adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Aqil ABBAS: SAĞ ƏLİN VERDİYİNİ… VƏ YA KƏLLƏ SUYU

AQİL ABBAS
68415 | 2020-08-04 17:50

O gün sosial şəbəkələrdə bir video paylaşıblar.

Belə hadisələri türkteleviziyalarında tez-tez izləyirəm.Hansısa qəsəbə və ya kəndə yardımaparırlar, camaat da bu yardımın üstündə bir-birinin başınıəzir, bir-birinin belinəminir. Yaşlı adamlar və qadınlar ayaq altdaqalır. Və türk televiziyaları da utanmaz-utanmaz bunu paylaşırlar, özləri də Avropa Birliyinə girmək istəyirlər. Bu kadrları izləyənAvropa qardaş Türkiyəni nəinki süfrələrinə (yəni Avropa Birliyinə), heçsüfrələrinin kənarına da yaxınqoymazlar.

İndi baxıram Şüvəlandakimsə, ya hansısa şirkətsə Qurban payıpaylayır. Camaat bir-birinin belində, ayaq altında. Çox utancverici bir hadisədi. Bunu adam balası kimi də paylamaq olar.

Türkiyədən biryaxşı misal da çəkim. Deməli, bupandemiya dövründə kimlərsə imkansız ailələrə ərzaq yardımı göstərir,amma gecə, xəlvətcə aparıbqoyur qapının ağzına və o yardım edəninkim olduğunu heç kəs bilmir. Vəyardım alan da utanmır.

Bizdə yardım paylayanlar özləri ilə də bir-iki operator götürürlər, təntənəli surətdəyardımı verirlər, həm şəkillərçəkdirirlər, həm də videolar, sonra dabunu həm televiziyakanallarında, həm youtubedə, həm dəsosial şəbəkələrdəpaylaşırlar. Nədi-nədi filankəs yaxşıoğlandı desinlər.

İmam Əli deyir ki: «Sağ əlin verdiyinisol əl bilməməlidir». Yəniİslamda belə buyrulur. Məndə olan rəsmiməlumata görə, biz də İslamıq.

Amma sağ əlinverdiyini nəinki sol əl, həttaTramp da bilir.

İnsanları bu qədəraşağılamayın.

TƏQVİM / ARXİV