1923.
İyul.
Cümhuriyyətin elan edilməsinə üç ay qalmışdı.
Mustafa Kamal həyat yoldaşı ilə İzmirə gəlmişdi.
İkiçeşməlikdəki Ankara Kinoteatrına getdilər.
Türkiyənin ilk kinorejissoru Cemil Filmer işlədirdi.
Salonda oturdular.
Salonu gözdən keçirtdi, ağzına qədər dolu idi, hamısı da kişi.
Səbəbini bilsə də, “Cemil, niyə heç qadın yoxdur?” deyə soruşdu.
“Paşam, qadınlara yalnız çərşənbə axşamları film göstəririk” cavabını alan kimi yavərinə sarı çevrildi, “salonun yarısını boşaldın, bizi qarşılamaq üçün çöldə gözləyən qadınları içəri dəvət edin” dedi.
Qadınlar göz yaşları içində alqışlayaraq salona doluşdular.
Birlikdə “Şarlo edama məhkumdur” filmini seyr etdilər.
“Həyatımda heç vaxt bu qədər güldüyümü xatırlamıram, bunu bir daha seyr etsək, olmazmı?” – dedi.
O, bu gözəl dəqiqələri uzatmaq istəyirdi.
Qəhqəhə içində yenidən filmi seyr etdilər.
Tariximizdə ilk dəfə qadınlarla kişilər birlikdə filmə baxdılar.
★
Cümhuriyyətin diqqət mərkəzi qadın idi.
★
Mədəni Qanun qəbul edildi.
Rəsmi nikah qüvvəyə mindi.
Eyni vaxtda birdən çox qadınla evlənmək qadağa olundu.
Yaş həddi qoyuldu, kiçik yaşda evliliklər aradan qaldırıldı.
Miras hüququnda cinsiyyət ayrıseçkiliyinə son verildi.
Qadınlara siyasi haqlar - seçmə və seçilmə haqqı verildi.
Bərabər təhsil hüququ tanındı.
Peşəyə sahib olmaq haqqı verildi.
★
Qadın insan deyildi.
Hətta əhali sayılarkən belə qadınlar nəzərə alınmırdı.
iribuynuzlu heyvanlar sayılırdı, amma qadınlar sayılmırdı.
★
1923.
Lətifə ilə birlikdə gəzintiyə çıxmışdı.
Adanaya gəldilər.
Bir qrup qadın ərləri ilə xəbər yollayıb “Lətifə xanımı qonaq etmək istəyirik” dedilər.
Mustafa Kamal bu təktərəfli dəvətə etiraz etdi.
“Mənim olmadığım yerdə həyat yoldaşım da ola bilməz” dedi.
Hərəm-səlamlıq (kişilərlə qadınların eyni mühitdə olmaması) anlayışını tarixə qovuşdurdu.
★
1923.
Darülbədayi sənətçiləri İzmirə gəldi.
Cəza Qanunu pyesini göstərəcəkdilər.
Mustafa Kamalı dəvət etdilər.
“Müsəlman türk aktrisanız varmı?” deyə soruşdu, cavabı gözləmədən Ahmed Rafet Muvahhitə sarı çevrildi, “yoldaşınızı Atəşdən köynək filmində seyr etmişdim, çox da bəyənmişdim, niyə Bedia xanıma teatrda rol vermirsiniz?” dedi.
O gecə səhərə qədər Bedia xanıma həm sözlər əzbərlətdirildi, həm də məşq etdirildi.
Mustafa Kamal Lətifə ilə birlikdə Kordon Palasa gəldi, yerlərinə yələşdilər.
Bedia Muvahhit Cümhuriyyət dövründə teatr səhnəsinə çıxan ilk müsəlman türk qadını oldu.
★
1923.
İstanbulda bərə-tramvay kimi ictimai nəqliyyat vasitələrində pərdə var idi, qadınlar pərdənin arxasında otururdular, hətta ərləri ilə də yan-yana otura bilməzdilər.
