adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

KORONAVIRUS VƏ QARA EYNƏKLİ EVLƏR - KƏMALƏ ABİYEVA yazır

KAMALƏ ABİYEVA
76476 | 2020-04-09 09:09

Deməkhamıya gərəkdi. Yaşamaq üçün gərəkdir. Yaşamaq həyatımıza mane olan nə varsaonları görmək və mübarizə aparmaqdır həm də. Hərdən narahat edən məsələlərdənyazmaq istəyirsən, hərdən susursan, hərdən "eh, mənə nə?” demək istəyirsən. Olurmu?Hamı bacarırmı əl yelləyib yaşamağı? Yox. Ömür ötür elə də, belə də. Yaşadığı cəmiyyətin sağlamlığına çalışarinsan. Bunun üçün sağlam zehin, sağlam düşüncə, sinir sistemi lazımdı.

Əslindəkurikulumun, summativlərin, şagirdin gündəlik fəaliyyətinə əsaslanmayanmənasız qiymətləndirmənin və s. təhsilimizə vurduğu zərbədən yazmaq istədim. Seçkiləroldu. Müəllim söyüş hədəfinə döndü. Müəllimin öz nüfuzuna vurduğu zərbə də ağıroldu. Buna münasibət bildirmək istədim. İkisi də ağrılıdı. Demə ikisi də şükürlüimiş. Qəfil öldürücü zərbə xəbəri yayıldı - Korona virus. Məhvedici Virus! Məhv edən nə varsa, hamısı VİRUSDU elə. Adətənsakitliyimi qoruya bilsəm də, COVİD -19 qorxuya salıb, hətta hərdən özümə heyrət edirəm.”Ən pisi mənəvi ölümdü” deyimi mənasızlaşdı, "ölüm haqdı” da soyuq gəldi. Yaşa,çalış, vuruş, döz, öyrən, ağla, gül və yenə yaşa. "Çətindi” deyə - deyə,"bezdim, yoruldum” deyə - deyə yaşasan da, yaşamaq arzusu ölmürmüş! Birdən birvirus səni niyə öldürsün ki?!... Niyə axı?.. Depressiya, stress təhlükəsiyarandı. Və bu Covid -19 üçün əlverişlidir.

Cünəş şüaları depressiya, stresə qarşı çoxfaydalıdır

Bu depressiv vəziyyətdə çoxumuz təkcə xoşbəxt,rahat yaşadığımız günləri xatırlamadıq, narazı olduğumuz, bezdiyimiz,deyindiyimiz anlara da baxdıq... Təəssüf elədik. Düşündük "Yaşamaq nə gözəldir”. 
Çoxu kimi mən də xəbərlərə, müxtəlif ölkə həkimlərinin, vətəndaşlarınçıxışlarına baxdım, məlumat topladım. Qorunma üsullarını, əlamətlərini, nədənqorxduğunu araşdırdım. Təsəvvür edirsiz, istənilən məhvedici kimi təmizliyisevmir, istilikdən qorxur. Çox maraqlı bir faktla üz – üzə qaldım: işığı - günəşşüalarını da sevmir! Günəş şüaları yaşama və yayılmasını azaldır. İstər – istəməz kədərlə evlərimizə yapışanüzlükləri düşündüm, pəncərələrimizinüstündən vurulan qara şüşələrə baxdım... İlk üzlüklər çəkiləndə etirazlaqarşılayanlar, tez yanma və boğucu tüstüsünün təhlükəsindən danışanlar oldu.Amma kimlərsə biznesinin hayında idi. Yanğın oldu, insanlar evində öldü. Özünü16 – cı mərtəbədən atan cavanı da xatırlayıram bu qara şüşələrə baxanda, bəlkəqapını açıb pillələrlə düşə bilərdi. Stress mane olub...

Günəş işığı olmadan sağlam ola bilmərik.

Qədimliyiyavaş – yavaş silinən Bakıda evlərin üzlənməsini başlanan gündən anlamadım. Onsuzda tarixi tikililərin "sürtülmə”si ürəyimi göynədirdi. Birdən – birə sovetdövrünün yaşayış binalarına üzlüklər vurulmağa başladı. Qəribədi, bu köhnəyaşayış binalarının fasadını rəngləmək, eyvanları düzəltmək olardı. Ən azı adişəffaf şüşəli pəncərələr qoymaq olardı. Bu qədər xərc niyə çəkilirdi ki? Özü dənecə keyfiyyətsiz, səliqəsiz iş görüldü. Təbii mən və mənim kimi bir qisim insanetiraz etdi. Mİİ-nin müdirinə, İH – nin nümayəndələrinə, ərazidə bu işə rəhbərlikedənlərə dedim, bir az hay – həşir saldım. "Göstəriş belədir, şəhəri gözəlləşdiririk”cavabını aldım. Mat qalmışdım. Evlərn pəncərələrinin bir hissəsi üzlüklərin,bir hissəsi qara şüşələrin altında qalırdı. Xaricdən bəlkə də onlar üçün gözəlidi. Amma mənzillərdə cansığıcı bir mənzərə yaranıb. Bütün binanın eynigörünüşdə olması gözəllikdimi? Yeknəsənglik özü də depressiya yaradır. Ən əsasıbu mənzillərdə yaşayan insanların günəş işığından məhrum edilməsi gözəllik olabilərmi? Axı ən böyük gözəllik sağlamlıqdır.

