adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Bir üzü qara dünyanın İŞIQ adamı - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
874 | 2023-03-01 15:28

Mahmud Qacarın xatirəsinə

Bilmirəm kim deyib, niyə deyib... Amma inanıram ki, o da mənim kimi dərdlə baş- başa qalanda, təkliklə əlbəyaxa olanda və birdə haqsızlıqlara gücü çatmayanda əlini göyə açıb, bir qarğış kimi gətirib dilinə bu dünyanın üzqaralığını. Həqiqətən dərindən düşünəndə özünlə, çevrənlə, oxduqlarınla, eşitdiklərinlə və ən vacibi gördüklərinlə müqayisə edəndə, dünyanın üzündə ürək açan işıq, nur çox azdır. Qaranlıq, qara ləkələr... təssüf doğuran nəsnələr isə daha çoxdur. Yəqin ki, bunun da səbəbi elə özümüzük- yəni, biz insanlarıq. Çünki hər şeyi özümüz üçün düşünürük. Öz boyumuza biçir, öz istəyimizə uyğunlaşdırmağa çalışırıq. Bu fərdilik də sonda yer üzündə milyardlarla fərdin istək toqquşmalarınıhəmin o qara ləkələrə, konkret desəm, dünyanın üz qaralığına çevirir.

Birdəki insan olan varlıq nədənsə dağıtmağa daha çox meyillidir. Özü də məqsədli şəkildə öz rahatlığı üçün olanı dağıtmaq, özününkünü yaratmaq… Növbəti dağıntı da başqa bir insanın özününkünü yaratmaq istəyindən cücərir. Və beləcə dağılır dünyamız… Dağıdırıq dünyamızı…

Onunla tanışılığım, dostluğum bəlkə də dünyada ən yaşlı tanışlıqlardan, dostluqlardan biridir. Çünki öncə imzasını tanıdığım, şeirlərini oxuduğum və o yazılardan, o şeirlərdən özünün obrazını içimdə yaratdığım bir şair, bir publisist idi O... Üstəlik həqiqətən də O. həyatda da öz şeirinə, öz yazısına bənzəyirdi. Sanki bir almanı yarı bölmüşdün. Yazıda da həlimlik, şeirdə də həlimlik, səsdə də , davranışda da, münasibətdə də, hətta cismani varlığının özündə də həlimlik hakim idi ona!!!Sanki Allah onu, könlünü sevgi dolu anında, insanlara həlimlik nümunəsi kimi yaratmışdı…

Kəndlərimiz qonşu idi. Kəndələrimizin qohumluq əlaqəsi var idi. Bu qohumluq əlaqəsinin bir ucu da bizi tuturdu. Onu da lapsonradan öyrənmişdim. Daha doğrusu özü demişdi. Həyat elə gətirdi ki, Füzulidə “Araz” qəzetində birlikdə işlədik. O məndən öncə işə başlamıdı. Kollektivdə ilk təmas qurduğum qələm adamlarından biri idi. Bunu ona görə xüsusi vurğuayıram ki, redaksiyada Mahmud Qacar, Sabir Rüstəmovvə Süleyman Qaradağlınırayonda fəaliyyət göstərən “Ərgünəş” ədəbi birliyindən tanıyırdım. Bu üç şair dostlarım mənim üçün redaksiyada ilk anlarda sözün gerçək mənasında güvənçilər idi. Onların otağına ərklə gedir , ilk isti, mehriban söhbətlərimi onlarla edirdim. Təbii ki, qısa bir zamandan sonra rayon qəzetinin redaksiyasında artıq hamı mənim üçün doğmalaşdı!. Bu gün onların bir çoxu artıq haqq dünyasındadır. Məkanları Cənnət olsun !.

