“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir

112 | 2025-03-19 13:03

İnnovasiya və sürət lideri “Bakcell” Təhsilin İnkişafı Fondu (TİF) ilə birgə əməkdaşlığı çərçivəsində tələbələrə DaimOnline paketi ilə 5GB internet hədiyyə edir. Belə ki, “TələbəPlus” kartına sahib olan tələbələr bu üstünlükdən faydalana biləcəklər.

Bu əməkdaşlığın əsas məqsədi tələbələrin rəqəmsal imkanlarını genişləndirmək, onların akademik və şəxsi inkişafını dəstəkləmək, eləcə də internetə daha rahat çıxışını təmin etməkdir.

    Əməkdaşlıq çərçivəsində “TələbəPlus” kart sahibləri üçün xüsusi güzəştlər və əlavə imkanlar nəzərdə tutulur. DaimOnline paketi çərçivəsində tələbələrə hər ay 5GB əlavə internet bonusu təqdim ediləcək. Bu bonus onların təhsil prosesində onlayn resurslardan daha rahat və sərbəst şəkildə faydalanmasına imkan yaradacaq.

    “Bakcell” haqqında

    “Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

    “Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

    TƏQVİM / ARXİV