Azərbaycanla sülhə nail olmağa çalışırıq - Xaçaturyan

390 | 2025-03-31 18:12

"Ermənistan Azərbaycanla sülhə nail olmağa çalışır".

Adalet.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vahaqn Xaçaturyan İrəvanda almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər:

“Biz sülh sazişinin imzalanması ilə bağlı işimizi ardıcıl aparırıq. Qarşımızda regionda, konkret olaraq Azərbaycanla sülhün bərqərar olması vəzifəsi var və biz bu məqsədə çatmaq üçün aydın şəkildə çalışırıq. Hesab edirik ki, çətinliklər aşılmaz deyil və istənilən məsələni danışıqlar masası arxasında həll etmək olar”.

Xaçaturyan onu da vurğulayıb ki, artıq münaqişə dövrü geridə qalıb və Cənubi Qafqazda yeni müharibələr üçün resurslar yoxdur.

TƏQVİM / ARXİV