Avropa  "yenilənir" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
503 | 2024-06-11 10:01

Medvedev: "Makron və Şolts tarixin zibilliyinə gömülməlidir"

Avroparlsmentinə keçirilən seçkilərdə ultrasağçı partiyaların   qələbə çalması, Almaniyanın kansleri Olaf Şoltsun keyfinə yaman "soğan doğrayıb". 

"Almaniya və digər ölkələrdə sağyönümlü populustlərin səs aazanması narahatlıq yaratmalıdır. Buna adət etmək olmaz. Bizim vəzifəmiz daima bu güclərə inanıb səs verənləri,  bizləri avropalı edən demokratik dəyərlərə, hüquqi dövlət prinsiplərinə inamlarını geri qaytarmalıyıq"- deyə kansler, Çili prezidentiylə keçirdiyi mətbuat konfrasında bəyan edib.

Almaniyada Avroparlamentə keçirilən səsvermədə Xristian-demokratik və sosisl demokratik partiyaları 30 faiz səs alıblar. Şoltsun rəhbərlik etdiyi Almaniya sosial demokratik partiyası isə  13.9 faiz səs toplaya bilib ki, bu da partiyanın tarixində ən aşağı nəticədir.

Fransada da, Marin Le Penin rəhbırlik etdiyi "Milli birlik" partiyası 31.8 faiz səslə qalib gəldiyi halda, prezident Emanuel Makronun "Renessans" (Dirçəliş) partiyası cəmisi 15,2 faiz səs toplaya bilib.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Makron və Şoltsu "tarixin zibilliyinə gömülməyə" səsləyib. Onun sözlərinə görə, səsvermənin nəticələri bu iki liderin bacarıqsız siyasətlərinin göstəricisidir.

Federasiya Şurasının sədri Valentina Matvienko qeyd edib ki, avroparlament seçkilərindəki ağır məğlubiyyət Fransa prezidenti Emanuel Makronun və Almaniyanın kansleri Olaf Şoltsun siyasi səbatsızlığının nəticəsifir. 

Hazırda Avropa Parlamentində komissiyanın yenilənməsi prosesi aparılacaq və Avropa İttifaqlna yeni rəhbərin seçilməsi posedurları həyata keçiriləcək.


 

  • Iyul:
  • 5

TƏQVİM / ARXİV