Baş nazir Türkiyə səfiri ilə görüşüb - FOTO

114 | 2025-03-17 20:03

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, Baş nazir Əli Əsədov Birol Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

TƏQVİM / ARXİV