adalet.az header logo
  • Bakı -°C

Kuba təşvişə düşüb... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
370 | 2026-01-12 11:09
A- A+

Xəbər verdiyimiz kimi, ABŞ prezidentı Donald Tramp ötən həftə bildirmişdi ki, "Kuba böyük problemlər yaşayır, Ştatlar Venesuelada olduğu kimi, Kubaya qarşı hərbi əməliyyat keçirmək fikirində deyil, çünki Kuba onsuzda iqtisadi böhran içərisindədir və özü yıxılmağa hazırdır..."

  Qərbin kütləvi informasiya vasitələri, ABŞ -ın Venesuelada prezident Nikolas Maduronun həbsiylə bağlı keçirdiyi uğurlu hərbi əmğliyyatdan sonra, Qrelandiya, Kuba, Kolumbiya, Meksika olacağı barədə məlumatlar yaymaqda davam edir. 

 Kuba prezidenti Miqel Dias Kanel bəyan edib ki, ölkəsi 66 ildir ABŞ-ın hücumlarını dəf edir, biz bundan sonra da, son damla qanımıza qədər müdafiə olunacağıq.

 Kuba prezidentinin yəqin yadından çıxıb ki, 66 il ərzində Birləşmiş Ştatların təyziqləri və təhdidləri qarşısında duruş gətirə bilməsi,  artıq dağılmış SSRİ-nin və daha sonra isə özünü onun varisi elan etmiş Rusiya Federasiyasının hərbi və iqtisadi dəstəyi sayəsində  münkün olmuşdu. 

 Artıq SSRİ yoxdur, Rusiyanın isə başı dörd ilə yaxındır Ukrayna ilə sonu görünməyən müharibəyə qarışıb. Yəni, hazırda iqtisadi böhran içərisində olan Rusiya Kubaya nə hərbi, nə də iqtisadi cəhətdən kömək etmək iqtidarında deyil. Başı düşdüyü börandan necə çıxa biləcəyi yollarını axtarmağa qarışıb.

 Bir tərəfdən də, ABŞ-ın Venesurlanın neft daşınmalarının aparılmasını nəzarətə götürməsi, Kubanı ucuz enerji mənbələrindən də məhrum edib. Rusiyanın Kuba sahillərində keşik çəkən sualtı qayıqları da, (əgər indiyədək oralarda qalırlarsa), əvvəlki gücdə deyillər. Bu günlərdə Rusiya bayrağı ilə Venesuela neftini Birləşmiş Ştatların nəzarər etdikləri ərazidən çıxarmağa çalışan neft tankeri mühavizə edən sualtı gəmiləri, hətta ABŞ xüsusi təyinatlarının gəmini girov götürməsinin qarşısını belə almağa belə cürət edə bilmədilər və ABŞ prezidentinin də dediyi kimi, "qorxub qaçdılar".

 Bu arada Donald Tramp bəyan edib ki, "Venesueladan Kubaya bir daha neft və pul göndərilməyəcək". 

 
 

  • Yanvar:
  • 9

TƏQVİM / ARXİV