adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7

Aqil ABBAS: HEYDƏR ƏLİYEVİN ATA OCAĞI VƏ ERMƏNİ YALANLARI

AQİL ABBAS
67698 | 2018-03-16 12:07

Erməni təbliğatısirr deyil ki, çox yaxşı işləyir. Və təbii ki, bu təbliğatında da şayiələrdən, uydurmalardan məharətlə istifadəedir. Acınacaqlı haldır ki, bəzən bizim mətbuat orqanları da ermənilərin uydurma materiallarını özləri də bu uydurmaya inanaraq tirajlayır. Çox təəssüf. Və sonra bumüzakirələrə çevrilir, sosial şəbəkələrə gündəm olur və sair və ilaxır. Qısası, bilməyərəkdən erməni təbliğatının təbliğatçısına çevrilirik.

Son günlər gündəminə zəbt edib? Ermənilər bir yanmış və dağılmış evin şəklinin üstünə də özlərinin bildiyiqədər pul qoyub ötürüblər xarici birjurnalistə və ya hansısa bir zibilə, o da bundan bir məqalə yazıb və sosial şəbəkələrdə də paylaşıb. Bizimkilər də gedib onun «utkasına».

Məsələ nədi? UluÖndərimiz Heydər Əliyevin doğulduğu evindağıdılmış, yandırılmış şəkli. Və onlar bunutirajlamaqla Azərbaycan xalqının qəlbiniyaralamaq, bizi sındırmaqdı. Çünki yaxşı bilirlər ki, bu xalq Heydər Əliyevi necəsevir, Heydər Əliyev ideyalarına nə qədərsadiqdi və Heydər Əliyev bu xalq üçünnə qədər müqəddəsdi! Yəni bu şəkili görənlərinqəlbi sızlayır, ürəyi ağrıyır, əsəb keçirir və özünü alçalmış və təhqir olunmuş sayır.

Hətta görün nə yazırlar?Guya azərbaycanlılar həmin evimüqəddəs sayır (Heydər Əliyevin ata ocağı həqiqətən müqəddəsdi) və tez-tez bu ocağı ziyarətə gedirlər. Yabayla dovğa içmək olar, amma beləyalana inanmaq mümkün deyil.

Dilqəm Əsgərovla Şahbaz Quliyev öz doğma vətənlərində, öz doğma torpaqlarında öz evlərini ziyarətə gedəndə tutuldular və dünyanın heç birCinayət Məcəlləsinə sığmayan maddəilə ittiham olunaraq ömürlük həbs olundularErmənistan tərəfindən. Dünyada hər şeyə inanmaqolar, amma bunun analoqu yoxdu. Özü də biri tam Rusiyavətəndaşıdı, biri də 50 faiz Rusiya vətəndaşıdı, amma Rusiya öz vətəndaşının beləhaqsızlığa uğramasına göz yumdu. Amma mən bilmədən Bakıda bir Rusiya vətəndaşına bir şapalaq vursam məni 6-cı kalonagöndərməyəcəklər ey, ruslar bir yol tapıb Sibirə göndərəcəklər.

Amma indi həmin oşəkili paylaşan və bu barədə yazan jurnalistbildirir ki, azərbaycanlılar sərhədikeçir və gedir həmin evi ziyarətə. Allahım, sən saxla. Və biz də bunu tirajlayırıq.Deməli, Ermənistan silahlı qüvvələri bu məsələyəgöz yumur. İnanırsınızmı?!

Ulu Öndərin nəsiliindiki Ermənistanın, keçmiş İrəvan xanlığınınComərdli kəndindəndi. Və biləsiniz ki, həmin kənd iki dəfə yandırılıb – bir 1905-də, bir də 1918-də.

