BİR İL VƏ... BİR - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
268 | 2023-01-05 13:19

(Yazarın arxivindən)

 

Əslində bütün   lanlar və olmuşlar, elə olacaqların özü də şəxsən məndən uzaqda göy üzününTanrı oturan yerində yazılıb, xəritəsi çəkilib, hökmü verilib. Və beləcə, bir bəndəolaraq mən onu anbaan, zaman-zaman yaşam missiyam kimi gerçəkləşdirirəm. Ona əlavəetmək, onu dəyişmək və yaxud da   durdurmaq mənim və bütövlükdə bəndənin gücündən, imkanlarında çox-çox uzaqdı. Hətta   heç xəyala da, yuxuya da sığmayan bir şeydi. Ona görə də bir bəndə olaraq    yaşamın təfərrüatlarına varanda onda elə bil ki, gözümün önündən bir kino lentigəlib keçir və mən o kino lentin izləyicisinə çevrilirəm. Otururam evin bir küncündə, gözlərimi yumub    izləyirəm həmin o lenti. Təbii ki, gözlərimi yumub sözü sizi qıcıqlandıracaq.Amma inanın ki, bütün bu həyat deyiləni ancaq gözüyumulu izləyəndə hər şey günkimi görünür sənə. Axı sən onu içində izləyirsən, ekrana baxmırsan. Və deməli...

Bilmirəm,oxucuların yadındadı, yoxsa yox. Ötən ilin dekabrında, ilin son yazısını    yazanda içimdə 2019-un son yazısını yazacağıma o qədər də ümidli deyildim. Müəyyənhəyat problemləri, özəl qayğılar, sağlamlıq məsələləri və nələr, nələr mənə eləyüklənmişdi ki, onun altından qalxacağıma inanmırdım, amma ümidsiz də deyildim. Sadəcə, sızıltılı alınmasın deyə,yazımın ovqatına bir çimdik duz qatmışdım – Ümid duzu! Görünür, hardasaYaradanın xoşuna gəldi o Ümid duzu. Və mənə bir illik ömür yolu bəxş etdi... Və    mən də başımı aşağı salıb içimdə Allahım, sən o BİRin göstərdiyi yolu anbaan,yaşaya-yaşaya gəlib çıxdım bu dekabrın sonuna. Və həmin bu sondan nəfəs dərmədənçevrilib baxıram arxaya. Baxıram... və həm düşünürəm, həm də xatırlayıram. Bubir ildə nələr olmadı ki... Bəli, nələr olmadı ki?!

Öncə onu deyimki, bu bir ili də Qarabağa gedə bilmədim... bu bir ili də Tuğa həsrət qaldım...və bu bir ili də adımı qaçqın siyahısından çıxarmaq gücüm olmadı...

Bu bir ildə özəlhəyatımda doğmaların itkisi də sızıldatdı məni. İtirdiyim əzizlərin yeriindinin özündə də ağrıyır. Və mən o ağrılardan yalnız xatirələrlə və bir dəonların adına oxunan dualarla təsəlli tapıram. Həm də düşünürəm ki, həyatımdan   qopub ayrılan xalam, dayım, əminəvələri, dostum... bütün bunlar elə o BİRinverdiyi hökmün icrasıdı. Və mən Tanrı dərgahına qovuşanlar üçün yalnız birsalavat çevirməklə o BİRi anladığımı etiraf etməliyəm. Və belə də edirəm.

Arxada qalan   yolda övladlarımın, nəvələrimin təbəssümü də səpələnib, onların həyatımdakı özəllikləridə, şıltaqlıqları da. Oğlumun, qızımın uğurları da, imtahandan aldıqları yüksəkqiymətlərin şirinliyi də bu bir ilin payına düşür. Deməli, həyatımı nizamlayan,həyatımı ağrı-acısıyla sevinc təbəssümünü naxışlayan o BİR məni üzdüyü kimimükafatlandırmağı da unutmayıb. Şükür!..

Hə, gəlirəm birməqama. O məqam ki, mənim həyatımın kredosudu... mənim ömrümün mənası, həm dəyaşamaq stimulumdu. Və mən məhz onun varlığını, onun mənə xəyalən, ruhən   ötürdüyü müsbət impulsları qəbul edə-edə yaşayıram, ümidlənirəm, düşünürəm. Həmdə bütün bu dediklərimi sözə çevirirəm –onun oxuduğu sözə. Həmin sözləri oxucularımla da bölüşürəm, xoşlarına gəlsə də,gəlməsə də. Özü də bütün məqamlarda vurğulayıram ki, söz ONA ünvanlanıb, onunüçün yazılıb . Yazdıran isə o BİRdi! Bax, elə indi də bütün yaşantılarımın vəyazdıqlarımın içərisində mənim ürəyimin pıçıltılarını önə çıxaran Odur və birki, BİRdi.

 

 

Hər ağrının özdadı var

Baldı, ürəyinağrısı...

