adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Çişinizdən qürur duyun, uşaqlar! - Eminquey yazır

EMİNQUEY AKİF
1286 | 2023-01-13 12:25

Hansısa məktəbdə tualet yox imiş, yığışıb qərar veriblərmiş ki, iki ol sonra tualetli məktəb tikib uşaqları ora köçürsünlər.

Bir adam çişini tuta bilmirmiş, harda gəldi altına qaçırırmış.

Neçə-neçə həkim üzü görsə də, dərdinə dəva tapa bilmirmiş.

Artıq ümidlərinin öldüyü bir vaxtda yolda bir dostu ilə rastlaşır. Dostu, "maşallah, çox yaxşı görünürsən", - deyir.

Adam da fiziki olaraq yaxşı görünməsinə baxmayaraq ciddi bir probleminin olduğunu deyir. Dostu dərdinin nə olduğunu soruşur, o da çişini tuta bilmədiyini deyir.

Dostu sağlam görünən bir insanın ancaq psixoloji səbəblərlə çişini tuta bilməyəcəyini deyib ona psixoloqa getməyi məsləhət görür.

Bir neçə həftə sonra yolda yenə rastlaşırlar. Adam dostuna deyir:

Allah səndən razı olsun, nə yaxşı ki məni psixoloqa yolladın!

Dostu çox sevinir:

Demək ki problemin psixoloji imiş. Daha altına qaçırmırsan, eləmi?

Adam gülümsəyib deyir:

Xeyr. Hələ də altıma qaçırıram, amma artıq çişimlə qürur duyuram.

İndi məncə o uşaqları tualetli yeni məktəb tikilənə kimi psixoloqa göndərmək lazımdı. Ya da məktəbə psixoloqlar gətirmək lazımdı. Ki, yeni məktəb tikilənə qədər o uşaqlar ağacın, kolun dibinə çiş eləməkdən qürur duymağı öyrənsinlər. Çox yox, cəmi 2 il.

TƏQVİM / ARXİV