adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Yaman yandırır məni...

FAİQ QİSMƏTOĞLU
759 | 2021-11-19 12:45

...Hər bir şəhidin xatirəsi bu xalq, bu millət üçün əzizdir, müqəddəsdir, çünki onlar bu Vətən, bu xalq yolunda, bu millət yolunda şəhid olublar və olurlar. Noyabrın 16-da da Kəlbəcər və Laçın istiqamətində sərhədlərimizi pozub əks-hücum edən ermənilərin qarşısını alarkən qəhrəmancasına şəhid olan oğlanlarımız da bax, belə igidlərdəndir. Bir yarpağın budaqdan qopması, bir uşağın göz yaşı, bir şəhid anasının fəryadı yaman yandırıb məni. Tək məni yandırmır ey, bütün Azərbaycan xalqını göynədir və sinəsinə çalın-çarpaz yara vurur...

...Deyəsən bu dərdin ağırlığı bəzi özəl televiziya kanallarına heç bir təsir etməyib. Məsələn, noyabrın 16-da Müdafiə Nazirliyi rəsmi məlumat verdi ki, erməni faşistlərinin qarşısını alarkən 7 şəhid vermişik və 10 yaralımız olub. Bu məlumatlar səhər-səhər verilmişdi. Təəssüf ki, həmin anda ARB-də «Həmin Zaur» verilişində bir çal-çağır var idi ki, gəl görəsən. Heç elə bil onların bu döyüşdən və şəhidlərimizdən xəbəri yox idi. Başa düşmək olmur, bu özəl televiziya kanallarının rəhbərləri məgər bu xalqın övladları deyillərmi? Dünya dağılardı, həmin gün çal-çağır olmasaydı, manıslar növbəyə durub özlərini reklam etməsəydilər? Görünür, bəzi özəl kanallar üçün pul hər şeydən üstündür. Hətta Vətəndən və şəhiddən də. Ümumiyyətlə, həmin günlər bir o qədər də çətin deyildi ki, proqramlarda dəyişiklik olunaydı. Sadəcə bunun üçün ürək lazım idi, ürək... Ürək yanmasa, gözdən yaş çıxmaz... Görünür, onların ürəyi yanmır. Ancaq həmin günü ATV kanalı operativ olaraq verilişdə dəyişiklik elədi, «7 canlı» proqramını sabaha saxladı. Nə yaxşı ki, bəzi kanallar bunu elədi.

Biz nəsə həmişə vətənpərvərlikdə və ideoloji təbliğatda ləngiyirik. Çox vaxt deyirik ki, informasiya müharibəsində erməniləri üstələyirik. Vallah, bu yalan söhbətdir. Gop eləyirik. Biz necə informasiya müharibəsində erməniləri üstələyirik, onlar yalan məlumatları, dezinformasiyaları bizdən tez dünyaya yayır, dünya onların yalanına inanır, bizim faciəmizə inanmır. Bilirsiz, niyə? Çünki onlar o yalanları, o dezinformasiyaları bizdən dəfələrlə tez dünyanın informasiya mənbələrinə çatdırırlar. Kim də birinci informasiyanı dünyaya yaydı, ona inanırlar. Nə qədər əlimizdə sübut olsa da, faktlarımız toplansa da, dünya buna inanmır. Yenə deyirəm və deyəcəm. Biz informasiya müharibəsində ermənilərə uduzuruq. Ancaq özümüz deyib özümüz də eşidirik. Dünyaya açılan pəncərəni, dünyaya açılan qapını ya açmırıq, ya da gec açırıq. Bax, bu da axırda belə nəticələr verir. Bizim həqiqətlərimizə yox, dünya ermənilərin yalanlarına inanır. Deməli, hardasa ölkəmizdə ideoloji işin və təbliğatın dünya səviyyəsinə çatdırılmasına nail olunmayıb. Hansı ki, ölkəmizdə nə qədər informasiya agentlikləri var, mətbuat var, televiziya və qəzetlər var. Pulumuz da ermənilərinkindən daha çoxdur. Nə isə...

...O günü Tahir Kərimli Milli Məclisdə dedi ki, (özü də yalvara-yalvara) ay məmurlar, ay vəzifəli şəxslər, bu şəhid və qazi ailələrini incitməyin. Hər bir qaziyə, şəhid ailəsinə sevgi ilə yanaşmaq lazımdı. Təəssüf ki, Tahir müəllimin bu sözləri yuxarı səviyyədə qəbul edilmədi. Biz niyə yalvara-yalvara məmura deməliyik ki, öz vəzifə borcunu yerinə yetir?! Həmin məmur canı çıxıb şəhid ailəsinin, qazinin xidmətində durmalıdır. Haçan muharibə olanda, döyüş başlayanda öndə bu vətəni sevən oğullar gediblər, döyüşüblər, qalib olublar, şəhid olublar, qazi olublar. İndi də

