adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Azərbaycan Premyer Liqası: “Neftçi” “Kəpəz”i qəbul edəcək

1055 | 2024-05-10 11:38

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura start veriləcək.

Adalet.az xəbər verir ki, ilk oyun günündə “Neftçi” “Kəpəz”lə üz-üzə gələcək.

“Neftçi Arena”da keçiriləcək qarşılaşma 19:00-da başlayacaq. “Neftçi” hazırda 50 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Kəpəz” isə 35 xalla səkkizincidir.

Qeyd edək ki, turun digər oyunlarında “Araz Naxçıvan” “Turan Tovuz”u, “Zirə” “Qarabağ”ı mayın 11-də qəbul edəcək. Tura mayın 12-də “Qəbələ”-“Sabah”, “Sumqayıt”-“Səbail” görüşləri ilə yekun vurulacaq.  

TƏQVİM / ARXİV