"İran Trampı öldürmək istəyir"..? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
260 | 2024-07-17 11:27

CNN telekanalı məlumatlı mənbələrinə istinadən bildirib ki, Birləşmiş Ştatların kəşfiyyat xidməti bir neçə həftə bundan öncə xəbər alıb ki, guya İran keçmiş prezident Donald Trampa qarşı sui-qəsd həyata keçirməyi planlaşdırıb.

 Məqalədə qeyd olunur ki, bu məlumatdan sonra, Gizli xidmət prezidrntliyə namizədin ətrafında nəzarəti gücləndirib. Mənbənin məlumatına görə, Gizli xidmət Pensilvanidə keçirilən seçkiqabağı mitinq zamanı Donald Trampa qarşı sui-qəsd törətməyə cəhd edən Metyu Kruksun, İranın hazırladığı planla əlaqələri barədə heç bir məlumata sahib deyill.

 İlon Maksın da qeyd etdiyi kimi, prezidentliyə namizədin təhlükəsizliyinin qorunmasında səriştəsizlik höstərən və bir başa məsuliyyət daşıyan xüsusi xidmət orqanları, indi də günahı İranın üstünə atmağa çalışır.

 Adama deyərlər ki, əgər doğrudan da, bir neçə həftə bundan öncə İranın keçmiş prezidentə qarşı hazırladıqları plan barədə məlumatınız var idisə, bəs onda harda yatıb qalmışdınız ki, günen günorta vaxdı, "dünyanın demokratiya beşiyində" prezidentliyə namizədə qarşı sui-qəsd aktı həyata keçirildi.

 İran tərəfi ona aarşı irəli sürülən ittihamları rədd edib və bəyan edib ki, onların xüsusi xidmət orqanları Trampa qarşı hər hansı bir plan hazırlamayıblar.

 

TƏQVİM / ARXİV