adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7

Aqil ABBAS: MİLLİ TƏHLÜKƏLİLİK NAZİRLİYİ

AQİL ABBAS
504199 | 2018-01-29 10:06

Hər hansı bir dövlət, kiçikliyindən-böyüklüyündənasılı olmayaraq, dörd sütun üzərində dayanır: ölkəni idarə edən Prezidentin və yaBaş nazirin rəhbərlik etdiyi icra orqanı (bəzi ölkələrdə Prezident Administrasiyasıdı,bəzi ölkələrdə Nazirlər Kabineti), Ordu,Daxili İşlər Nazirliyi və Milli TəhlükəsizlikNazirliyi. Hər birinin də öz vəzifəsi var.Biri ölkəni xarici hərbi müdaxilələrdən qoruyur, biri ölkənin asayişini və əmin-amanlığını təmin edir, biridə ölkəni xarici təxribatlardan, terrorlardan, xarici qüvvələrin ölkə daxilindəyaratmaq istədiyi təxribatlardan və casusluq şəbəkələrdən qoruyur və həm də özününkəşfiyyat təşkilatı vasitəsilə başqa dövlətlərdəölkəmizi sarsıtmaq istəyən gizli təşkilatlarıöyrənir və vaxtında qarşısını alır və sair və ilaxır.

Dövlətintəhlükəsizliyi hər şeydən önəmlidirvə bu xüsusi xidmət orqanı da ən vacib və ən ciddi qurumlardan biridi, bəlkə dəbirincisidi. Və indi ortaya çıxan faktlar, istintaq materialları, məhkəmə istintaqısübut edir ki, dövlətin bel sütunlarından biri (yəni Milli Təhlükəsizlik Nazirliyi) tam laxlayıbmış və uçmaq ərəfəsindəymiş. Bunun dövlətüçün necə bir faciəyə çevrilə biləcəyinidüşünəndə adam dəhşətə gəlir. Milli Təhlükəsizlik Nazirliyi Milli TəhlükəlilikNazirliyinə çevrilibmiş. Korrupsiyaya qarşı mübarizə aparmalı olacaq bir təşkilat özü ənböyük korrupsiya təşkilatına çevrilib, dövləti, milləti bataqlığa sürükləyibmiş. Xarici kəşfiyyat idarələridə Milli Təhlükəsizlik Nazirliyininkorrupsiyaya başı qarışdığından çox gözəl istifadə edib ölkədə radikal qruplar,xüsusilə də radikal dini qruplar yaradıb, ölkənin əmin-amanlığını zərbə altına qoyublar. Düzdür, hərdən belə qruplar ifşa olunurdu,indi adam görür ki, bunlar da bir göstəriymiş ki, yəni işləyirik, çalışırıq.

Daxili İşlər Nazirliyində elə də mühüm posttutmayan bir Hacı Məmmədova görə mediadanistifadə edib ölkənin əsas sütunlarından birini gözdən salmağa çalışırdı MTN. Heç demə ölkədə nə qədər hacıməmmədovlar var MTN-inrəhbərliyi hamısını yığıbmış dövlətin və millətin təhlükəsizliyini əmanət etdiyimiz təşkilata.

Milli Təhlükəsizlik Nazirliyi hələ sovetlər dönəmindən (Dövlət Təhlükəsizlik Komitəsi) ən təmiz və əngüvənilən təşkilat sayılırdı. Ulu öndər Heydər Əliyev uzun illər bu təşkilatda çalışmış, bu təşkilatarəhbərlik etmiş, məhz ölkə rəhbərliyinə də bu təşkilatdan gəlmişdi. Həm AzərbaycanRespublikasında, həm də SSRİ-də, türk qardaşlarımız demiş, yeraltı dünya haqqında çox böyük bilgilərəsahib idi. Dövlətin nədən sarsıla biləcəyini çox gözəl bildiyindən məhz onagörə də hakimiyyətə gələn kimi ilk olaraq korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəyəbaşladı. Məhz bu mübarizənin nəticəsindədə on beş respublikanın içində ən geridəqalan Azərbaycan iqtisadiyyatı çiçəklənməyəbaşladı, Azərbaycan SSRİ-də ən ön sıralara çıxdı, ölkədəbolluq yarandı, firavanlıq yarandı. Amma Ulu Öndərin korrupsiyaya qarşı mübarizəsi həm Moskvada yuxarı dairələrin,həm də digər respublika rəhbərlərinin heç də xoşuna gəlmədi. Çünki SSRİ-nin paxırını açıb qoymuşduortalığa. Təbii ki, Ulu Öndərin apardığıbu mübarizədə Dövlət Təhlükəsizlik Xidməti onunsağ əli idi.

