“BU, KİMİN BAŞIDI?”... - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
22555 | 2019-05-03 17:29

Son günlər orta məktəblərdə dinin tədrisolunması məsələsi gündəmi zəbt edib. Bəziləri hətta o qədər həyəcanlaaçıqlamalar verir ki, sanki hansısa xristian ölkəsində İslamı tətbiq etmək məsələsiqaldırılıb.

Qafqaz Müsəlmanları İdarəsinin sözçülərininaçıqlaması isə daha ilgincdi. Ətrafın təpkisindən qorxurmuş kimi, "Orta məktəbdədin heç vaxt tətbiq olunmayacaq” kimi tələsik canqurtaran açıqlamalar da veriblər.

Bəli, əhalinin səksən-doxsan faizi müsəlmanolmasına rəğmən bu ölkəyə müsəlman ölkəsi demirik. Əhalisinin əksəriyyətini müsəlmanlartəşkil edən ölkə(?) deyirik və bizim qanunla din dövlətdən ayrıdır. Amma XXI əsrdədinin İslamın gözəlliyi ilə deyil, cəhalət formasında yayılması niyə kimsəninarahat etmir? Dərs formasında, yaxud dərsdən ayrı məşğələ şəklində dinin əslgözəlliyini insanlara çatdırmağın, öyrətməyin nə sıxıntısı ola bilər ki? QMİniyə qorxur bu addımdan? Bəlkə bunu olduğu kimi çatdıracaq dini savadı olaninsanlarımız yoxdu?

İki ərəb sözü öyrənməklə Quranın alayarımçıq tərcüməsinəcürət edənlərin, təhrif olunmuş hədislərlə insanları fanatizmə, cəhalətə sürükləyənlərinqarşısını almaq üçün uşaqlara, gənclərə əsl dini başa salmağın nə zərəri olabilər ki? Yoxsa QMİ-nin daha vacib işləri var???

Yaxınlarda Kərbəla və Məşhəd ziyarətindəoldum. İnanın ora gedənə qədər müsəlman olduğumu sanırdım. Və ümid etmişdim ki,o müqəddəs torpaqlara ayaq basandan sonra inancım daha da artacaq, içimdə birhüzur, rahatlıq tapacam. Təəssüf! Tam əksi oldu! Deyirdilər Qərbdə islam yoxdu,müsəlman var, Şərqdə İslam var, müsəlman yoxdu. Nə qədər doğru söyləmişlər!Orada gördüklərimin şokunu hələ də yaşayıram. Xəyal qırıqlığı çox ağır birhissmiş, bunu dəfələrlə yaxşı bildiyiminsanların timsalında yaşasam da, belə kütləviliklə olacağını sanmamışdım.

Orada müsəlmanları (üzr istəmək də gəlmiriçimdən!) bir qoyun sürüsü kimi təsəvvür edə bilərsiniz. Öndə biri hara üztutduysa, nə dediysə, arxadakılar da onu təkrarlamağa məcburdular. Bir-birini əzə-əzə,qol-qabırğası sınanları tapdayıb keçən, basabasda ayaq altda qalıb qışqıranısaya salmadan, əllərində tutduqları nələrisə ziyarətgaha sürtməyə tələsən,bununla da niyətlərinin hasil olacağını sanan bir sürü cahillə qarşılaşmışdım.İnanın, nə namazın, nə duanın hüzurunuyaşaya bildim.Heç namaz qılmağa yer də yoxdu insan əlindən. Əyilib namazda səcdəyəgedərkən başın tapdanır, dua edərkən güruh üstünə gəlir, rukudaykən qarşındakımöhür kiminsə təpiyiylə haralarasa diyirlənir... Məsələ ondadır ki, Kərbəla, Məşhədziyarətləri müsəlmana vacib olmasa da, müstəhəbdi, Həcc ziyarəti isə vacibdir vəçox təəssüf ki, duyduqlarıma görə orada da eyni vəziyyətdi...

Biz gerçəkdən müsəlmanıqmı? İslamın gözəlliyiniHollivud filmlərində tək-tək hallarda müsəlman dininə rəğbəti olan hansısarejissorun yaradıcılığında sevmişəm.