Onu duymayan kəslərə-

Laldı, ürəyinağrısı...

 

 

Baxa-baxa buzalıma

Cavab gəzirsualına...

Yetənəcənvüsalına –

Kaldı, ürəyinağrısı!..

 

 

Qucaqlayıb birdaşı tək

Tək düşündüm,bir naşı tək!

Mənimlə cansirdaşı tək –

Qaldı, ürəyinağrısı!

 

 

Səssiz qoşubvaxt xoruna

And içdirib bəxtgoruna...

Əbülfəti öztoruna -

Saldı ürəyinağrısı...

 

***

 

Yenə baxıram üzügeri. Və yenə gözümün önündən keçən həmin o kino lentindəki məqamları sadalamaqistəyirəm. Amma fikirləşirəm ki, bu halımla, bu təkrarçılığımla oxucuların, təbiiki, həm də Sənin bayram ovqatını korlamış    olacam. Buna görə də bir anlıq da olsa o istəyimi dondurmağa qərar verirəm.Amma onsuz da içimdəki elə içimdə qalır, həyatıma hopur və sən də bütün    bunlardan xəbərdarsan. Deməsən də, yazmasan da, olmuşları da, olanları da mənimqədər bilirsən. Və deməli, mənimlə razılaşarsan ki, indi çözməyə çalışdığım kələfin    düyün düşən yerlərini açmağa elə də ciddi bir zərurət yoxdu. Çünki o düyünlərinnə olduğunu, nədən olduğunu biz ikimiz artıq təkrar-təkrar çözmüşük və bundan   sonrakı ömrümüzdə də çözəcəyimiz birmənalıdı. Bunu ona görə xüsusi vurğulayıramki, mənim ibadət etdiyim DİNin adısevgidi. O BİR ruhuma, qəlbimə məhz sevgini hopdurub. Hər gün də, hər an da əlimio BİRə açanda etdiyim dualarım məhz sevgi üçündü.

Həyatımın bütün   anlarını xəyalla, yata biləndə isə yuxuyla bəzəyirəm. Mənə xəyalpərvər desələrdə, məni xəyallara görə günahlandırsalar da, mən Qarabağa da ... Sənin yanınada... Tanrının dərgahına da hələ ki, xəyallarımla gedib çatıram, xəyallarımlaqovuşuram. Və şükür edirəm ki, bu xəyallar var. Bu xəyallar mənim üçün yaşılişıqdı və yaxud da bədirlənmiş aydı. Yəqin ki, bu sözləri oxuyanda həmişə    dediyin sözü yenə təkrar edirsən. Axı sən məni dinə dəvət etməyi, haqq yoluna gətirməyi    qarşına məqsəd qoymusan. Hər dəfə də işlətdiyin söz var: Əstağfirullah!- de. Məndə deyirəm sevgi dinim üçün. Və yazıram da:

 

 

Bilə-bilə, ya fərqinəvarmadan

Açıq-aşkarbitirsən, ürəyi.

Sanki yarpaqqoparırsan tarmadan –

Yelə verib itirirsən, ürəyi.

 

 

Tanrım kimi əlçatmazdın,göydəydin

Yerdən baxıb, məndə çəkdim göy dərdin.

Təbəssümlə, nəfəsinləgöyərtdin –

Sən hər hala gətirirsənürəyi.

 

 

Dərdi süzüdün sənürəyin biçimdə

Nə olar ki, birnəfəs içim də!

Göz yaşını gizlədərəkiçimdə -

Gülə-güləötürürsən ürəyi.

 

 

Sənin üçünqurbanlığa dönüm ki

Saçlarımıkipriyimə hörüm ki.

Allah mənə imkanversin görüm ki –

Ayaq altdangötürürsən ürəyi!

 

Bəli, bu təkcəarzu, istək deyil. Bu həm də o BİRin diqtəsi, o BİRin ürəyində göyərtdiyiSevginin səsidi. Mən də bu bir il ərzində onilliklərdən gələn o səsi ancaqmisralamışam, şeirə çevirmişəm. Elə bu gün də həmin o işlə məşğulam. Nə qədərvaram, ayaqdayam, belə də olacaq. Axı, haqdan gələn haqqın özünün iradəsiləyekunlaşır. Deməli, hələ düşünməyə, hələ sevgimin əlini sıxmağa zamanım var. Mənimisə indiki anda içimi göynədən bütün məqamlarla yanaşı, yolumu gözləyən dağlarademək istədiklərim şeirləşir. Mən onu da sənə pıçıldayıram. Və yazıram ki:

 

 

Üzümü sizətutmuşam

Ot bitən izətutmuşam...

Dərdi tay üzətutmuşam –

Dağlar, mənigözləməyin...

 

 

Çax-çaxam başağrıdıram

Qoymur yerdənağrı, duram!

Ömrü boşabağırdıram –

Dağlar, mənigözləməyin.

 

 

Qəlbimdən axanqara qan

Yaradı, vallah,yara, qan!

