"Demokratiya" budursa, bəs onda əsl demokratiya necə olmalıdır? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
489 | 2024-10-30 11:45

Noyabrın 5-də ABŞ-da, müasir tarixin ən müəmmalı prezident seçkiləri keçiriləcək . Çox güman ki, Birləşmiş Ştatların tarixində altıncı dəfə ölkə prezidenti az səs toplayan namizəd seçiləcək. 

 Bəli, artıq  əsrlərdi ki, ABŞ-ın seçki sistemi elə qurulub ki,  prezidentləri birbaşa seçicilər deyil, xüsusi seçənlərin səsləri müəyyənləşdirir. Belə ki, seçicilər prezidentliyə namizədlərə deyil, hər ştatda qalib gələn namizədə səs verəcəyinə söz verən həmin xüsusi seçənlərə səs verirlər. 

 Çox qarışıq, anlaşılmaz oldu, deyilmi? ABŞ qanunvericiliyinə görə, hər bir ştatın  Konqressdə -senatda iki nəfər, Nümayəndələr palarasında isə əhalisinin sayına görə nümayəndələri var. Yəni xüsusi seçənlərin sayı 538 nəfərdi və onlardan ən azı 270-i namizədlərdən birinin qalib gəldiyini elan etməlidirlər. 

 Hələ bu da son deyil. Ştatların əksəriyyətində  "qalib səslərin hamısını qazanır" qaydaları müəyyənləşdirilib. Belə ki, namizədlərdən biri 51 faiz, digəri 49 faiz səs toplayırsa, onda səslərun hamısı daha çox səs toplayan namizədin hesabına yazılır. Cəmisi iki- Nedraska və Men ştatlarında  istisna olaraq xüsusi seçənlər qarışıq prinsipiylə səsləri müəyyənləşdirirlər. 

 Hələ 1787-ci ildə, Filadelfiya konvetində təsdiq edilən ABŞ Konstitusiyasının yaradıcıları, prezidentin birbaşa sadə seçicilər, yoxsa  Konqrss tərəfindən (xüsusi seçənlər) tərəfindən seçilməsi məsələsinə baxıblar  və bir neçə aylıq müzakirə və mübahisələrdən sonra, Əsas Qanunda bu seçimdə Konqressin xüsusi seçənlərinə üstünlük veriblər. Onlar hesb ediblər ki, guya Konqtess üzvləri daha düşüncəli, daha ədalətli, gizli danışıqlardan uzaq adamlardı və yalnız onlar azlıqda qalan səsverənlərin hüquqlqrını qoruya bilərkər.

 Müasir dövrdə xüsusi seçənlər institutu arxaik görünür və həm sadə seçicilər, hım də hüquqşünaslar, politoloqlar, siyasi aktivistlər tərəfindən tənqid olunur. Onların fikirincə, özlərini demokratiya nümayənfələri adlandıranlar, geri addın atmall, seçkilərdə vətəndaşların sadə səs çoxluğu ilə qalibin  müəyyən olunmasına imkan yaratmakldlrlar.

 Hazırki qaydalara görə isə, ümumxalq səsvermə seçkilərdə əsas rol oynamır. Belə ki, namizəd sadə seçici səslərinin çoxunu qazansada, xüsusi seçənlərin səsləriylə opponentinə uduza bilər və prezident seçkilərində məğlub sayıla bilər. Məsələn 2016- cı ildə Hillari Klinton və 2000-ci ildə isə Albert Qor məhz bu səbəbdən prezident seçilə bilməyiblər. 

 Ümumiyyətlə ABŞ tarixində ən azı 15 dəfə belə hal baş verib. Belə ki, sadə seçicilərin 50 faizdən az səsini  toplayan  namizəd sonda prezident seçilib. Məsılın Harri Trumen, Ruçard Nikson, Con Kennedi və Bill Klinton  sadə seçicilərin səslətininin 50 faizini belə qazanmadıqları halda ABŞ prezidentləri seçiliblər. Yəni "demokratiynın beşiyi sayılan" ölkədə prezident xalqın iradəsinin əleyhinə olaraq, bir qrup "xüsusilər" tərəfindən təyin olunub..?

 Bundan başqa, səslərin qəbul olunması kursunda da, nəzərə çarpacaq fərq var və buda seçicilər arasında narazılığa svəbıb olur. Belə ki, Kaliforniya ştatında xüsusi seçənlərin hər birinə təxminən 680 min nəfər, Vayiminqe ştatlnda isə cəmisi 190 min nəfər seçici düşür.

Bütün bu çatışmamazlıqla yanaşı, həmçinin hazırki elektorat sistemi də fors-major hallarından sığortalanmayıb. Belə ki, mümkündür ki, heç bir partiyanın namizədi lazım olan 270 səsi qazana bilmir. Bu halda seçkinin taleyini daha kiçik partiyanın az səs toplayan namizədi həll edə bilər. Bu  da hələ son deyil. Çünki,  burdan da bir nəticə əldə olunmazsa, onda hələ 1804-cü ildə Konstitusiya ya əlavə edilmiş 12-ci düzəlişə görə, Nümayəndələr palatasının üzvlərinin səslərinə əsasən prezident seçilir (əslində təyin olunur). ABŞ tarixində belə bir hal  yalnız bir dəfə, 1825- ci ildə baş verib ki, onda da Con  Adams həm sadə seçicilətin, həm də xüsusi seçınlərin səs çoxluğunu aazanmasa da, nümayəndələr palatasının üzvülərinin qərarına əsasən prezident seçilib.

 Daha aorxulu bir fenomen ondan ibarətdir ki,  xüsusi seçənlər, sadə seçicilərin çoxunun səs  verdiyi namizədi deyil, daha  az səs verdikləri namizədi seçə bilər. 2016- cı ildə  yeddi nəfər  xüsusi seçənlərin, sadə seçicilərin rəylərinin əksinə olaraa, daha çox səs verdikləri  Hillari Klintona deyil, az səs toplayan Donald Trampa səs verdikləri üçün sonuncu prezident seçildi.

  Hazırda, demokratların ən qorxulu yuxusuna çevrilən məhz belə bir halın yenidən təkrar oluna bilməsi ehtimalıdır. Belə ki, artıq Donald Trampın pardiyadaşları, keçniş vitse-prezident Dik Çeyni və onun qızı- eks konqressvumen Liz  Çeyni bu seçkilərdə Kamala Xarrusin tərəfində olduqlarını bəyan ediblər. 

  Hazırki seçki sisteminin dəyişditilməsi üçün, ABŞ Konstitusiyasına dəyişiklik edilməlidir ki, bunun üçün də, Konqressin hər iki palatasının üzvlərinin ən azı üçdə ikisi razılıq verməlidir, həmçinin də ştatların qanunverici orqanlarının dödddə üçü bu dəyişikliyi dəstəkləməlidir.  

 Bir sözlə "demokratiyanın beşiyində" əsrlər öncə ABŞ Konstitusiyaslnın  "ataları"   seçki sistemini elə dolaşıq qaydada müəyyınləşdiriblər ki, kimsə onu bir daha dəyişməyə və ya ona ən azından düzəliş etməyə səy göstərə bilməsin. 

 Yəni, ölkənin Əsas Qanununun" "yaradıcıları" əsrlər əvvəl "demokratik dəyərləri", "insan haqlarını", "seçici hüquqlarını" Konstitutsiyada elə təsbit edibdilər ki, dünyada "demokratik dövlət" görüntüsü yaratmağa nail ola bilsinlər. Ən azından ilk növbədə özlərini buna inandıra biliblər və hesab edirlər ki, elə əsl "demokratiya" belə olmalıdır.
 
 Hazırladı:Rüstəm Hacıyev

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV