VALLAH, BİZİMKİLƏR HƏLƏ QIRILIB QURTARMAYIB - Aqil ABBAS yazr

AQİL ABBAS
1052 | 2024-05-14 13:51

«Neftçi»nin rəhbərliyi yeni əcnəbi baş məşqçi axtarır.

Yadıma Seyran Səxavətin «Ağdamda Qədir Rüstəmovla atüstü söhbət» adlı məşhur və möhtəşəm müsahibəsi düşdü. Orda belə bir yer var, Seyran  soruşur ki, uşaqlara arvad qohumlarının adlarını qoymusan?

Qədir Rüstəmov:

- Niyə, bizimkilər  qırılıb qurtarıb ki?!

İndi bizimkilər qırılıb qurtarıb ki, «Neftçi»nin rəhbərliyi  əcnəbi baş məşqçi axtarır? Mutu gəlib nə qələt elədi ki?! Bojoviç nə qələt elədi?!

Tərlan Əhmədov  «Neftçi»ni sonuncu yerlərin birindən götürüb  gətirib  gümüş medal aldı. 

Samir Abbasov «Neftçi»ni çempion elədi.

Mən hələ rəhmətlik Böyükağa Hacıyevdən danışmıram, Sadıq Sadıqovdan  danışmıram.

Elə isə nə maraq var ki, «Neftçi» rəhbərliyi qapı-qapı düşüb əcnəbi mütəxəssis axtarır?!

Bunu hamı deyir, hamı yazır, amma çax-çax baş ağrıdır, AFFA və «Neftçi»nin rəhbərliyi  bildiyini  edir. 

Yox, əgər məqsəd «Neftçi»ni «Xəzər-Lənkəran»ın və ya «Qəbələ»nin gününə salmaqdırsa, bu başqa məsələ. 

«Neftçi» kimi  qədim bir tarixə malik, vaxtilə bütün Azərbaycan xalqının sevimlisi olan, bu gün də elədir, bir klubla  oynamayın, cənablar! Sonda özünüzü yandırarsınız. 

TƏQVİM / ARXİV