adalet.az header logo
  • Bakı -°C

Aqil ABBAS: GÖRƏN, ÖZÜMÜ ÖLDÜRSƏM MƏNİ TUTARLAR?

AQİL ABBAS
60867 | 2020-08-28 12:54
A- A+

Bu sözlər zarafatla deyilsə də altında babat məna var.

Deməli, belə. Hər gün Ermənistan ordusu cəbhə xəttində atəşkəsi 30-40 dəfə pozur. Əvvəllər 140-150 dəfə pozurdu, son zamanlar, deyəsən, güllələri azalıb. Gözlənilir ki, artsın. Bu günlərdə Rusiyadan 400 ton silah-sursat alıblar axı.

Düzdür, Şoyqu çörəyi qırıq-qırıq edib and içdi ki, biz onu Ermənistan ordusuna deyil, 102-ci hərbi hissəmizə göndərmişik. Belə çıxır ki, 102-ci hissədəki hər bir əsgərə təxminən yarım ton silah-sursat göndəriblər.

Rusiyanın Ermənistandakı 102-ci hərbi hissəsində qulluq edən zabit və əsgərlərin ən azı 30 faizi ermənilərdi, bəlkə də çox. Necə ki Xankəndindəki 366-cı hərbi hissənin zabit və əsgərlərinin 50-55 faizi erməni idi.

İndi görən, özümü öldürsəm məni tutarlar?!

Ermənilər hər gün atəşkəsi pozurlar, hətta Tovuzda sərhədi pozdular. Bu isə bir ölkənin başqa bir ölkəyə təcavüzüdü. Düzdür, ordumuz onları çıxdıqları deşiyə qədər qovdu, soxdu itin gözünə, ayrı cür də oxuya bilərsiniz.

İndi nə deyirəm? Bəlkə şeytanın qılçını sındırıb bir dəfə də biz atəşkəsi pozaq?!

Görən, bizi tutarlar?



TƏQVİM / ARXİV