Ukrayna üçün 2025-ci il 2024-cü ildən daha yaxşı olacaq. Çoxlu sayda yaxşı hadisələr mümkündür.
Adalet.az xəbər verir ki, bunu Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
"2025-ci illə bağlı çox nikbinəm. 2025-ci il mütləq bundan daha yaxşı olacaq. Bunun konkret səbəbləri var. Rusiya 2025-ci ilin ortalarına qədər, ölkənin maliyyə-iqtisadi sistemi ilə bağlı çox çətin qərarlar qəbul etməli olacaq”, - o bildirib.
Budanov qeyd edib ki, Ukrayna nəinki qələbə gözləyir, həm də bunun üçün hər şeyi edir.