Mustafa Kamal pərdələri çıxartdırdı.
Elə bir radikal qərar idi ki, yalnız mühafizəkar kişilər deyil, Üsküdar Amerikan Kollecinin məzunu, aydın bir İstanbul qadını olan Halide Edip Adıvar da etiraz etdi, “bizim pərdəmizə niyə qarışırsınız?” dedi.
Tramvaylardakı pərdəni yox etmişdi, amma zehinlərdəki pərdəni yox etmək asan deyildi.
★
1925.
Süreyya hüquq fakültəsinin ilk qız məzunu idi.
Mustafa Kamalın dostu Əhməd bəy Ağaoğlunun qızı idi, Ankarada cinayət işləri baş idarəsində işləyirdi.
Bir gün dostu Melahatla birlikdə nahar üçün İstanbul restoranına getdilər. Paytaxtda tək restoran idi, yalnız millət vəkilləri gəlirdi.
Sürəyya ilə Melahat restorana girdilər, krantın yanındakı balaca bir masada oturdular.
Hamı onlara baxırdı.
Axşam evə gedəndə atası qarşısına oturtdu, kədərli idi, “bird aha restorana getməyin, dedi-qoduya çevirirlər” dedi.
Ertəsi gün təsadüfən Mustafa Kamalla Lətifə qonaq gəldilər.
Söhbət söhbəti gətirərkən Sürəyya dözmədi, “böyük bir dərdimiz var, restorana getmək istədik, problem oldu” dedi.
Ertəsi gün… Sürəyya işdə ikən Ədliyyə naziri Mustafa Necati bəy otağa girdi, “tez hazırlaş, Paşa səni yeməyə aparacaq” dedi.
Sürəyya qaça-qaça aşağı düşdü, Mustafa Kamal maşında gözləyirdi, “Lətifə səni gözləyir, tez elə min” dedi.
Çankayaya tərəf gedərkən İstanbul restoranının önündən keçirdilər, Atatürk sürücüdən maşını saxlamasını tələb etdi.
Bütün millət vəkilləri çöldə idi.
Hamısına səslənib “Sürəyya xanım bu restorana gələcək” dedi.
Məsələ həll olunmuşdu.
Sürəyya ertəsi gün Melahatla birlikdə restorana getdi.
Ondan sonrası gün yenə gedəndə bu dəfə İstanbul millət vəkilləri Hamdullay Suphi bəylə Ali Rıza bəyin xanımları da restoranda idi.
Türk qadınının yanında kişi olmadan restorana gedə bilmək azadlığı bax belə qazanılmışdı.
★
1925.
Gecənin qonaqları arasında Abdülhak Hamit Tarhanla özündən 42 yaş kiçik yoldaşı Lucienne var idi. Lucienne belçikalıydı.
Abdülhak Hamit bir-iki qədəhdən sonra özünü itirmişə bənzəyirdi. Qonaqlar arasında başqa xanımlar da var ikən yoldaşını göstərib “varmı türklər arasında belə xanım?” dedi.
Hamı donub qalmışdı.
Musfafa Kamal özünü güclə saxlayırdı, üzü hirsindən qıpqırmızı olmuşdu, sözünü düzəldər deyə heç eşitməmiş kimi davranıb “nə buyurdunuz, bəy əfəndi?” dedi.
Abdülhak Hamit əməlli-başlı sarsaqladı.
“Mənə bəy əfəndi deməyin, lütfən, sadəcə adam deyin” dedi.
Mustafa Kamal “Bax elə onu deyə bilmədiyim üçün bəy əfəndi deyirəm də” deyə cavabını verdi.
***
Qadınların da iştirak etdiyi ballar təşkil edilməyə başlanmışdı. Amma qadınlar salonun bir tərəfindən toplaşıb dəstə-dəstə otururdular.
Hətta bufetə gedib yemək almaq üçün də tərpənmirdilər, sanki ayıb bir işmiş kimi çəkinirdilər.