Bezib dərdimdənYaradan –

Dağlar, mənigözləməyin.

 

 

Dizimdən təpər,candan qor

Tükənim arzu,gözdə tor!

Məni həmənkikimi gör –

Dağlar, mənigözləməyin.

 

 

Özümü yenib gələcəm

Şam kimi sönüb gələcəm...

Ruh kimi dönüb gələcəm–

Dağlar, mənigözləməyin!..

 

***

 

Bəli, bir ilarxadadı. Qarşıda nə boyda zaman kəsiyi var, təbii ki, onu yalnız o BİR bilir.Və mən də o BİRin bəndəsi kimi dualarımla, yazı-pozumla, bacardığım iş-güclə vətəbii ki, bir də sevgimlə o zaman kəsiyinin içində olacağıma ümidliyəm. Düşünürəmki, mənim o zaman kəsiyində olmağım yəqin ki, kimsənin haqqına müdaxilə kimisayılmayacaq. Və mən də eləcə yaşam payımı misralaya-misralaya çalışacam ki, səninkönlünü ələ ala bilim, haqqım olan nədisə ona qovuşum. Bu diləyin, bu istəyin yəqinki, əleyhinə çıxmayacaqsan. Ən azından ona görə ki, mən Allahdan umduğumu və ənəsası isə Allahın verdiyini yuxu kimi yaşamaqdan, xəyal kimi daşımaqdan ləzzətalsam da, amma reallığın da nə demək olduğunu anlayıram...

İndi bu yazınıilin son pıçıltısı kimi ürəyimdən keçirdiyim anın özündə mənə elə gəlir ki, sənən yaxın nöqtədə dayanıb bu təkrarçılıqdan, bu özünüifadədən yorulduğunu deməyəçalışırsan, bəlkə də deyirsən. Olsun! Təkrarın nə demək olduğunu hər kəs bilir.Mən də unutmamışam. Ona görə də bildiyimi danışmaqdan, öyrətməkdən,xatırlatmaqdan yorulmuram. Və burda da qəbahət bir iş də, bir nüans da görmürəm.Gördüyüm yuxular, qurduğum isə xəyallardı. Bax, elə həmin o yuxuların, xəyallarınbir anı da bu şeirdə gerçəkləşibdi. O şeirdə sənə üz tutub demişəm ki:

 

 

Mənə yuxunudanış

Vergülünüunutma...

Kipriyinin ucunu–

Mən öpməmişqurutma!

 

 

Xəyalını pıçılda

Asılımqanadından...

Ürəyimdə puçurla–

Məst olum inadından...

 

 

Mənə arzunu söylə

Dinləyim duakimi...

Keçsin, sən eləeylə -

İçimdən şüakimi...

 

 

Mənə istəyini de

Susma, danışbaxışla...

Səni dəli təköpdüm –

Küsmə, dəli,bağışla!..

 

Hə, bu da2019-un sonuncu köşə yazısı... bu da mənim hər an əlimi açıb səcdəsində   dayandığım o BİRin mənə ayırdığı bir illik ömürdə yaşadıqlarımın kiçicik ifadəsi...bu da o birin mənim ürəyimdə and yeri etdiyi sən BİRə ünvanlanan istəkləri,duyğuları, pıçıltıları...

Düşünürəm ki, bəlkədə bu bir ildə etdiyim duaların sözlə ifadəsini bir yerə toplasam neçə cilidlikkitablar alınardı. Amma mən onları yazıya köçürmədim. Çünki həmin dualar BİRdən   ürəyimdə olan sən bir üçün idi. Aramızda olan bütün xəyalları, xatirələri, hətta   yuxuları mən yalnız o BİRlə və Sənlə bölüşməyə can atmışam və etmişəm də. Axıbu, pünhan duyğulardı, sən də ismi-pünhan! Ona görə də 2019-un son köşə   yazısını elə sənə yazdığım bir şeirlə də bitirirəm:

 

 

Doğma deyiləm sənə

Yad da olabilmirəm...

Kədərə gücümçatmır –

Şad da olabilmirəm...

 

 

Ruhumda birsönüklük

Kipriyimdə nəmdüyün...

Gözlənilməzdönüklük –

Qəmdi, düşüb qəm,düyün...

 

 

Baxdığım buludqara

Gəzdiyim yerpıtraq...

Həsrət də çəkir dara –

Qoymur susuboturaq...

 

 

Bu halda, budurumda

Göz yolda, qulaqsəsdə...

De, mən hardadurum ta –

Son qoyasan bu qəsdə!..

 

... Və beləcə, oBİRimin hər birimizə verdiyi ömür payının işığında 2020-ci ilə sevgilərlə qədəmqoymağınızı arzu edirəm. İstəyirəm ki, o BİR ürəyimdəki sən BİRin həyatını,ömrünü sevgimə bələsin. 2020-ci ilimiz sevgiylə süstlənsin!..

TƏQVİM / ARXİV