Xəbər verdiyimiz kimi, ABŞ demokratlar partiyasının nümayəndələr palatasından bir qrup deputatı, hazırki prezident Co Baydenin impiçmenti ilə bağlı sanəd hazırlayıb.
Respublikaçılar partiyasının strateqi sayılan Terri Sallivan Newsweekə müsahibəsində bəyan edib ki, prezident Co Baydenə qarşı impiçmentin irəli sürülməsi, partiya üçün böyük itkilərə səbəb ola bilər.
"Hələ Bill Klintonun prezidentliyi vaxtlarından başlayan impiçment dalğaları pariyanın nüfuzuna xələl gətirməkdədir. Tarix göstərir ki, İmpiçment prezidentə xal qazandırsa da, siyasi baxımdan partiyanın nüfuzuna ziyan vurur"- deyə Sallivan təhlükə barədə xəbərdarlıq edib.
Konqressin nümayəndələr palatasının nümayəndəsi Teylor Qrin, Baydenə qarşı impiçmentin qaldırılmasının mümkünlüyü məsələsini qiymətləndirərək bildirib ki, demokratların bu təşəbbüsü amerikan qanunvericilərinin əksəriyyəti tərəfindən rəğbətlə qarşılanıb.
Qrinin sözlərinı görə, impiçmentlə bağlı araşdırmalar və səsvermə tezliklə, deputatlar tətildən qayətdıqdan sonra baş tuta bilər.