adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Aqil ABBAS: RƏŞAD DOKTOR, BOŞ VERİN

AQİL ABBAS
62071 | 2019-02-24 11:12

Rəşad Mahmudov! Bu adı eşitməyən, bilməyən yoxdu. Həttaşöhrəti Azərbaycandan kənarda da geniş yayılıb. Xalqımızın ən görkəmli və ən məşhurcərrahlarından biridir, ürək cərrahı kimi isə birincilərdən biridir və bəlkədə elə birincidir. Gəncdi, həddindən artıq sadə, səmimi və çox istiqanlı bir həkimdi.

Vaxtilə uzun illər bundan öncə professor Əhliman Əmiraslanov haqqında bir yazı qələmə almışdım,gərək ki adı belə idi: «Əzrayılla vuruşanoğlan». Hər oğulun hünəri deyil Əzrayılla çarpışa və Əzrayıla qalib gələ. Əhlimanmüəllim Əzrayılla vuruşub yüzlərlə insanı onun əlindən alıb. Və bu gün də Əzrayılla vuruşur.

Rəşad Mahmudov da Əhliman müəllim kimi Əzrayılla vuruşan, çarpışanbir həkimdir, o da yüzlərlə insanı Əzrayılınpəncəsindən qoparıb həyata qaytarıb.Və müqəddəs işini yenə də davam etdirir.

Həyata qaytardıqlarındanbiri elə bizim redaksiyada işləyir, məşhur jurnalistdi: Məzahir Əhmədoğlu. Bir on il bundan əvvəl az qalaonun ölüsünü gətirmişdilər Rəşad doktorun yanına. Məzahir bugün də yazır, yaradır, ailəsinin və dostlarının arasındadı.

Rəşad doktorla şəxsitanışlığım onun Milli Məclisə deputat seçilməsindən sonra başlayıb. Çox intellektual bir adam kimi ədəbiyyat, tarix, incəsənət sahəsi iləbağlı söhbətlərimiz də çox yaxşı tutur. Əslində tibb də bir incə sənətdir. Xüsusilədə ürək cərrahlığı.

Mənim Rəşad doktor haqqında oçerk yazmaq fikrim yoxdu. Bəlkəhaçansa yazdım. Məni narahat edən başqa birməsələdi. Zaman-zaman Azərbaycanı dünyada tanıdan bu cərrah haqqında saytlarda vəsosial şəbəkələrdə böhtanlar atılır, ləkələratılır, nüfuzuna xələl gətirə biləcək qeybət xarakterliyazılar gedir. Doktor adətən belə məsələlərə çox soyuqqanlı yanaşır. Bəzən Milli Məclisdə dostlar deyir ki, həkim,niyə onlara cavab vermirsən, məhkəməyə vermirsən? Cavabı çox qısa olur:

- Onları məhkəməyə veribitirəcəyim vaxtda bir insanı ölümdən xilasedərəm.

Və çox vaxt onu öz sahəsində ya hansısa həkimlə, ya da nüfuzlubir dövlət məmuru ilə üz-üzə qoymağa çalışırlar.

Bu günlərdə saytların birində yenə həqiqətdən çox uzaq olanbir məsələni gündəmə gətiriblər və paylaşıblar. Guya Rəşad doktor səhiyyə naziriOqtay Şirəliyevin kreslosuna göz dikib, bunaçalışır. Oqtay müəllimi işdən çıxarıb onunyerinə Rəşad Mahmudovu qoyacaqlar.

Tamamilə absurd bir fikirdi. İki görkəmli şəxsi qarşı-qarşıya qoymaqdan, bir-birinəincik salmaqdan başqa bir şey deyil.

Əvvəla, Oqtay müəllim öz yerində layiqincə vəzifə borcunu yerinə yetirir. Onun gəlişindən sonra səhiyyədə çox böyük islahatlargedib və gedir. Az qala Azərbaycanın hərbir rayonunda Avropa standartlarına uyğun xəstəxanalar tikilib və fəaliyyət göstərir, bölgələrdə ən ağır cərrahiyyəəməliyyatları, eləcə də ürək əməliyyatları keçirilir və sair və ilaxır. Demirəm səhiyyə sistemindəgüllük-gülüstanlıqdı, xirtdəyəcən problem də var. Və bu problemin həlli üçün də dövlət səviyyəsində işlər görülür.

İkincisi, təbii ki, heçbir vəzifə əbədi deyil. Oqtay müəllim də bir gün vəzifədəngedə bilər, onun yerinə səhiyyəni bilənbaşqa bir məmur gələ bilər. Bu, Möhtərəm Prezidentinmüstəsna səlahiyyətinə aiddir. Bu məsələyazı-pozu ilə, kimlərinsə mübarizəsiləhəll edilmir.

Nəhayət, Rəşad doktor həttayalvarsalar belə, səhiyyə naziri postuna getməz. ÇünkiAllah onu məmur yaratmayıb, Allahonu insanları ölümün pəncəsindən xilas etmək missiyası ilə göndərib Yer üzünə. Və o da Allahın onun üzərinəqoyduğu missiyanı çox yüksək səviyyədə, ləyaqətləyerinə yetirir. Bir daha qeyd edirəm, onun missiyasıƏzrayılla vuruşmaqdı! O da vuruşur və hələ ki qalib gəlir. Və yəqin bütün ömrüboyu qalib gələcək. Allah təkcə öz mələyiolduğuna görə Əzrayılı sevmir, həm də üzərinə missiya qoyub Yer üzünə göndərdiyi seçilmiş insanları da sevir.

Dilxor olma, Rəşad doktor,sən Allah tərəfindənseçilmiş insanlardansan.

Dəyməyin Allah tərəfindənseçilmişlərə!


TƏQVİM / ARXİV