Müsəlman oğurluq etməz, müsəlman yalandanışmaz, qul haqqı, yetim haqqı, faiz yeməz, haramdan çəkinər, zinadan uzaqolar və sair və sair...

Bu deyilənlərin bizə aidiyyati varmı gerçəkdən?Müsəlman deyiliksə, onda kimik biz? Nəyik biz?

Ziyarət müddətində öz gördüklərimi ara-arayazacam. Zəvvarbaşları kimlərdən olmalıdı, QMİ??? Ticarətçilərin "kliyenttutmaq” şakərini onlarda da gördüm. Kimi 350 manata, kimi 450 deyib və zəvvarbaşıyla"razılaşıb” zəvvarlara kələk gəlməklə işə başlayırlar.Yemək, yataq, ziyarətdənsonra ticarət məsələsi müzakirə olunur və yola düşürlər. Pəstaha sonrabaşlayır. Bir otaqda 50 zəvvarın qoyun-qoyuna yatmasındam başlanan ziyarəti "çətinliklərləolan ziyarət daha çox qəbul olur” kimi saçmalıqlarla ört-basdır etdilər.Sonrakı mərhələdə dörd-beş nəfər olmaqla ortabab otellərə yerləşsələr də pərakəndəlik,verilən sözlərin tutulmaması aşkara çıxmağa başladı. Müharibəsi, terroru bitməyən,küçələrində tank üzərində TŞK-lar hazır vəziyyətdə gözləyən, təpədən-dırnağasilahlı əsgərləri küçələrdə dolaşan, qarşımızda tutulub qolları burularaqgötürülən canlı bombaları ilə yaddaşımızda qalan İraqın ortasında itənləri üçdörd saat gözləmək, nəfəs kəsən istidə tər tökə-tökə, bir də itənlərintapılmayacağı həyəcanından olanları siz təsəvvür edin.

Əksəriyyəti yaşlılar olan bu dəstəni necəseçmişdilərsə hamısı ölməz Cəlil Məmmədquluzadəninpersonajları idi. Onun zamanından yüz ilsonra bu milləti seyr edərkən Mirzənin halına ağladım, gerçəkdənağladım. İçim paramparça oldu. Nələr çəkmiş o İNSAN!!!

Zəvvarbaşı hər kəsi toplayıb boynumuzda pionerqalstuku kimi bağlanmış bayrağımızla bir-birimizi tanımağı, qarşıda gedən və əlindəböyük bayrağımız dalğalanan kişinin ardınca getməmizi dəfələrlə desə də, hətta əkstəqdirdə nələr ola biləcəyini izah etsə də, heç bir ticarət etmədən birbaşaziyarətə gedəcəyimizi, dönüşdə alış-veriş edəcəyimizi desə də... turistləri cəlbetmək üçün yolboyu satılanlardan "zəvvarlarımızı” ayıra bilmirdi. Dəfələrləeyni söhbət təkrar olsa da, mənzərə dəyişmirdi. Və ən əsası birinci nə addımatdısa, arxadan gələnlər basabasla, bir-birini itələyərək irəli cümmağaçalışırdı, həm də qarşıda nə satıldığını, yaxud verilənin ehsan, yoxsa pullaolduğunu bilmədən. Təbii, ehsan deyilsə geri dönürdülər...

Gələndə zəvvarbaşları da, zəvvarlar da qızıl,gümüş, müxtəlif ticarət mallarıyla yüklənirlər. Ticarət də lazımdı, amma əslziyarətdən sonra.

Orda zəvvarbaşını "Danabaş kəndinin məktəbi”ndəkimüəllimə bənzədirdim. O hissə yəqin çoxunuzun yadındadı. Kənd əhalisinisavadlandırmaq üçün dərs keçən müəllim lövhəyə at başının şəklini çəkir. Bu nədirsoruşur. At deyirlər. O isə yox bu at deyil, atın başıdır deyir. Sonra özbaşını göstərir bu kimin başıdı? - soruşur. Bu atın başıdır, - deyə cavab verirlər.Eyni vəziyyət idi Kərbəlada. Və mən "Kərbəla müsibəti”ni unudub öz müsibətimiziağladım orda...

TƏQVİM / ARXİV