Və mən qaçqınlığın ilk günlərindən aradığım, sorağına düşdüyüm həmkarlarımdan, dostlarımdan biri də Mahmud Qacar idi…
Hər dəfə “Ədalət” qezetinin redaskiyasına gələndə Mahmud Qacar özü ilə “Araz” qəzetinin havasını gətirirdi. Rayon qəzetindəki münasibətlər, istilik , e4ləcə dəyazıları müzakirə etmək, irad və təkliləri söyləmək ənənəsi var idi. Bu səbəbdənMahmud “Ədalət”ə gələndə hər nömrəsini izlədiyi qəzetlə bağlı fikirlərini mütləq deyirdi. Üstəlik o özünün yazılarını, şeirlərini mənə təqdim edəndə də birbaşa və həmişə bufikri xüsusivurğulayardı:


-Özün bax, özü də diqqətli ol. Mənə görə yox, qəzetə və özünə görə yazıya qiymət ver. Sonra üzünə söz gəlməsin. Sənə irad tutmasınlar ki, dostunun, kəndçisinin yazısını çap edir.


Bəli, biz Mahmudla ruh dostu idik, ürək dostu idik. Ailə məsələlərimizi də birlikdə müzakirə edirdik. O oğlu Azərdən, bizim Babəkdən söhbət salırdı. Tez- tez səhhətində problem olan balacalardan danışırdı. Və ən çox da onun qəlbinə toxunan haqsızlıqları, xüsusi ilə zamanında “adam saydıqlarının” ona etdiyi namərdliklərdən ürək ağrısı ilə söz açırdı...

Şeirlərini də ürək ağrısı ilə yazırdı. Sözünün əvvəli də, axırı da Qacar idi. Füzuli şəhəri işğaldan azadolunanda mənə zəng etdi. Ağlaya- ağlaya danışdı. Bu sevinc göz yaşı idi. Amma o qədər isti idi ki, sanki mən də ona qoşulub ağlayırdım…


Bəli, Mahmud Qacar Bakıda gecəqondu evində rahatlıq tapa bilmirdi. Qaçqın kimi məskunlaşdığı ünvan onu sıxırdı. Ona görə də imkan düşdükcə özünü çatdırırdı Horadizə. Gedib bir neçə gün doğmalarının yanında qalırdı. Gedəndə də, qayıdıb gələndə də mənə mütləqzəng edirdi. Son gəlişində mənə Horadizdən meyvə gətirmişdi. Onları mənə verəndə dedi ki, öz əlimlə yığmışam. Kürəkənin həyətindəndir. Dedi və gözləri doldu. Onun ağrıları çox idi. Elə o ağrılar da yeyirdi onun ürəyini. Və bir də Mahmud Qacar son dərəcə diqqətli idi. Hamının dərdinə şərik ola bilirdi. Hamının sevincinə sevinirdi. Onunla söhbətlərimdə ən çox Umud Rəhimoğludan, Oktay Əliyevdən , Mais Kazımovdan söhbət salırdı.
Mən dünyanın üzünün qara olduğunu yazının əvvəlində deyəndə məqsədim, məramım var idi. Axı deyirik ki, qara torpaq udur adamı. Amma deyir ki, aydınlar. dəyərlilər. təbii ki, şairlərtorpağa qarışanda Vətən torpağını bir ovuc artırır. Bu fikri mən daha çox qəbul edirəm. Lakin dünyanın üz qaralığının bir əlaməti də işıqlı adamları tez çərlədib, tez çökdürüb öldürməyidi... Bax bu amanasız dünya da bizləri, xüsusilə nurlu, işıqlı aydınlarımızı yaşamağa qoymur. Onları qara torpağın qoynuna tez yola salır. Torpaq bir ovuc artsa da, gerçəkdə dünyann üz qaralığı da bir adam boyu artır.
Bəli, əzizim Mahmud, sən Bakıda təmiz hava axtarırdın. Tapa bilmədin. Təmiz dünya gəzdin, onu da tapa bilmədin. Amma sonda təmiz vicdanın, təmiz ürəyin səni ruhunun qanadında Qacara apardı. Axı orda hava da təmizdir. Sənin dünyanda özün kimi ÖZƏLDİ!!!

Ruhun şad olsun, qovuşdun Qacara...

TƏQVİM / ARXİV