adalet.az header logo
  • Bakı 3°C
  • USD 1.7

KƏSMƏ ŞİKƏSTƏ -İradə TUNCAY yazır

İRADƏ TUNCAY
946 | 2022-10-20 12:05

Müasir tariximizin,yaxın tariximizin sənətçisi idi Şövkət xanım.Çox görmüşdüm onu səhnədə,TV-də, konsertlərdə,hətta Kəlbəcərdə açıq havada oxumağın da...Zaman amansızdı... Gördüklərimizi alır aparır ,sonra ancaq xatirələr qalır...Biz qalana qədər....

Bizə qalmayacaq nə bizə qalsa ...

Dəvətnaməni neçə gün idi göndərmişdi gözəl Aybəniz. Diqqət göstərmişdi əzizim....Dram teatrında idi yubiley tədbiri. İçəri girəndə hüznlü ,məhzun bir dalğa gəldi üstümə elə bil. Qaraya bürünmüş ağ saçlı cavan qadınlar çox idi ...Oğullarını itirmiş analar...Deməli belə qərar verib Aybəniz xanım...Onların haqqıdı ...

Tanıdıqlarım dəyir gözümə ...Gülər Mikayılqızı yanında ağ saçlı qadınla yaxınlaşır --Tural Abbaslının anasıdı deyir...Bir azdan Xanım İsmayılqızını görürəm...Qalxırıq yuxarı.Zalda Kamil Həmidovla rastlaşırıq. Kamil bu iki ildə çox zəhmət çəkdi şəhidlər adına...Aqil arxaya dönür və şəhid yaxını olduğu hər halından bəlli olan bir qadına deyir:

--sizin yanınızda biz utanırıq...

Qadının dili açıldı elə bil...:

- Mən Birinci Qarabağ savaşında itirmişəm yoldaşımı. O vaxt sizin yanınıza çox gəlmişəm. Yazılarımı çap eləmisisiz...

Konsert başlayır ,Aybənizin ay görkəmli tələbələri həzin,şirin səsləri ilə zalı doldururlar...Bildiyimiz ,eşitdiyimiz mahnılar...Şövkət xanım nəsillərdən nəsillərə zəngin miras qoyub gedib. Və biz də bu gün həmin irsdən bəhrələnirik...

Mehriban Əhmədova çıxır səhnəyə ,Şövkət xanımı xatırlayır söhbətləriylə. Mehriban Əhmədova da şəhid bacısıdı...Yaralıyıq neçə illərdi...Sağalmır bu yara...

Əzizinəm ,a balam,uludu...

Axan çaylar qurudu...

Kəsmə şikəstəni dinləyirəm və gözlərimdəm sel kimi yaş axır...Ürəyim tel-tel olur... Var ol Aybəniz xanım...

Duyğularımızı tərpətdin...

 

  • Fevral:
  • 4

TƏQVİM / ARXİV