
Bir ilə yaxlndır ki, davam edən Ukrayna - Rusiya müharibəsindən gündəlkk yazılan məlumatları izləyirəm. Hər gün Rusiya silahlı qüvvələrinin, Kadırovun çeçen yaraqlılarının, "Putinin aşpazı" Priqojinin muzdlu əsgərlərdən ibarət "Vaqner"çiləri, Ukraynanın bir neçə hərbi bazasını, strateji əhəmiyyətli hərbi obyektlərini, yüzlərlə canlı qüvvəsini məhv etdikləri barədə qajaq-qalaq məlumatlar verilir.
Eyni zamanda, hər gün Ukrayna hərbi qüvvələrinin də, Rusiyanın hərbi qüvvələrinə məxsus çoxsaylı hərbi texnikasını, hava hücumlarında müdafiə zenit-raket komplekslərini, "kadırovçu", "vaqnerçi" yaraqlı-muzdlularını məhv etdikləri xəbərləri də yayılmaqdadı.
Görünən odur ki, bu gedişlə müharibə dayanmayacaq, hələ uzun illər davam edəcək. Çünki tərəflərin danışıqlar masasına oturmaq üçün qoyduqları şərtlər bir birinə tərs münasubdir. Yəni azca da olsa üst-üstə düşmür. Fikirləşirəm ki, müharibə hələ bir neçə il də davam eləsə, bunların silah-sursatları tükənəcək. Bəs sonra nə olacaq, ruslarla ukraynalılar yumruq davasına çıxacaqlarmı, yoxsa orta əsrlərdə olduğu kimi, ox-yay, qılınc-qalxan müharibəsinə keçəcəklər?
Yazarın digər yazarlar

Yollar İstanbula aparır... - Rüstəm Hacıyev yazır

"Rusiya və ABŞ prezidentləri ikitərəfli görüşə doğru irəliləyirlər"(mi)?.. - Rüstəm Hacıyev yazır

Tramp nala-mıxa vurur, nəticə yoxdur - Rüstəm Hacıyev yazır
