Bayden Trampa dərin quyu qazır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
167 | 2024-11-22 09:43

Trampın gələn il yanvarın 20-də rəsmi olaraq Ağ Evə gəlişi göründüyi  kimi heç də qalmaqalsız ötüşməyəcək. Ağ Evin hazırki sahibi Co Bayden, gözlənildiyi və vəd etdiyi kimi prezident kreslosunu Trampa "sülh yolu  ilə" təhvil vermək fikirində deyil.  

 ABŞ prezidenti Co Baydenin Ukraynaya uzaqməsafəli ATCMS raketləriylə Rusiya ərazilərinə hücum etməsinə icazə verməsi, əslində yanvarın 20-nə qədər Ukraynanın süqutunu uzatmaqla, yeni seçilmiş prezident Donald Trampdan qisas almaq məqsədi daşıyır. 

Xatırlayırsınlzsa, vaxtiylə Tramp da Baydenin hakimiyyətə gəlməsi ərəfəsində, Əfqanıstananın süqutunu ertələməklə, buna bənzər addım atmışdı. 

Aydındır ki, Bayden bu müharibənin uzanmasını ona görə istəyir ki, gələcəkdə onun administrasiyasını Kiyevi faciyəyə sürükləməkdə günahlandırmasınlar.   

 Rusiya prezidenti Vladimir Putinin yeni nüvə doktrinasını imzalaması barədə məlumat vermişdik. Bu qərarın imzalanmasından heç 24 saat keçməmiş Rusiyanın silahlı qüvvələri yeni yaratdıqları, orta məsafəli "Oreşnik" raketlərindən Ukrayna ərazilərinə zərbələr  endirməklə sınaqdan keçirdi.

 Rusiya prezidenti saniyədə 2-3 km sürətlə hədəfə uçan, raketəleyhinə müdafiə sistemlərinin radarlarlndan yayımağı bacaran, gipersəs sürətli raketlərini sınaqdan keçirməklə bir daha Ukraynanı uzaqməsafəli raketlərlə təmin edən Qərbin diqqətunə çatdırmaq istəyir ki, yeni nüvə doktrinası ilə bağlı verdiyi bəyanat, sadəcə havaya deyilən söz deyil. Çünki lazım gəldikdə bu raketlər taktiki nüvə başlıqları ilə də təhciz oluna bilər.

ABŞ prezident seçkil marafonundan yarımçıq uzaqlaşdırılan və tələsik  onun əvəzinə namizədliyi irəli sürülən partitadaşı, vitse-prezident Kamala Xarrisin acı məğlubiyyətini jəzm edə bilmir. Artıq haldan düşmüş qoca Bayden hakimiyyətinin son aylarında yalnız qisas haqqında düşünür. Görünən odur ki, onu hazırda nə Ukrayna, nə də nüvə hücumlarına məruz qalmaq təhlükəsiylə üzləşən Avropadakı tərəfdaş ölkələr maraqlandırmır. Baydenin yeganə istəyi son günlərində Donald Trampın ayağa qalxmasına maneə yarada biləcək "badalağın" vurulmasının "effektini" görməkdir.

 Bu arada, ABŞ administrasiyasının mətbuat katibi Karin Jan-Pyer bildirib ki, Rusiyanın orta məsafəli yeni "Oreşnik" raketlərindən istifadə etməsi, ABŞ-ın Ukrayna siyasətinə təsir gücünü azalda bilməyəcək. "Biz bu məsələdə gözləmə mövqeyi tutmaq fikirində deyilik"-deyə Jan-Pyer qeyd edib.

Ukraynanın bu savaşda ən azı məğlub olmayacağına ümidlərimiz, təəssüf ki, getdikcə əriməkdədir.  İndi ümidlər yalnız Baydenin son qərarından sonra çox çətin duruma düşən Donald Trampın, vəd etdiyi kimi, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün atacağı addımlardan asılıdır. Hər bir halda həm Qərbin, həm də müharibə aparan dövlətlərin orta məxrəcə gələcəyini, qanlı müharibənin danışıqlar yolu ilə bitiriləcəyini gözləyirik...

 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV