Millətlərin keçmiş babası Vladimir İliç Lenin deyirdi ki: «Bütün ölkələrin proletariatları, birləşin!» Gərək ki, Marks da yazırdı ki: «Proletariatın zəncirdən başqa itirəcəyi heç nəyi yoxdur».
XX əsrin böyük filosofu Ostap Bender də Marksa söykənərək Adam Kozareçə deyir :
- Proletariatın bircə zənciri vardı, onu da inqilabda itirdi. Day itirəcəyin heç nə yoxdu, nədən qorxursan?
Dünən oxuyuram ki, dostum Etibar Əliyev Leninin fikrini yenidən gündəmə gətirib və yazıb:
- Bütün ölkələrin intellektualları, birləşin!
Etibar bəy özü də həmin intellektuallardan olduğu üçün yaxşı bilir ki, intellektuallar elə proletariat kimi bir şeydi.
«Qayınana»da nə təhər deyir:
- İndi intligentlər yığışacaq, başları dolu, cibləri boş.
Bax, belə!

Yazarın digər yazarlar
BİRLƏŞMİŞ MİLLƏTLƏR ÇAYXANASI… - Aqil ABBAS yazır
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - SON
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… (Sonuncudan əvvəlki)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XII (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XI (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - X (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - IX (DAVAMI)


Bakı -°C
