adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

AXTARIŞ VARSA...

VAQİF YUSİFLİ
171213 | 2020-07-30 18:09

Belə olub ta əzəldən, əzizim,

Göz yaşıyla qolboyundu məhəbbət.

Kimisinə ürəyinin qibləsi,

Kimisinə bir oyundu məhəbbət.

Bu misralar bir sevgi şeirindəndir.Müəllifi Ülkər Nicatlıdır. İlk şeirlər kitabı çıxıb-"Yaralı arzular".Və onun bir neçə şeirini də feysbuq səhifələrində oxumuşam. Hiss olunur ki,şeirə həvəskar kimi gəlməyib, oxuyub, öyrənib, amma həmişə çalışıb ki, şeirlərindətəzə söz desin. Amma təzə söz demək üçün gərək istedadlı olasan, nə isəalababat bir fikir demək xatirinə şeir yazmayasan, ya da hər şeyi düz-qoşub,düzəldəsən (qafiyəsi, vəzni yerində), amma yazdığın şeir ŞEİR olmaya. Ülkərdəistedad var, bu istedadı yönləndirməyi bacarsa, yaxşı şair ola bilər.. Rusşairi Sergey Yesenin bir şeirində yazırdı ki: "Bəli, şair olmaq odur ki, gərəkPozmayıb həyatın ilk qanununu, Öz damarlarından qanı çəkərək, Vurub isidəsənözgə qanını. Qoy lap qurbağanın nəğməsi olsun, Dünyaya təzə bir nəğmə verancaq.

Birmisra dənizdir mənim ürəyim,

Ömrümbu dənizdə tənha bir qayıq.

Oxu ləpirləri sahil boyunca

Bu mənəm, bir sənsən, bir də ayrılıq.

Yenə Ülkərin bir sevgi şeirindənmisal gətirdim. Təşbihləri sıyıq deyil, bənzəyənlə bənzədilən arasında məntiqvar.

Yaşıl çəmənlərin ilməsi qaçıb,

Mamırlı qayalar dişini qıcıb.

Həsrəti götürüb haraya qaçım,

Vətənin ağrısı azalsın bir az.

Hiss olunur ki, Ülkər Nicatlıbu dörd misrada özünün Vətən ağrısını ifadə etmək istəyir və buna nail olub.

Ülkər Nicatlı ümid verən bir şairdir və o qəmgin,nostalgiya doğuran adı bir kənara qoyuram və bu şair qızın şeirlərindəki təzəliyi,onun doğrudan da yaxşı bir şair olacağına dəlalət edən özəllikləri yenə də nəzərəçarpdıra bilərəm.

Könlümü dağlayır taleyin hökmü,

Almışam çiynimə kədər yükümü.

Deyirəm bu dağlar bəs niyəçökmür,

Məzarın başında durmuşam, ata.

Ata itkisinə bundan münasib sözdemək olardımı?

Ülkərin şeirlərində hissin, həyəcanın,ürəkdən qopan qəfil çığırtıların çoxluğu ilə rastlaşıram. Əksəriyyəti də sevgişeirlərində. Mən irad tutmuram ki, Ülkərin ilk kitabındakı şeirlərin əksəriyyətisevgidəndir, "yaralanmış arzular"ınınəks-sədasıdır. Yox! Hər bir şair ilk növbədə, öz ürəyinin səsini, içəridəngələn və onu həyəcanlandıran duyğularını şeirə çevirir. Dəxli yoxdur, nədənyazırsa-yazsın, təki şeir ŞEİR kimi yaşansın. Sevgi şeirləri min ilə yaxındıpoeziyamızda hökmü-rəvandır, amma yaxşı sevgi şeirlərinin zamanı yoxdur.Füzulinin, Natəvanın, Müşfiqin, Bəxtiyar Vahabzadənin, Əli Kərimin şeirlərikimi. Amma mən sözümə sevgi şeiri ilə başlamaq istəmirəm. Necə?

Yamyaşıl misralar uçur havada,

Birinin üstünə adım yazılıb.