Tək-tük cəsur qadını ayaq üstdə görmək olurdu.
Mustafa Kamal qadınları təşviq etmək üçün kişilərə yol göstərir, “Ayağa duran xanımlara hörmət edin, ayaqda duran xanımlara xidmət edin, oturanlar yavaş-yavaş qalxın” deyirdi.
Doğrudan belə idi, qayğı göstərirdi.
Kişi kişiyə başlayan hər gecənin sonunda qadınlar kişilərlə qaynayıb-qarışır, söhbət edirdilər.
★
Qadına qadın olaraq xitab edilməsini belə kobudluq hesab edirdi.
Axşamların birində məsələn, Selahattin Pınar yeni bəstəsini oxuyurdu.
Gel, gel, gel, gitme kadın
ruhumu hicranına yakma
inlet beni, öldür beni, ağyara bırakma
karşında esirim, bana düşman gibi bakma
Mahnı bitir, Mustafa Kamal alqışladığı halda öz təklifini də dilə gətirir.
“Çox gözəldir, amma bu “qadın” sözü burda qalın səslənmirmi? Qadının incəliyini, nəzakətini daha yaxşı ifadə edə biləcək bir söz qoyasınız, tutaq ki, “canım” desəniz, olmazmı? – dedi.
Mahnının sözlərini Selahattin Pınar yazmamışdı, buna rəğmən müdafiə edir, “zənn edirəm ki, qadın sözü yerindədir, çünki canım sözü bir kişiyə də deyilə bilər” – cavabını verir.
Mahnıdakı qadın elə qadın olaraq da qalır.
★
Sevginin nələrə qadir olduğunu bilirdi.
1936…
İngiltərə kralı Edvard İstanbula gəlmişdi.
Kürək-yelkən yarışlarını birlikdə izləyirdilər.
Kralın heyətində amerikalı bir qadın var idi.
Mustafa Kamalın iti gözləri bu detalın üstündən keçmədi, dostlarıyla söhbət edərkən “kralın o xanım əfəndiyə rəğbəti var, qorxuram bu səbəbdən taxtını itirsin” – dedi.
Elə də oldu.
Wallis Simpson ətrafına işıq saçan qadın idi. Evli idi. Kralla eşq yaşayırdı. İstanbula gələndə sevgili olduqları bilinmirdi.
İngiltərəyə qayıdanda boşandı.
Kraliyyət qanunları, ənənələr, kilsə - hamısı qarşı idilər, tək çarə var idi. Türkiyə səyahətindən üç ay sonra radiolarının başında oturan ingilis xalqı qulaqlarına inana bilmirdi, Kral Edvard dul sevgilisilə evlənə bilmək üçün taxtından əl çəkdi, qardaşı kral oldu.
★
İlk rəsm gözəllik yarışması 1929-cu ildə Cümhuriyyət qəzeti tərəfindən təşkil olundu.
Elanlar verildi, iştirak üçün qaydalar belə idi:
“İrq, din və məzhəb fərqi yoxdur. 15 yaşından böyük hər namuslu türk qızı iştirak edə bilər. Yalnız üz gözəlliyi müsabiqəsi deyil. Əndam da şərtdir”.
125 namizə qatıldı.
Halit Ziya Uşaklıgil, Peyami Safa, Cenap Şahabettin, Hüseyin Rahmi Gürpınar, Abdülhak Hamit Tarhan, rəssam İbrahim Çallı, mimar Vedat Tek, teatrdan Vasfi Rıza Zobu, Bedia Muvahhit, qəzetçilər Zekeriya Sertel, Sabiha Sertel, Vala Nurettin, Yusuf Ziya Ortaç münsif heyətində idi.
Feriha Tevfik ilk Türkiyə gözəli seçildi.
★
1932-ci ildə Keriman Halis Türkiyə gözəli seçildi.
Belçikadakı beynəlxalq finala qatılan 28 ölkə təmsilçisi ilə yarışdı.
Dünya Gözəllik Kraliçası oldu.