Təəssüf ki, son on ildə bu təşkilat MöhtərəmPrezidentimizin nəinki sağ əli, heç sol əlidə olmadı. Və iqtisadiyyatımıza da elə böyük bir zərbə vurdu ki, ölkədədevalvasiya baş verdi, milyardlarla dollar, təxminən dövlətin bir illik büdcəsi qədər pul məhz TəhlükəsizlikNazirliyinin «krışalığı» ilə Azərbaycandan çıxarıldı. Ölkəyə vurulan ikinci bir zərbəni də iqtisadiyyatın inkişaf etdirilməsində mühüm roloynayan sahibkarları müflisləşdirməklə, bank sektorunu çökdürməklə vurdu.

Milli Təhlükəsizlik Nazirliyi az qala NarkomaniyayaQarşı Mübarizə İdarəsinə çevrilmişdi. Daxili İşlər Nazirliyinin səlahiyyətinimənimsəmişdi. Burda çox incə bir mətləb var. Telefon dinləmək hüququ MTN-ə məxsusdu. Və Daxiliİşlər Nazirliyi hər hansıbir əməliyyatı həyata keçirmək istərkənvə kimlərisə izləmək istərkən sorğu ilə MTN-əmüraciət etməli olurdu. MTN həmin məlumatları DİN-ə çatdırmağı gecikdirirdivə bilgiləri ələ keçirdiyinə görəDİN-in hazırladığı əməliyyatı özü həyata keçirirdi. Belə bir ab-havayaradırdı ki, DİN-in görməli olduğu işi onlar bacarmadıqları üçün biz elədik. Yəni yenə DİN-innüfuzuna zərbə vurmağı daha üstüntuturdular,nəinki özlərinin daha mühüm vəzifəlrini yerinəyetirməyi.

Əgər MTNişini düzgün qursaydı, heç Nardaranhadisələri də baş verməzdi. Vaxtında bu radikal dini qrup ifşa edilərdi və DİN də MTN-in görə biləcəyi işi məcbur olubözü həyata keçirməzdi və iki polisimiz də şəhid olmazdı.

Onlarla belə fakt saymaq olar.Əgər MTN işini düzgün qursaydı, radikaldini qruplar gənclərimizi yoldançıxarıb İŞİD-ə qoşulmaq üçün İraqa,Suriyaya göndərə bilməzdi və həm onlarla, bəlkə də yüz, iki yüzdən artıq ailəməhv olmazdı, həm də azərbaycanlıların adıİŞİD-lə hallanmazdı. Bəs, indi niyə Suriyaya,İraqa gedib İŞİD-ə qoşulan yoxdu?

MTN işini düzgün qursaydı Neft-Kimya Akademiyasında o dəhşətliterror faciəsi yaşanmazdı. Özü də hansı ərəfədə? Ulu Öndərin ad günü ərəfəsində. Və hələ də o terrorun hardangəldiyi dəqiqləşdirilməyib. Çünki MTN-in İstintaq İdarəsi sahibkarlarla məşğul idi.

Onu da qeyd edək ki, MTN-in DİN-i nüfuzdansalmağa çalışmasının kökündə Eldar Mahmudovun DİN rəhbərliyindən incik düşməsivə həm də vaxtilə DİN-də çalışmış, hansı nöqsanlarına görəsə daxili işlər orqanlarındanuzaqlaşdırılmış polis əməkdaşlarını öz ətrafına yığması dururdu. Məhz DİN-inCinayətkarlığa Qarşı Mübarizə İdarəsininrəisi, general-mayor Zakir Nəsirovun da həbs olunmasının və ömürlük cəza almasının kökündədə yuxarıda qeyd etdiyimiz məsələ durur.

