Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Somalidən olan həmkarı Hasan Şeyx Mahmudla görüşüb.
Adalet.az "TRT Haber"ə istinadən xəbər verir ki, görüş Beştəpədəki Prezident İqamətgahında baş tutub.
İclasda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin direktoru İbrahim Kalın da iştirak edib.
Görüşdə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün atılacaq addımlar qiymətləndirilib.