Bayden necə riskə getdiyini dərk etmir?.. - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
363 | 2024-11-27 10:08

ABŞ prezidenti Co Bayden Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazilərinə zərbə endirilməsinə icazə verməklə və bununlada onsuzda gərgin olan vəziyyəti qızışdırmaqla necə risk etdiyini anlamadı.

Amerikan istehsalı uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazilərinə endirilən ilk zərbələrdən dərhal sonra, Vladimir Putin  ilk zərbə endirmək hüququ verən yeni nüvə doktrinasını imzaladı. 

Yeni doktrinaya görə, Rusiya Federasiyasına qarşı ballistik raketlərdən istifadə edilməsi, nüvə silahından istifadə etməyə imkan yaradır.

"Nüvə silahı ən son müdafiə xarakterli məcburi tədbiq vasitədidir. Rusiyaya qarşı nüvə başlığı olmayan qərb istehsalı ballistik raketlərdən istifadə edilməsi, Rusiyanın ərazi bütövlüyünə və suverinliyinə ciddi təhlükə yarada bilər... Nüvə  silahına malik olmayan, Rusiya ərazilərinə hücumları dəstəkləyən, birbaşa və ya dolayısıyla bu hücumlarda iştirak edən dövlətlər iştirakçı sayılır və Moskva onlara qarşı nüvə silahından istifadə edə bilər"- deyə yeni doktrinada bildirilir.

Rusiya prezidentinin sözlərinə görə, Rusiyanın dərinliklərinə uzaqmənzilli raket zərbələrinin endirilməsinə icazə verən ABŞ və NATO Ukrayna münaqişəsinin iştirakçısı sayılacaq və Moskva müvafiq  cavab verilməsiylə bağlı qərar qıbul edəcək.

Rusiya təhlükəsizlik şurası sədrinin müavini Dmitri Medvedev isə bəyan edib ki, prezident Vladimir Putinin yeni nüvə doktrinasını imzalaması, alyansa üzv dövlətlərin hərəkətlərini Rusiyaya birbaşa hücumu kimi qiymətləndirməyə əsas verir və "Kiyevə və harda yerləşməsindən asılı olmayaraq NATO obyektlərinə kütləvi cavab zərbələri endirmək hüququ verir".

ABŞ prezidenti və onun  "qana susayan"  komandası, sanki atdıqları düşüncəsiz addımların dünyanı Üçüncü Dünya müharibəsinə sürüklədiyini, daha dəhşətlisi nüvə müharibəsinə apara biləcəyini görmürlər?..

 

TƏQVİM / ARXİV