Cümhuriyyətdən əvvəl insan yerinə belə qoyulmayan, çarşabın, qəfəsin arxasında gizlədilən türk qadını dünyanın ən gözəl qadını oldu.
★
Mustafa Kamal təbiiliyi sevərdi, makiyajı yox.
Ətrafındakı qadınların heç biri dodaq və dırnaq boyası çəkməzdi.
“Boya küpü” – deyərdi.
★
Qadınlarla bağlı kitablar oxuyurdu.
Enis Behiçin “Tarihte Güzel Kadınlar” adlı kitabını əlindən yerə qoymamış, səhərə qədər oxuyub qurtarmışdı.
Giorgio Quartaranın “Kadın ve Tanrı” adlı kitabını, xüsusilə İslamla bağlı hissələrini işarələyərək oxumuşdu.
Qadına aid hər laızmlı məlumatı qeyd edərdi.
Yunan tarisini araşdırarkən miladdan əvvəl 600-cü illərdə Midili adasında dünyaya gələn, antic dövrün qadın şairi olan Safonu maraqla araşdırmışdı.
Kadına dair her çarpıcı bilgiyi not ederdi.
Fransız inqilabının qadın qəhrəmanlarını araşdırmışdı.
Xetlərdə qadınlar kişilərlə bərabərhüquqlu idi, siyasi kimlikləri var idi, ölkə idarəçiliyində söz sahibi idilər, rahinə, həkim, musiqiçi kimi hər sahədə var idilər.
Mustafa Kamalın Xet marağının diqqət mərkəzlərindən biri qadın idi.
★
1935.
Beynəlxalq Qadınlar Birliyini Türkiyəyə dəvət etdi.
Beynəlxalq Qadın Konqresinə ev sahibliyi etdi.
Feminizm konqresi idi.
36 ölkədən 360 qadın nümayəndə qatıldı.
ABŞ, Böyük Britaniya, Hollandiya, İsveçrə, Avstraliya, Misir, Hindistan, Bolqarıstan, Çexoslovakiya, Yeni Zelandiya, Rumıniya, Fransa, Norveç, Yuqoslaviya, Portuqaliya, Yamayka, İran, Polşa, Yunanıstan, Estoniya, Suriya, Danimarka, Misir, Belçika, Bermud Adalar, Finlandiya, İrlandiya, İslandiya, İspaniya, İsveç, İtaliya, Lüksemburq, Macarıstan, Şri-Lanka, Uruqvay…
Nümayəndələrin hamısı öz ölkələrində qadın haqları uğrunda mübarizə aparan, sənət sahibi və ya parlament üzvü idi.
Türkiyəni 24 nümayəndə təmsil etdi.
Türk Qadınlar Birliyinin sədri Lətifə Bəkir idi.
Köməkçiləri Aliye Esad, Lamia Refik ve Nermin Muvaffak idi.
Bundan əlavə, 1935-ci il seçkilərində Türkiyə Böyük Millət Məclisinə daxil olan Türkiyənin ilk qadın millət vəkilləri də orada idi.
Yıldız Sarayında təşkil olundu.
Bir həftə davam etdi.
Kürsünün arxasında iki böyük türk bayrağı var idi.
Bayraqlarımızın arasında “Justice-Ədalət” yazılmış pankart asılmışdı.
Danışıqlar fransızca, almanac, ingiliscə aparıldı.
Hüquq qarşısında kişi-qadın bərabərliyi, bərabər təhsil haqqı, bərabər peşə haqqı, iqtisadi azadlıq haqqı üzərində dayandılar.
“Uşaq gəlin” probleminə diqqət çəkildi.
Müharibələrin tək-tək fərqli ölkələrin deyil, övladların ölməsi üzündən “dünya qadınlarının ortaq problemi” olduğu diqqətə çatdırıldı.