Günəş şüalarında bizi xərçəng, sümük xəstəlikləri,ürək xəstəliyi, soyuqdəymədən belə qoruyan D vitamini var.
Bir – neçə il öncə Ankaraya yolum düşdü. Şəhəri köhnə və təzə Ankara deyə tanışedirdilər. Yeni binalar köhnə Ankaradan sonra başlayır. Köhnə tikililər, köhnəbinalar olduğu kimiydi. Hər yerdə yaşayış binalarının səliqəli eyvanları diqqətimiçəkdi. Əksərində dibçək gülləri vardı. Açıq görünsə də, örtülü eyvanlar daçoxdu. Sadəcə şüşələri görmək üçün diqqətlə baxmalı idin, çünki çox şəffaf idilər.İndi hərdən xatırlayıram. "Niyə bizimevləri o üz, bu üz hasarlayıb, "qara eynək”taxdılar ki?” Müxtəlif fikirlər,etirazlar oldu, elmli adamlar narahat qaldı. Bunun ziyanlı olduğunu bilirlərçünki. "Kiminsə biznesidi”, "Kimlərsə büdcədən pul yemək üçün edir”, "kimsə pulqazanır” və s. kimi çox qara fikirlər dolaşdı.

GÜNƏŞ ŞÜALARININ BÖYÜK ANTİBAKTERİAL TƏSİRİ VAR.

Dövlətimiz bu qapıları döyən ölümlə mübarizəaparmaq üçün bütün tədbirləri görməyə çalışır. Bizi qorumaq üçün bizdən dəstəkistəyir. istənilən qələbənin başlıca şərti həmrəylikdi. Dövlət vətəndaşı, vətəndaşdövlətiylə həmrəy olmalıdı. Möhtərəm Prezidentimiz "Biz birlikdəgüclüyük”deyir. Çıxışına diqqətlə qulaqasdım. Vətəndaşların yanaşmasına münasibət bildirdi "Mən qorxmuram” deyənləri,bu münasibətin daha qorxulu olduğunu da vurğuladı. Qorxulu münasibətdi. Həminanda düşündüm ki, məhz əlini yelləyib heç nədən qorxmayanlar qorxuludur. Hansıtərəfdən baxsaq qorxuludur: nə allahdan, nə dövlətdən, nə körpələrdən, nə gözyaşından, nə... Və bu nələr çoxdu. Çünki pul onların bütün duyğularını, görmə,eşitmə, duyma qabiliyyətini satın alıb. Vicdanın heç adını çəkmirəm. O da gözləgörünmür bizə xeyri olan günəş şüaları kimi. Günəşli evlərdə yaşasalar da Günəşdən - İşıqdanqorxurlar: Bakteriya kimi, Virus kimi.

Günəş yer kürəsi – bütün canlılar üçün həyatmənbəyidir.

Yerkürəsini bir – neçə gün günəşsiz təsəvvür edək. Heç ağlımıza gəlmir necə olar? BuCovid -19 –un gətirdiyi qeyri – müəyyənlik kimi. Amma öz evlərimizdə günəşişığından məhrum yaşayırıq. Evdə dibçəklərim var. O qara şüşələrin arxasındahamısı qurudu. Mənzilimin bir tərəfindəeyvanım açıq idi. Qara pəncərələrlə örtdülər. Bəzilərini açmaq olur. Dibçəkləriora düzürəm, günəş şuaları görsünlər deyə daim yerlərini dəyişirəm. Yaşılyarpaqları olsa da, çiçək açmırlar. İki tərəfi bağlı mənzilləri, o"Xruşşovka”ları təsəvvür edin. Günəşsizdilər. Niyə? Suyun, qazın, elektikişığının pullu olduğu zamanda pulsuz olduğu üçünmü? Kimsə, ya kimlərsə pula görəöz xalqını-insanı günəşdən məhrum edərmi? Yəni bu qədər laqeydlik, yasevgisizlik olarmı? Mən buna inanmaq istəmirəm. Bu fikir günəş şüalarınınişığını belə məhv edir. Bukoronavirusdan qorxuludur.

İndi bu evdəqal zamanında günəşi həsrətləgözləməyin anlamı da yoxdu bu "qara eynəkli evlər”də. Bəlkə ona görə günəş də ləngiyir.Bizidaha çox üzməmək üçün.

Günəş şüaları xoşbəxtlik hormonu yaradır.

Bizə lazımdımı ?

P.S. Çox kasıb, tək iki övlad böyüdən qonşumvar. Birtəhər dolanırlar. Arada deyir: Allah, öz evimizdə necə kor qalmışıq...


TƏQVİM / ARXİV