adalet.az header logo
  • Bakı 10°C

Hansımızın növbəsidir?! - Emin Piri yazır

Emin Piri
341 | 2022-09-16 11:27

Heç vaxt demə ki, heç vaxt!

Bunu da gördük!

Bunu da etdilər!

Tələm-tələsik şəhid dəfnindən sonra şəhidin qardaşının üzr videosunu çəkib bəh-bəhlə paylaşdılar.
Bu videonu çəkmək, yaymaq ideyasını kim fikirləşibsə...

Bunun bu həssas dönəmdə ən ağıllı fikir olduğunu kim deyibsə...

Əmin olun, bax, onlardır bizi sevməyənlər, hətta dediyiniz “düşmən dəyirmanına su tökənlər”.

O şəxslərdir Müdafiə Nazirliyindən təmizlənməli olan məmurlar.

O rütbəlilərdir zəfərimizə kölgə salan,qazandığımız hər qarış torpaq fərəhini burnumuzdan gətirənlər.
Araşdırılır deyərdiniz,nə bilim, o qədər söz var ki...

Şəhid qardaşının iddiası lap səhv çıxa bilərdi. Hislərlərin təsirindən də ola bilərdi. Hər şey ola bilər.

Amma dünən o videonu yaymaqla... 

Həmin günlərdə bu video erməni silahlı qüvvələrindən üzr istəməkdən daha rüsvayçı hərəkətdir...

Hamımızı düşündürür: Görəsən, üzr istəmək növbəsi hansı qazidədir, hansı şəhid ailəsindədir?!


 

TƏQVİM / ARXİV