ABŞ-ın hazırkı prezidenti Co Bayden, “İnter Mayami”nin hücumçusu Lionel Messini mükafatlandıracaq.
Adalet.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Bayden “Ağ Ev”də mərasim keçirəcək. O, mərasimdə Messsi də daxil olmaqla, “Prezident Azadlıq medalı” alanların sonuncu qrupunu təltif edəcək.
Medal Amerika Birləşmiş Ştatlarının çiçəklənməsinə, dünya sülhünə və ya digər əhəmiyyətli ictimai və ya özəl səylərə görkəmli töhfələr vermiş şəxslərə təqdim olunur. Bu, sözügedən mövzuda ABŞ-ın ən yüksək mülki mükafatıdır.
Qeyd edək ki, Messi ötən ilin yayından “İnter Mayami”də oynayır.