adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Aqil ABBAS: 40 il əvvəl, aprelin 1-i

AQİL ABBAS
82195 | 2018-03-31 10:05

Bugün ayın neçəsidir? Dünən ayın otuzbiriydisə, demək bu günayın biri olmalıdır. Bir il də getdi ömürdən. İyirmi dörd yox,iyirmi beş!

Düziyirmi beş il bundan əvvəl bugünkügün kim isəqaçıb atasını muştuluqlayıb ki,gözün aydın, oğlun olub. Sonra dayığışmışdılar ad qoymağa, hərəbir ad demişdi. Ana nənəsi (babalarıartıq...) iki ayağını bir başmağadirəmişdi ki, uşağınadını Məşədi Cəfərqulu qoyun. RəhmətlikMəşədi Cəfərqulu yaxşıkişi olmuşdu, yaxşıda mərsiyə deyərdi, nənəsi atasının adını yaşatmaq istəyirdi.

Atanənəsi də daş atıb başını tutmuşduki, uşağın adını Muzdur Əlişqoymasanız, mən bir də bu evəayağımı basmaram. O Muzdur Əliş ki, qarının dayısıydı, kənddə dəilk bolşevik olmuşdu, başına and içirdilər. Və o ətrafdaheç bir özündəndeyən kişi - Məşədi Cəfərqulu da onların içindəolmağınan - sözünün qabağınasöz çıxara bilməmişdi.

Ammaatası uşağın adını nəMuzdur Əliş qoymuşdu,nə də Məşədi Cəfərqulu - uşaq da uzun müddət adsızqalmışdı.

Deməli,bu gün iyirmi beş yaşı tamam olur - çox gözəl!

MehdiHüseynzadə iyirmi dörd...

Dobrolyuboviyirmi beş...

ŞirəliMüslümov yüz altmış yeddi...

Heçvaxt ad günü keçirməmişdi və elə yaxşıda eləmişdi! Adgünündə yığışırlar bir yerə, gözəl-gözəl sağlıqlar deyirlər. Sonra düzbir il - növbəti ad günü gələnədək - həmingözəl sağlıqları unudurlar, ya da eynənhəmin sağlıqları başqa ad günlərində deyirlər.

İndiyədəkheç kəs onu ad günü münasibətilə təbrik etməmişdi. Əslində, heç o da hardansa və ya kimdənsə təbrikgözləməmişdi, gözləmirdi də.

Yox,yox, ata-anası onu yaddan çıxarmamışdı. Əsla!Amma məsələ onda idi ki, kənddə ad günü dəb deyildi. Həmdə bir yox, iki yox, evdə düz səkkizuşaq vardı. Ata-ana necə yadında saxlayaydı ki, kim hansı ayın hansı günündə anadan olub. Axı bir dəbunun nə dəxli ki, insan hansı ayın hansı günündə və harda anadanolub? Ən vacibi odurki, anadan olub, vəssalam.

Evdənyapışmışdılar ki, bir qəşəng qız tap - guya itirmişdi - evlən.

Ammahələ evlənmək haqqında fikirləşmirdi. Onun zənnincə, evlənmək həyatda bəlkə də (və bəlkə də elə bəlkəsiz)ən çətin bir problem idi.

Buçətin problemi həll etmək isə hələlikonun imkan hüdudlarından kənardaydı. Ona görə də nəinkievlənməyə, heç evlənmək haqqındabir əsaslı fikirləşməyə də meylgöstərmirdi. Çünki hələtez idi və qarşısında öncə daha vacib məsələlərdururdu. Bir də ki, bu barədə özünün çox qəribə baxışları vardı. Buçox qəribə baxışlardan biri oidi ki, özü heç birtanınmış nəsildən olmadığıüçün - heçbir tarixçi, heç bir tarixi kitabdaonların nəsilləri haqqındabircə kəlmə də danışmamışdı- onun nəslindəndə nə Məhəmmədpeyğəmbər çıxacaq, nə Eynşteyn.

Bugün ayın biridir, sabah ikisi, obiri gün üçü,sonra dördü, sonra... Sonra yenəbiri!!!

Nədənsəhər dəfə ayın biri gələndə özünü çox pis hiss edirdi.

Bugün otaqdan çıxanda ev sahibi ona baxacaqdı; oda bu baxışlardan oxuyacaqdı ki, ev kirayəsininvaxtıdır. Maaş isə hələ sabaholacaq.

Maaşınhaçan verilməsinin onun üçün əhəmiyyəti olsada, ev sahibinə heç bir dəxli yox idi.

Gərəkhəyətdən elə ustalıqlaçıxa ki, evsahibiylə rastlaşmaya.

