adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7

Aqil ABBAS: PALÇIQ DAXMADA GÜNƏŞ KİMİ DOĞDU CƏFƏR!

AQİL ABBAS
55158 | 2019-03-06 10:00

Nəsimi deyir:

Məndə sığar ikicahan, mən bu cahana sığmazam!

CəfərCabbarlı da Nəsimi kimi bu cahanasığmaz bir şəxsdir. Sabir demiş, bənzərbir qocaman dağə ki, dəryada durar.

İldəbir neçə dəfə yolumu Xızıya salıram. Məni Xızıya nə onun meşələri, nə də «Cənnət bağı» cəlb edir. İlahi, balaca bir kasıb kənddənxalqımızı sabaha, gələcəyə, ucalığadaşıyan nə qədər böyük şəxsiyyət çıxıb. Budu məni Xızıya cəlb edən.

Nəvələrimidə götürürəm, əvvəl Müfiqin muzeyini ziyarətedirik, bir stəkan çay da içirik, sağ olsunmuzeyin işçiləri, sonra da ordan qalxırıq Xızıya – Cəfər Cabbarlının doğulduğuevi ziyarət etməyə. Hər dəfə də dizçöküb o daxmanın kandarını öpürəm. Cəfər bu daxmada doğulub, bu daxmada iməkləyib, bu həyətdə addım atıb, bu daxmada böyüyüb və Ulu Öndər HeydərƏliyevin təbirincə desək, Cəfər Cabbarlıbu palçıq daxmadabir günəş kimi doğub. Günəş gecələr sönür, amma Cəfər Cabbarlı elə bir günəşdi ki, o, heç gecələr də sönmür.

Bumuzeyi Ulu Öndər yaradıb. İstəsəydi orda möhtəşəm bir muzeytikdirərdi. Amma Cəfər Cabbarlının o daxmanın divarlarınahopmuş , içindəki havaya hopmuş ruhunun xatirinə qoymadı ona əl vursunlar. Təbii ki, sərthavası olan Xızıda bu daxma bu günə gəlib çatmazdı.

UluÖndər (özünün də memarlıqistedadı vardı) başqa bir üsula əl atdı. Həmin daxmanın həmişə yaşamasıüçün şüşənin içərisinə aldırdı. Bununla həm də dünyaya sübut elədi ki, Azərbaycan xalqı elə böyük xalqdı ki, adi, kasıb, palçıq bir daxmadan daGÜNƏŞ doğur, GÜNƏŞLƏR doğur.

Gərək günəş dağları aşıb sönməyəydi,

Gərəkmənim dönmüş taleyim dönməyəydi.

Gərəkmənim istədiyim, ey gidi fələk,

Açılmamışqara torpağa kömməyəydi.

Göydəki Ayə deyin, dərdimi Tanrıyadesin,

Əlimlətikdiyim evimi sökürlər,

qoy mənə birçarə yetirsin!


TƏQVİM / ARXİV