Türk Qadınlar Birliyinin sədri Lətifə Bəkir çıxışını fransızca etdi: “Türk qadınını hərəm qəfəslərindən xilas edən, parlamentin kürsüsünə çıxaran, türk qadınını kişisinin yanında layiq olduğu yerə dəvət edən Mustafa Kamal Atatürkə minnət borcumuz var”
Beynəlxalq Qadınlar Birliyinin sədri Corbett Ashby, “Əslində feminizm konqresimizin ən mühüm hadisəsi Atatürklə görüşməkdir” dedi.
Avstraliyalı nümayəndə Kardel Oliver 28 min kilometr yol qət etmiş və həftələrlə davam edən səyahətlə gələ bilmişdir. O, “Türk qadınına və O böyük insana olan hörmətimin yanında yorğuluğumdan söz gedə bilməz”.
Misir Feminist Birliyinin sədri Hüda Şaravi "Bu konqres bizim üçün bayramdır, Türkiyə bütün Şərqdə qadın hüquqlarını tanıyan ilk ölkədir, İslam qadınlığı qurtuluşunu Atatürkə borcludur, türklər Ona Atatürk deyir, bizim üçün bu bəs etməz, O, bizim üçün Ata Şərqdir!” – dedi.
Ziyarətə gələn nümayəndələr öz milli geyimlərini geyinmişdilər.
Onlar Taksim ətrafındakı otellərdə qonaq edilmişdilər.
Pera Palasda əlaqə bürosu yaradılmışdı.
Onların İstanbula səfəri üçün xüsusi avtobuslar ayrılmışdı.
Dolmabahçedə hər gün günorta çay vaxtı olurdu.
Bəylərbəyi sarayında nahar edirdilər.
Ölkə bayraqları ilə təchiz olunmuş xüsusi bərə hazırlanmışdı.
Onlar bu bərə ilə Boğazı gəzirdilər.
Türkiyə Böyük Millət Məclisində xüsusi qanun qəbul edildi və Nobel mükafatı laureatları qazanan qadınlar - Marie Curie, Sigrid Undset, Jane Addams, Grazia Deledda, Selma Lagerlöf, Bertha von Suttner, Irenenin fotoşəkilləri olan “Beynəlxalq Qadınlar Konqresinin xatirə markaları” buraxıldı.
Özü də 1,5 milyon ədəd.
Türkiyənin müdhiş təqdimatı olmuşdu. ABŞ-dan Avstraliyaya, Misirdən Finlandiyaya dünya qəzetlərində geniş yer verildi.
Yunan qəzetlərində həm təəccüb, həm qısqanclıq, həm də böyük hörmət vardı. Akropolis qəzetinin baş yazısında bunlar yazılırdı:
“Kim təxmin edə bilərdi? 15 il əvvəl kimə desən inanardı? Hərəm həyatının yanına yaxınlaşmaq belə qadağa olan məhbus qadını, türk qadını bugün dünyanın feministlik tacını gəzdirir”.
Konqres bitdi.
Dünya Qadınlar Birliyi heyəti Ankaraya getdi.
Atatürk Çankaya köşkündə qapıda qarşıladı.
Dünya qadınlarına xitabən bu tarixi çıxışını etdi.
“Türkiyəyə gəldiyiniz və beynəlxalq konqresinizin İstanbulda keçirilməsinə razılıq verdiyiniz üçün təşəkkür edirik. Türk qadını heç bir sahədə kişilərdən geri qalmayacaq. Türk qadınları heç bir sahədə Avropa qadınlarından geri qalmayacaq. Türk qadınları daha böyük nəsilləri yetişdirməyə qadirdir. Qadınlarımızın əsl mübarizə sahəsi, əsl qələbənin qazanılmalı olduğu sahə, maskalanmış uğurdan çox, bilik, mədəniyyət və əsl fəzilətlə bəzənməkdir. Türk qadınlarının dünya qadınları ilə əl-ələ verərək dünya sülhü, dünya hüzuru üçün çalışacaqlarına əmin ola bilərsiniz”.
Cümhuriyyət qadındır.
Dilimizə uyğunlaşdıran: Eminquey