Düzdür,kirayəni iki gün, lap üç gün gecikdirsə də evsahibi danışan adam deyil. Amma özü utanırdı. Bu səmimi, mehribanadam hərdəfə ev kirayəsini alandaqızarırdı, pulu ondan utana-utanagötürürdü, hətta deyirdi də:

- Qonşu, yoxundu,qalsın.

Onun ürəyindənkeçirdi ki, verməsin, amma:

- Yox, almasaz,inciyərəm.

Əslində isəinciyib eləməzdi, əksinə, çox şadolardı. Ev sahibidə onun xətrini çox istədiyindən razı olmazdı ki, incisin və pulualardı.

Bəzən fikirləşirdiki, tutalım bu gün-sabah ev aldı, bəs sonranecə edəcək, kirə pullarını kimə verəcək. Demək,özünün evi olsa,kirə pulu da özünə qalır və maaşı həmin pulun miqdarı qədərartır. Onsuz da maaşlayaşamağa öyrənmişdi, axırıncımanatını maaşdan birgün əvvəl xərcləyərdi. Neçə dəfə istəmişdibu vərdişi dəyişsin,maaş gününə pul saxlasın, bacarmamışdı. Və bu gün də o,sonuncu manatını redaksiyanınbufetində qoyacaqdı.

Axı, bu günbaşqa günlərdən fərqlənməliydi,iyirmi beş yaşı tamam olurdu.

Səhər həmişəkitəkaçılmışdı. Radio daöz tanış proqramıəsasında verilişlərə başlamışdı. Yenə soyuducudakı pendir onu gözləyirdi.

Pəncərənin pərdəsiniqaldırıb ehtiyatla həyətəboylandı: Vəlinin arvadı deyinə-deyinəpaltar yuyurdu. Arvadının hər səhər bir bəhanətapıb deyinməsinə öyrənmiş Vəlinin isə elə bil dünya vecinədeyildi.

Oturmuşduqapının kandarında "Avrora"sını tüstülədirdi, ev sahibi isə xoşbəxtlikdən həyətdə görünmürdü.

Otaqdan çıxdı.

Vəli onu görənkimi göz vurdu və gülümsədi.O da borcluqalmadı-Vəliyə göz vurdu ki, işində ol.

Ev sahibi indicə həyətdəgörünə bilərdi. Tələsdi.Fikri qalmışdı arxada, ev sahibihər dəqiqə onu səsləyə bilərdi.Bu da həyətin qapısı.

Birdən o bədbəxthadisə baş verdi.

- Qonşu,sabahın xeyir.

Dayandı vəfikirləşdi ki, heç belə xeyirdənolmaz. Geri çevrildi, gördü ev sahibinin kefi kökdür.

- Sabahınız xeyir.

- Qonşu, pulunuzdüşüb, götürün.

Bugün aprelin biri olduğunu çox yaxşı bilirdi.Onu da bilirdiki, pulu heç cürə düşə bilməz - bir şey ki, adamıncibində olmaya, onu necə yerə salıb itirmək olar?! Bircəmanatı vardı və o bircəmanatı elə yerə qoymamışdı ki, itirə biləydi.

İndiqayıdıb desəydi ki, bu gün aprelin biridir - bu söz ev sahibinin pərt olması üçün kifayət idi. Bu dəqiqəev sahibini pərt etməkonun əlində su içmək kimi asandı, amma bu pərtliyin altından çıxmaq...

Ürəyindənkeçənləri demədi, ev sahibininkönlünü xoş eləməküçün əyildi, ora-bura baxdı və soruşdu:

- Hanı?

-Qonşu, bu gün pervi apreldi! - dedi və qəhqəhə çəkdi.

Aprelinbiri olduğunu indicə bilirmiş kimi, əlini vurdualnına və o da başladı gülməyə - ev sahibinin növbətisözünü gözləmədən gülə-gülə də həyətdənçıxdı.

Bugülüş məcbur elədi ki, adətinə xilaf olaraq bir siqaret yandırsın.

Siqaretiyandırdı da.


"Ənxoşbəxt adam”

povestindən

1978-ciil


P.S.Kirayə, cibdə pul yox, amma Ağdam vardı, Şuşa vardı, Kəlbəcər vardı, Sarıbabavardı! Nə xoşbəxt imişəm bir zaman Allah!


Hələömrümüzün nə yazı olub,

Hələbu dünyada nə yaşamışıq.

Bizimpayımıza çatası olub

Təsəllibir qaşıq, ümid bir qaşıq.


Deməki, ömrümüz keçdi yarıdan,

Bizyenə ümidli günlər yarıyıq.

Bizki gələcəyə inam sarıdan

Dünyanınən xoşbəxt adamlarıyıq!..


Şeirdəbir sözü dəyişdiyimə görə Məmməd Arazın ruhundan üzr istəyirəm.


TƏQVİM / ARXİV