ermənilərin törətdiyini ortaya qoyan, hətta yanğını müşahidə etmək üçüb ermənilər məhəlləsinə gedəndə belə ermənilər tərəfindən atəş açıldığınl danışan rəsmi hesabatını İstanbuldakı ABŞ təmsilçisi admiral Bristola da göndərmişdi. 

Bu hesabat indi Amerikan Konqres Kitabxanasında Bristol sənədləri arasında "38 ümumi yazışmalar" dosyesində durur. 

 


Bütün bu gerçəklərə rəğmən, İzmiri biz türklərin yandırdığı iddia edilir, hətta bu böhtanı özündə ehtiva edən Amerikan tele-serialları çəkilir. Misal üçün... Steven Spilberq və Tom Hanksın birgə hazırladığı, 2010-cu ildə göstərilən "The Pasific" adlı serialda bu yalanlardan istifadə olunub.

 

 


İzmir yanğını ərəfəsindı ABŞ-ın İzmir konsulu George Horton idi. 


Türk ordusu İzmirə girməmişdən əvvəl Vaşinqtona təcili kodu ilə teleqraf vurmuşdu. 

"Yunan ordusu tükəndi, Uşakdan, Kütahyadan, Aydından çəkildilər, çıxarkən bu şəhərləri yandırdılar, gəldiyim qənaət budur ki, İzmir xilas edilə bilməyəcək, eşitdiyimə görə, Yunan ordusu şəhəri yandıracaü, yunan əsgərlərinin silah anbarlarını partladacaqları, şəhəri talan edəcəkləri deyilir, konsulluq mənsubları ilə Amerika vətəndaşlarının həyatını silas etmək üçün təxliyyə üçün təcili kömək edin" deyirdi. 


Yardım gəldi.
 
Amerikalıları apardılar. 

ABŞ konsulluğu George Horton Yunanıstan heyranı idi. 

Arvadı da yunan idi. 


İzmirə gəlməmişdən qabaq Afinada, Selanikdə xidmət etmişdi. 

Biz türkləri şeytan kimi görürdü. Nifrət edirdi.

İzmirdən ölkəsinə qayıtdı, təqaüdə çıxdı, 1926-cı ildə “The Blight of Asia-Asiyanın Bəlası” adlı kitab yazdı. 


9 sentyabrda İzmirdən qaçarkən "Yunan ordusu Uşakı, Kütahyanı, Aydını yandırdı, İzmiri də yandıracaq" deyə rəsmi hesabat yazdığı haldı Vaşinqtonda öz əlləri ilə bu teleqrafı vurduğu halda, dörd il sonra qələmə aldığı kitabda utanmadan "İzmiri Türklər yandırdı" dedi!


Şəhərə girdikdən sonra "etnik təmizlik etdiyimizi, soyqırım törətdiyimizi, 100 min rumu öldürdüyümüzü, şəhəri talan etdiyimizi yazdı.


Belə bir əxlaqsız diplomat idi. 

 

İzmirdəki Avstriyalı xilasetmə müdirinin rəsmi hesabatına rəğmən, Amerikan dövlət arxivlərində olmasına rəğmən, hətta Amerikan Konqres Kitabxanasında olmasına rəğmən... Bu əxlaqsız diplomatın böhtan kitabı ABŞ-da bazara çıxarıldı. 

 


Türkiyəni və biz Türkləri utanmadan "soyqırımçı" elan edən Vaşinqton idarəçiliyi və erməni diasporası bax budur.


"Erməni soyqırımı" böhtanlna beləcə səssiz qalmağa davam etsək, yenə ABŞ mərkəzli "Rum soyqırımı" böhtanına hamı hazır olsun!


Dilimizə uyğunlaşdıran: Eminquey

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV