O illərin şirinliyi... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
147 | 2025-07-06 14:23

Yaxud 46- ı ildən sonra...    

Ömrümüzün qızıl anları, gəncliyimiz və sevincimiz  tələbəlik illəri... O illər bizim ən xoşbəxt günlərimiz olub, amma  qədrini bilməmişik, biləndə də, gec olub...  Və 46- ı ildən sonra yenidən o illərə qayıdırıq... Çünki dostumuz və qardaşımız, tələbə yoldaşımız Elşad Həsənovun təşəbbüsü ilə yenidən  gözəl bir məkanda - " Çanaqqala" da  görüşməliyilk! Həmişə görüs yerinə 10- 15 dəqiqə tez gedirəm... Bu da " Çanaqqala"! Həyətə girəndə  mühafizəcıdən   " Mariya" zalının yerini soruşuram. Deyir ki, qabaqdadı... Xidmətçilərdən biri mənə bələdçılik edir ve ora aparır. Zala girəndə  gözəl qızlarımızdan olan Yeganə  Rəhimovanı  görürəm... Qardaş- baçı kimi görüşürük... Sevincimizdən  gözlərimiz  dolur...

Hətta Yeganə xanım özünəməxsus bir şırinliklə deyir ki, Faiq , yaxşı qalmısan... Sonra həmişə səmimiyyəti və dostluqda sədaqəti ilə seçilən, uzun müddət Dövlət Təhlükəsizlik Xidmətində işləmiş, polkovnik, indisə təqaüddə olan, Borçalının  böyük ziyalısı Elşad qardışımla öpüşüb- görüşürük.Hər ikimiz kövrəlirik... Ondan bir addım o yana həmişə dərs əlaçısı olan, öz şirin, yumoru ilə söhbətə səmimiyyət qatan, filologiya elmləri doktoru, professor Tofiq Yusifovla qucaqlaşırıq... Və gözəl anlara görə Alla şükür edirik... Həyəcanlı anlar başlayır...Qazaxlı Nailə gəlir... O, Almaniyada yaşayır, amma həmişə Azərbaycan üçün, tələbə  yoldaşları üçün burnun ucu göynəyir. Bunu, mən demirəm, ha, onun özü deyir.Qazax ləhcəsi ilə bizi salamlayır və qucaqlayıb öpür...

İçər bir xanım daxil olur, hamımıza mehribanlıqla görüşür... Ancaq ona tanımıram. Yeganə xanım deyir ki, bəs Mehparədi də. Adın deyən kimi tanıdım, heç o da , bizi tanımadı... Mehparə Quliyeva, məşhur hüquqşünası, tanınmış vəkil, haqq- ədaləti hər şeydən üstün tutan dostumuz rəhmətlik Elton Quliyevin həyat yoldaşıdı... Çox mehriban da ailə olublar... Sonra Zemfira xanım gəlir... Flora xanım gəlir... Əməl xanım gəlir... Və bu yaxınlarda  övladına toy edib...Gövhər xanım gəlir... Bu xanım da uzun müddət polis orqanında çalışıb və işimiz düşəndə hamımıza təmannasız kömək edib... İbrahim Mehdiyev gəlir. İbrahim qardaşımız da müxtəlif dövrlərdə icra hakimiyyətlərində məsul vəzifələrdə çalşıb. Və hamımıza əl tutub, elə ona görə də  çox istəyirik... Lap axırda Oğuzlu Nailə xanım gəlir və özünəməxsus bir səmimiyyətlə   ləngidiyinə  görə, məclis iştirakçılarından üzr istəyir...

Təbii ki, biz də onu bağışlayırıq... Ağzımız nədir, bağışlamayaq! Məclisi aparmaq Elşad müəllimə həvalə  olunur. O, öz şirin və səmimi söhbətləri ilə hamımızın qəlbinə  yol tapır. Və hər birimizə söz verir. Biz də özümüz və ailəmiz, balalarımız haqqında  danışırıq... Məlum olur ki, bizim tələbə yoldaşımız kimi övladları və nəvələrı də istedadlıdır. Onlar Amerikada , Almaniyada və Avropanın digər ölkələrində təhsil alıblar və indi orda işləyib, ölkəmizi şərəflə təmsil edirlər... Xanımlar ürək sözlərini əyləşərək səsləndirirlər, amma professor Tofiq Yusifov alicənablıq edərək ürəyindən , qəlbindən  keçənləri yenə Şəki şirinliyi ilə danışır və zarafatlarından qalmır. Və biz oğlanlar da , professordan nümunə götürüb ayaqüstə danışırıq...

Nə gözəl ! Əməkdar jurnalist, " Azərbaycan" qəzetinin məsul işçisi, Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqovun qızı Flora xanım danışanda bizi lap kövrəltdi... O gözəl insan dedi ki, həyat yoldaşım rəhmətə gedəndə yerə- göyə sığmırdım, təsəlli tapmırdım, amma tələbə yoldaşlarım gələndən sonra dərdim yüngüləşdi, sakitləşdim... Bax , tələbə yoldaşı həm də , arxa deməkdi, söykək deməkdi...       Biz o görüşdə bütün tələbə yoldaşımızı xatırladıq.Biz 50 tələbə idik...

Amma görüşə 13 nəfər gəlmişdi... Bir neçəsi dəvət olunsa da , gəlib çıxa bilməmişdi... Rəhmətə gedən tələbə yoldaşlarımızı  bir- bir xatırladıq... Ağaları, Əlini, Azəri, Nizaməddini, Fəxrəddini, Bəhruzəri, Mehmanı , Vaqifi, Əhmədi, Beydullanı... dönə- dönə yada saldıq... Müəllimlərimizi də unutmadıq! Mir Cəlal Paşayevi, Nəsir İmanquliyevi, Şirməmməd Hüseynovu, Famil Mehdini, Qulu Xəlilovu, Nurəddin Babayevi, Əliş Nəbilini, Nəriman Zeynalovu, Tofiq Rüstəmovu, Cahangir Məmmədlini, Akif Rüstəmovu, Yalçın Əlizadəni heç unutmaqmı  olar?! ... Hamımız ürəyimizi boşaldırıq... 46- ilin həsrətinə son qoyulur...Elşad qardaşımız deyir ki, bir də Allah qoysa , 50 - i illikdə, dörd ildən  sonra görüşərik...

Hamımız razılaşırıq... Ayağa qalxırıq... Evə getmək vaxtıdı... Yenidən bir- birimizi bağrımıza basırıq... Və gözlərimiz dolur... Amma bu, vida görüşü deyil! Ayrılırıq  ki, yenidən görüşək! Biz bu anlarda ən xoşbəxt günlərimizdən  birin yaşadıq... Və nə gözəlmiş tələbəlik  illəri!!!!

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV