Husilər ABŞ aviadaşıyıcısına yenə hücum etdi

162 | 2025-04-04 18:15

Husilər Qırmızı dənizdə “USS Harri Truman” aviadaşıyıcısına və onu müşayiət edən gəmilərə növbəti dəfə hücum edib.

Adalet.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.

“ABŞ-ın ölkəmizə qarşı təcavüzünə cavab olaraq Yəmənin hərbi-dəniz, raket və PUA qüvvələri düşmənin Qırmızı dənizdə “Harri Truman” aviadaşıyıcısı və hərbi gəmilərinə bir neçə qanadlı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib”, - Səriya bildirib.

  • Aprel:
  • 4

TƏQVİM / ARXİV