zəhmət çəkib, nazirdən tutmuş icra başçısına, məmura qədər hamı onlara xidmət göstərməlidir. Axırıncı döyüşlərdə 7 şəhidimiz oldu, 10 da yaralımız. Görəsən, onların da arasında yüksək vəzifəli yox, orta səviyyədə dolanan bir adamın övladı varmı? Bəlkə də var, bilmirik. Amma görünən odur ki, bəzi icra başçılarının canı çıxır, o şəhidin dəfnində də iştirak etmir. Mərasimə müavinini göndərir. Cənab nazirlər, cənab icra başçıları, cənab məmurlar, əgər oğullar döyüşüb Qarabağı işğaldan azad etməsəydi, sizin biriniz də o vəzifədə otura bilməzdiniz. İndi oğlanların qanı, canı hesabına isti kabinetdə oturub kef eyləyirsiniz, heç olmasa hərdənbir başınızı qaldırıb Allahı yada salın və qorxun ki, Allahın cəzası çox ağır olar. Şəhid və qazi ailələrinə xidmət göstərin. Qaz vurub qazan doldurmaq haqqında yox, Vətən barəsində düşünün. Yerin də qulağı var. Sizin nə işlə məşğul olmağınızı heç kim bilməsə də o rayonun camaatı yaxşı bilir. Və vaxt gələcək buna da cavab verəcəksiz.

...Yazını çox əsəbi bir tonda bilgisayara diktə edirəm. Bəzən fikirlərim və düşüncələrim dağınıq olur. Əsirlər deyəndə yadıma Xocalıda əsir düşmüş 3 minə yaxın qoca, qadın, uşaq düşdü. Ermənilər onların birini də qaytarmadılar. Öldürdülərmi, yandırdılarmı, diri-diri basdırdılarmı? Bilmirik. Bildiyimiz odur ki, 30 ildən çoxdur ki, o itkin və girov düşənlərdən xəbərimiz yoxdur. Hər dəfə də beynəlxalq təşkilatlar və eləcə də ölkəmiz o insanlarla bağlı ermənilərdən soruşanda deyirlər ki, xəbərimiz yoxdur. Çox yaxşı xəbərləri var! Bəlkə də onların az da olsa sağ qalanları var. Həmin adamları ən ağır yerdə qul kimi işlədir və axırda da öldürürlər. Nə demək istəyirəm. Bu döyüşlərdə rəsmi məlumata görə ermənilərin 13 əsgəri əsir götürülüb. Hara gətiriblər, hara aparıblar, deyə bilmərik. Amma bir onu bilirik ki, Rusiya və ermənilərin havadarları bu əsirləri bizdən almaq üçün dəridən-qabıqdan çıxırlar. Hətta iki daşın arasında general Rüstəm Muradov özünü Bakıya çatdırdı. Düzdü, bu dəfə bir əsir apara bilməsə də, amma bir erməninin meyitini apardı...

...İndi dünya bar-bar bağırır ki, erməni əsirlərini geri qaytaraq. Elə bar-bar bağıran dünya da ermənilər kimi həyasızlaşıb. Yaxşı, balam, bizim niyə 3 min əsirimiz barəsində dinib-danışmırsız?! Dağıdılan şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz, hətta qəbristanlıqlarımız barəsində bir söz demirsiz. Gör iş o yerə çatıb ki, qəbirləri söküb aparıblar, içindəki sümüyü də çıxarıb gözlərinə soxublar və həmin qəbristanlıqda taxıl əkiblər. O çörək onları tutsun. İnsan nə qədər alçaq və əclaf olmalıdır ki, ölülərin sümüyünü çıxarıb aparsın. Bax, bunlar dünyada analoqu və bənzəri olmayan qaraçı bir tayfadır.

...İndi qayıdaq o əsirlərin üstünə. Burda bizimkilər onları bəsləyib elə yedizdirirlər ki, sanki sanatoriyadadılar. Gedəndə də bir kəlmə xoş söz deməzlər. Əksinə, bizi yenidən söyərlər. Bizim əsirlər isə elə günə qoyurlar ki, ayaq üstə durub yeriyə bilmirlər. Erməniləri əsir götürmək lazım deyil. Onları əsir götürüb geri qaytarmaq şəhidlərimizin ruhuna təhqirdir. Elə onları əsir götürən zaman da güllələmək lazım idi. Bu əsirləri azad edəcəyik. Onlar yenidən orduya qayıdacaq. Bizimlə döyüşəcək, Azərbaycan əsgərini öldürəcək. Bunu istəyirsiniz?!

...Şəhidimiz olursa, buna hamımız yas tutmalıyıq və o dərdə şərik çıxmalıyıq. Yoxsa, yas sahibi dərdin içində boğulanda bizim bəzi televiziya kanalları da manısları başına yığıb bir vur-çatlasın çıxarır ki, gəl görəsən. Vallah, adam məəttəl qalır. Ki, görəsən orda işləyənlər azərbaycanlıdır, yoxsa erməni? Bir sözlə, dərd bir yerdə çəkiləndə yüngül olur və şəhidlər öz qanı ilə yeni bir tarix yazmış qəhrəmandırlar. Onları kimsə unudursa, çal-çağır yaradırsa, onlar azərbaycanlı deyillər və onların ermənilərlə qohumluğu var...

TƏQVİM / ARXİV