Açıb oxuyuram göz yaşlarımı,

"Sənin məktubunualdım" yazılıb.

"Burax bu misranı"şeiri belə başlayır və elə bu bənddə iki insan arasındakı ənənəvi hicranqoxusunu-qorxusunu duyuruq. "Açıb oxuyuram göz yaşlarımı"- təzədir,kimsənin şeirində bəlkə heç təsadüf etməmişəm. Bu misra uğurludur, ona görə ki,sevgi məktubunun daxili inersiyasını ifadə edir.

Hopub üst-başıma qürbət qoxusu,

Tanrıya yazıram bu gileyimi.

Bir misra üzümə çırpır özünü,-

Bu dünya şairə vətən deyilmi?!

Bu bənd tənhalıq içindəçırpınan bir qəlbin hay-harayıdır. İnsanın tənhalığı qürbət qoxusunu onadaddırır. Bu tənhalıqdan necə qurtulmaq olar? "Bu dünya şairə Vətəndeyilmi?!". Və bundan sonrakı bənddə insan qəlbinin tənhalığı başqa birçevrə ilə yeni mahiyyət kəsb edir:

Susur dilimdəki"azadlıq" sözü,

Azadlıq meydanı susduğu kimi.

Elə gülümsəyir kədər üzümə,

Leyli öz əhdini pozduğu kimi.

Beləliklə, tənhalığın "həbsetdiyi" qəlbin çıxış meridianı Azadlıq meydanına qədər uzanır. O yaşılmisranın gözlərinə baxsan, bir günahla üzləşərsən. Ona görə də:

Burax bu misranı qoy uçubgetsin,

Dincəlmək vaxtıdır, daha gecədir.

Mənə inanmırsan, özün bilərsən,

Soruş ağaclardan, saat neçədir?

Bu son bənddə mənim fikrimcə,narahat, artıq tənhalıqdlan bezmiş bir insanın tənhalığa müvəqqəti olsa da vidademəsini görürük. "Soruşağaclardan, saat neçədir?". Sevgi şeirlərindəki tənhalıq "Kədərocağı", "Uzalı qalıb,"Ağrı yolları", "Məni kül eləyən baxışlar", "Məktub gələcək","Neynim", "Kədər yağacaq"və s. şeirlərdə tufan qoparır. Müəllif deyə bilər ki, adını çəkdiyim buşeirlər sırf sevgi duyğularını, ayrılıq-hicran sənələrini ifadə edir. Amma yox!O şeirlərin hər birində məhz tənha bir qəlbinfəryadları, ahları-amanları yüksəlir. Bir də ki, insan sevirsə və bu sevgidənnicat, ümid fişəngi atılmırsa, o, tənhadır. Mən Ülkər Nicatlının tənhalıqdandoğan, hicran əzablarından xiffətlənən şeirlərini oxuyur və birdən çoxsevdliyim Əli Kərimin tənhalığa üsyan edən bir şeirini xatırlayıram: "Tənhalıqboşluq deyil- Səni gözləyən varsa; Doludur ümid günəşilə, Həsrət ayparasıyla.Kövrək qəmin alatoranıyla. Gözləyənin yoxdursa,- Tənhalığın da yoxdur....Tənhalıqistəyirəm- Böyük, dərin, dolu tənhalıq!" Ülkər Nicatlının sevgi şeirlərində də bundan sonra o dərinliyi,doluluğu görmək istərəm.



Amma Ülkər Nicatlının şeirlərinin bir çoxundatənhalığın və onu narahat edən dərdlərin mənzərəsi dəyişə də bilir.Baxın:

Xətrinə kim dəyib, eyninaçılmır,

Kimdən borc almısan yazhavasını?

Bu gün Nəsimidir-İçərişəhər,

Öyrənir "soyulmaq" əlifbasını.

Küçə uşağıdır-gecə işığı,

Adını xəbər al, küçə dilində?

Günün günortası nə olub görən?

Adamlar danışır gecə dilində.

