adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Avroparlamentdə korrupsiya qalmaqalı - Rüstəm Hacıyev yazır
 

RÜSTƏM HACIYEV
450 | 2023-01-18 10:33

Bu da Avropa Parlamenti. Qərbin Ali Orqanı korrupsiya yuvası imiş ki

"The Guardian" qəzeti yazır ki, Avropa Parlamentində korrupsiya hallarl ilə bağlı istintaq başlayıb. Parlamentin iki deputatı - Yunanıstandan olan Yeva Kayli və İtalyadan eks-deputat Pyer Antonio Panseri, 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ətrafında baş verən korrupsiya hallarında əlləri olmasında ittiham olunurlar.

Qəzetin məlumatına görə, Yunanıstanın Avroparlament qrupunun sədr müavini Eva Kayli 9 dekabr tarixundə, ona qarşı irəli sürülən ittiham əsasında həbs olunub. 12 dekabrda Avroparkamentdə aparılan axtarlşlar zamanı 1,58 milyon avro aşkar edib. Məlum olub ki, aşkarlanan avrolar Eva Kayli və Pyer Antonio Pansetiyə aiddır.

Alınan məlumatlara görə, Pyer Antonio Panseri, korrupsiya cinayət işi ilə məşğul olan istintaqla əməkdaşlıq etməyə razılıq verib. O, Belçika prokurorluğunda vəkillərinin iştirakı ilə buna yazılı razılıq verib. Fiqurantın İstintaqla həqiqi əməkdaşlığl onun cəzasını yüngülləşdirə bilər. Yəni əməkdaşlıq etdiyinə görə, bir il həbs cəzası ala bilər.

Bundan başqa eks avroparlamentari korrupsiya yolu ilə qazandığı vəsait miqdarında ( indiki halda təxminən bir milyon avro) cərimə də ödəməlidir.

Bu arada Avrokomissiyanın rəhbəri Ursula fon der Lyaynen, CNN telekanalına müsahibəsində bəyan edib ki, Avropa İttifaqı Ukraynaya 18 milyard avro kredit yardımı ayrılması proqramını bəyənib.

Niyə də bəyənməsin? Avropa İttifaqı Avropa parlamentindən yüksək təşkilat sayılır. Onlar bu proqramdan milyonlar yox, milyardlar qazana bilərlər. Onsuz da bu milyardlarla avro, dollarlar müharibənin dağıntılarının yaratdığı toz-dumanın arasında itib batacaq.

Sonra da deyirlər ki, ABŞ və Avropa İttifaqı bu müharibənin bitməsini niyə istəmirlər. Ortada milyardlarla avro, dollar fırlanan yerdə, onları dağıntılar altında qalıb ölən on minlərlə ukraynalı və ya nəyin naminə ölümə sürükləndiklərini bilməyən rus əsgərlərinin taleyemi maraqlandıracaq?

Rüstəm Hacıyev

TƏQVİM / ARXİV