Həmin o xarici jurnalistin yazısında qeyd olunur ki, Heydər Əliyev 1923-cüildə həmin o şəklini paylaşdığı evdə doğulub.Və guya iki il orda yaşayıb və 1925-dədə Naxçıvana köçüblər. Əvvəla, bir tarix var, sənədlər var və hər şey o sənədlərə söykənir. Heydər Əliyevadi bir şəxs deyil, bütün dünyanın tanıdığı bir siyasətçidi, bir şəxsiyyətdi və SSRİadlanan bir dövlətdə də Siyasi Büronun üzvü olub, Nazirlər Soveti sədrinin 1-ci müavini olub. Onun tərcümeyi-halında nəyisəsaxtalaşdırmaq mümkün deyil. Elə Vikipediyanı açıb baxsalar görərlər ki, HeydərƏliyev 1923-cü ilin may ayının 10-da Naxçıvanşəhərində dəmiryolçu ailəsində dünyaya gəlib. Yəni bu saxtakarlığın ən böyüyünün biri.

Yəni əslinə qalsa, ermənilər Heydər Əliyevin ata ocağını əsrin əvvəllərində yandırıblar. İndi yenidən uydurmabir şəkli gündəmə gətirməklə Azərbaycan xalqınınhissləri ilə oynayırlar, qəlblərini yaralayırlar.Biz də bilməyərəkdən onların «utkalarını»tirajlayırıq.

Çox istərdim ki,millət vəkili, şair Musa Urud bu məsələ ilə bağlı bir açıqlama versin. Çünki MusaUrudun həm Heydər Əliyev nəsliylə qan qohumluğu var, həm də 1988-ci ilə qədər Ermənistandayaşayıb və dəfələrlə də nənələrinin yurdu olan Comərdlidə olub. Bu şəkilə daha çoxo, aydınlıq gətirə bilər.

Keçək ikinci birməsələyə. Heydər Əliyevin ata ocağını yandırmaq olar, ermənilərin buna gücü çatar.Amma Heydər Əliyevin sözünü, ideyasını, şəxsiyyətini, dahiliyini yandırmağa erməniləringücü çatmaz. Nəinki ermənilərin, heç kimin gücü çatmaz.

Qısası, ev yandırmaq olar, məscid də yandırmaq olar, ammasözü, əqidəni, kişiliyi heç cür yandırmaq mümkün deyil. Min dəfə «Quran» yandırıblar,amma «Quran»dakı Allah kəlamlarını yandırabilməyiblər. İmam Hüseyni qətlə yetiriblər, amma ideyalarını qətl edə bilməyiblər.Nəsimini soyublar, amma əqidəsini, sözünü soya bilməyiblər. Babəki doğrayıblar, amma kişiliyini,vətənpərvərliyini, azadlıq arzularını doğrayabilməyiblər.

İndi qaldı ev yandırmaqməsələsinə. Mənim də Ağdamdakı evimi yandırıblar, inşallah, ondan da yaxşısını tikəcəmvə tikəcəyik.

Heydər Əliyevin ataocağını hələ əsrin əvvəllərində yandırıblar. İnşallah, gün gələcək biz həmin eviondan da gözəl yapacağıq və həmin ev həqiqətən bir ziyarətgaha çevriləcək.

Dostlar, boş və uydurmatəbliğatlara uymayın. Özünüz də bilmədən uydurma təbliğatın təbliğatçısına çevrilməyin.

Dünyaya Heydər Əliyevkimi bir şəxsiyyət vermiş bir ocağı söndürməkmümkün deyil. Əgər bu ocağı söndürə bilsəydilər həmin ocaqdan İlham Əliyevkimi bir şəxsiyyət od alıb Azərbaycanı qısabir zaman kəsiyində dünyanın söz sahibi olabiləcək dövlətləri sırasına çıxara bilməzdi. Ulu Öndərin gözəl bir fikri var ki,Azərbaycanın müstəqilliyi əbədidir! HeydərƏliyevin ocağı da əbədidir!


TƏQVİM / ARXİV