adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Avropa İttifaqı antirusiya sanksiyalarına münasibətini dəyişir - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1178 | 2023-03-01 12:36

Politico qəzeti avropalı diplomatlara istinadən yazır ki, Avropa İttifaqı antirusiya sanksiyalarına münasibətini dəyişir.

"Brüsselin Rusiyaya qarşı qəbul ediləcək yeni sanksiyalara aksenti, artıq qəbul edilmiş qadağalardan fərqli olacaq. Yeni yanaşma, Rusiyaya qarşı yeni sanksiyaların tədbiq olunmasının bundan oyana yeri yoxdur deyə düşünən Polşa və Pribaltika ölkələri istisna olunmaqla, Avropa İttifaqına üzv dövlətlərin hamısının ciddi təyziq göstərmələrini tələb edəcək"- deyə məqalədə bildirilir.

Qəzetin məlumatlarına görə, bir sıra ölkələrin diplomatları təsdiq edirlər ki, tədbiq olunan sanksiyalar Rusiyadan çox, onu tədbiq edən blokun özünə ciddi təsir göstərir.

Bununla yanaşı qeyd olunur ki, Avropa İttifaqının qəbul etdiyi 10 sanksiya paketinin təsir gücü gözlənildiyindən aşağı səviyyədə effekt verir. Bildirilir ki, 2022-ci ildə Rusiyanın Avropa İttifaqına eksportu, enerji daşıyıcılarının bahalaşmasının hesabına Moskvaya ötən ildəkindən daha çox gəlir gətirib. Yəni antirusiya sanksiyaları demək olar ki, əks effekt verib.

Avropa İttifaqı 10-cu sanksiyalar paketini işə salıb. Qadağalar əsasən Rusiya KİV-lərinə şamil olunub. Bundan başqa qadağalar bəzi rusiyalı fiziki və hüquqi şəxslərə də tədbiq olunub.

Bu gedişlə Avropa İttifaqı deyəsən axırda Rusiya ilə sərhədlərə 5-6 metrlik beton hasar çəkməli olacaq. Çünki, indiyədək qəbul olunan sanksiyalardan yalnız avropalıların özləri daha çox əziyyət çəkirlər. Rusların isə heç vecinə də deyil. "Yarı ac, yarı tox", amma baxırsan ki, dünyanın ən yaxşı, bahalı istirahət mərkəzlərində kef edirlər.

Məhşur satira ustası, rəhmətlik Zadornov demiş, "Qərb heç vaxt rusları başa düşməyəcəkdir."

 

 

 

TƏQVİM / ARXİV