Gördüm ki, arzular çox başaparır,

Götür çırp başına vətən daşını.

Yığıb öz çiyninə ağrılarını,

Bu gün ürəyimdən vətən daşınır.

Elə zənn etməyin ki, mən Ülkər Nicatlını ancaqsevgi və bu sevgidən doğan tənhalıq şairi kimi təqdim etmək niyyətindəyəm. Əsla! Ülkər Nicatlı da bu yurdun bir şair qızıdır və Vətəndə baş verənhər bir hadisə (xüsusilə, 90-cı illərdə) onun da ürəyini titrədib. "Kəlbəcərharayı", "Qeyrətin lalə mövsümü" "Şəhidlər xiyabanı","Çiçəkləyən səngər", "Vətənimin torpağında", "Şuşamövsümü", "Vətən", "Xocalı" və s. şeirlərində tənhalıqdanbezən bir Ülkər yox, Vətənimnin dərdləri, ağrı-acıları ilə yaşayan bir Ülkərgördüm. Baxın:

Yaman çiliklənib yuxum,

Çiçək-çiçək solub duyğum.

Dərd içində boğulduğum

Neçə il oldu Xocalı?

Qoy sənə səndən danışım

İtkin düşməsin yaddaşım.

Axıb tökülən göz yaşım

Daha göl oldu Xocalım.

(Ən çox da on birlik bölgüsündə)və çalışır ki, "köhnə havalarda" təzə notlar səsləndirsin. Əksərənbuna nail olur. Məni ən çox bir oxucu və tənqidçi kimi razı salan odur ki, ÜlkərNicatlı sözü, ifadəni yerli-yerində işlətməyi bacarır. Ata məzarı önündə necədayanmaq olar? "Ağrı heykəli tək, qəm heykəli tək, Məzarın başındadurmuşam, ata". Onun balaca şəhid Zəhraya həsr etdiyi şeir məncə, ən gözəl şeiridir. Elə bir şeir ki,Ülkər hər dəfə şeir yazanda gərək o şeirə baxsın ki, zəif şeir qələmə almasın:

Bax ürəyin xal yerindən,

Yarasının al yerindən,

Körpə dilin lal yerindən,

Bir misra çək, bir misra çək.

Bəxtim, düşsün daş başına,

Qar tez yağır yaddaşına.

Qələm batır göz yaşına,

Bir səhra çək, bir səhra çək.

Bir layla sərin üstünə,

Bir körpə qəbrin üstünə.

Allah, öz səbrin üstünə

Bir Zəhra çək, bir Zəhra çək.

Onu da qeyd edim ki, Ülkərdəmetaforik düşüncə tərzi mənə maraqlı təsir bağışladı. Deyəndə ki:"Çatılıbdı qaşı sənli günlərin" ya "Qəlbim o bulağın suyundan içər"-bunlar xalis metaforadır. Ülkərin bir təcnisini də oxudum, səriştəsi var,sayını artırsın.

Təbii ki, ilk şeirlər kitabında ÜlkərNicatlının ən yaxşı şeirləri ilə müqayisədə şeiriyyət boyu mənasında gödək,balaca, ortabab şeirləri də var.O şeirlərin heç adını da çəkmək istəmirəm. Gəncşairə bir neçə məsləhətim var: 1) Bir az öz ürəyinə nikbinlik çiləsin, sevgişeirləri təkcə ayrılıq üstündə qurulmur ki. 2) Həyata, mühitə pəncərədənbaxmasın, buna seyrcilik deyərlər, həyatın axınını seyr etsin. 3) Təkrar ifadələrdənqaçsın.

Mən Ülkər Nicatlı adlı bir gəncşairdən söz açdım. Ona nə arzulaya bilərəm?Standart fikir söyləmək istəmirəm. Əli Kərimin bu misrasıyla bitirmək isərəm:

Axtarış lazımdır,

Axtarış!

Ülkər Nicatlıya da poeziyaaxtarışları arzulayıram!

TƏQVİM / ARXİV