adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Bayden "tuman bağın" çəkməyə çalışır - Rüstəm Hacıyev yazır
 

RÜSTƏM HACIYEV
432 | 2024-04-30 13:38

ABŞ -ın Şimali Korolina ştatının Şarlott şəhərində baş verən atışmadan narahatlıq keçirən prezident Co Bayden, konqressi ölkədə silah satışına nəzarəti gücləndirməyə səsləyib.

Ağır nəticələrə gətirib çıxaran silahlı atışmalarla bağlı xəbərlər, artıq Birləşmiş Ştatlarda adı hala çevrilib. Amerikan lideri,  hadisələrin "qırmızı xətti" keçməsindən narahat olub və deyəsən "tuman bağının" çəkilməsi barədə düşünməyi qərara alıb. Bayden hüquq mühafizə orqanlarını, əlavə tədbirlər görməyə, "silahlı zorakılığa" qarşı ciddi tədbirlər görməyə çağırıb.

"Birbaşa indidən, konqress liderləri hücum silahlarının satışını qadağan etməli, silah mağazalarında silahların təhlükəsiz saxlanılmasına tələbkarlığı artırmalı, potensial təhlükə yarada bilən insanlardan odlu silahların ümummilli qaydada müsadirə edilməsi ilə bağlı qanunlar qəbul etməyə başlamalıdır"-deyə Ağ Evin mətbuat xidməti prezidentin sözlərini çatdırıb.

Atışma aprelin  29-da, Şimali Korolina ştatında baş verib. Qanunsuz silah saxlamaqda ittiham olunaraq axtarışda olan kişi, onun yaşadığı evə tərəf gələn polisləri görərək, onlara atəş açmağa başlayıb. Polis rəisi Conni Cenninqs bildirib ki, atəş açan şəxs məhv edilib, daha sonra evdən əlində silah olan daha bir nəfər çıxaraq atəş açmağa başlayıb. 

Son məlumatlara görə, atışma zamanı ABŞ əməliyyat qrupunun dörd marşalı ölüb, dördü isə yaralanlb.

Dünyanın demokratiya beşiyidir də, istənilən vətəndaş silah mağazalarından pasportunu göstərib istədiyi silahı ala bilər. Sonra da, yüz illər əvvəl Amerikaya gələn quldur babalarının genlərinin oyandığı zamanı, o silahı götürüb insanların kütləvi toplaşdığl məkanlara, məktəblərə hücum edərək kütləvi qətillər törədə bilərlər. 
 

TƏQVİM / ARXİV