adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

İşçi mühafizə etdiyi idman zalının kassasını soydu - VİDEO

1111 | 2024-04-23 17:46

Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib. Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub.

Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib.

E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

 

  • May:
  • 3

TƏQVİM / ARXİV