Yeri gəlmişkən, Zakir Nəsirov daxili işlər orqanlarının ən professional əməkdaşlarından biri sayılırdı.Şükürlər olsun ki, MTN-in iç üzü açılandan sonra Möhtərəm Prezidentimiz İlham ƏliyevZakir Nəsirovu əfv elədi.

Bir zamanlar DİN-in İstintaq İdarəsinin rəisi Nizami Qocayevdə prokurorluğun quraması ilə Ziya Bünyadovun ölümündə təqsirləndirilmiş və həbsedilmişdi. Nizami Qocayev də sonra əfv olundu və daha sonra bəraət aldı və daxiliişlər orqanlarına da bərpa edildi. Bir günZakirNəsirovun da bəraət alacağına inanıram.

2000-ci ildə Ümummilli Lider Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı keçirdiyi müşavirədə bu təşkilatı möhkəm tənqid etmişdi və belə bir ifadə də işlətmişdi:«Prokurorluğun pəncərələrini açın, ordakı hava dəyişsin».

Və o da var ki, MTN-ə rəhbərlik edənlər bilmirdilər ki, dövlətin birbaşa Prezidentə tabe olan xüsusi gizli xidmət servisi də var. Və bir gün həmin o gizli xidmət servisi (həm bu təşkilata rəhbərlik edən professionaldı və ətrafındakılarda professionallardı) MTN-in fəaliyyəti haqqındaməlumatları Möhtərəm Prezidentin stolu üstünə qoyacaq. Və qoydu da!

Yuxarıda qeyd etdim, Ümummilli Liderin prokurorluqorqanı haqda söylədiyi ifadəni.

Amma Möhtərəm Prezident İlham Əliyev gördü ki, «qapı-pəncərəni açmaqla» bu təşkilatıniçindəki çirkli havanı təmizləməkmümkün deyil. Ona görə də məcbur oldu, ümumiyyətləMilli Təhlükəsizlik Nazirliyini ləğv elədi və onun yerində Dövlət TəhlükəsizlikXidmətini yaratdı. Və Xarici Kəşfiyyat İdarəsini də ayrıca formalaşdırdı.

Bu gün çoxları deyə bilər ki, Mədət Quliyev də rəhbərliyə daxiliişlər orqanlarından gətirilib. Birincisi, yəqin ki, Möhtərəm Prezident daxili işlərorqanlarına və onun rəhbərinə inandığı üçün belə bir addım atdı. Təbii ki, Mədət QuliyevinDİN-də müxtəlif vəzifələrdə çalışarkən terrorizməvə korrupsiyaya qarşı apardığı mübarizəsivə cəsarəti də nəzərə alındı. İkincisi, çoxları onu da bilmir ki, Mədət Quliyevvaxtilə DTK məktəbini bitirib və DTK-dandaxili işlər orqanlarına göndərilib. Yəni xüsusi xidmət orqanlarının işinə yaxşıbələddi.

İndi DTX dövlətin laxlamış sütununu yenidənmöhkəmləndirməyə çalışır və qısa bir zamankəsiyində də artıq bu sahədə xeyli islahatlarhəyata keçirilib.

Və sonda. Milli Təhlükəsizlik Nazirliyindəöz vəzifəsinin öhdəsindən layiqincə gələn, dövlətçiliyimizə xidmət edən şərəfliəməkdaşların sayı təbii ki, vaxtilə MTN-dəyuva salmış «hacıməmmədovların» sayındançox-çoxdur. Bu gün də şərəflə öz vəzifələrini yerinə yetirirlər. Düzdür,müəyyən haqsızlıqlara dözməyib intihar edənlər də olub və baş verən hadisələrinqarşısını almağa gücü yetməyib istefa verənlərdə, xaricə qaçmağa məcbur olanlar da.

«MTNişi» ilə bağlı məhkəmə istintaqı hələ davam etməkdədi və bu xəmir suyu aparır eyelə!..


TƏQVİM / ARXİV