adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

“Latsio” türkiyəli futbolçu üçün rəsmi təklif göndərib

1017 | 2024-05-10 11:26

İtaliya A seriyasında çıxış edən “Latsio” klubu “Qalatasaray”ın hücumçusu üçün təklif göndərib.

Məlumata görə, İstanbul nəhənginin rəsmiləri Kerem Aktürkoğlunun hazırkı dəyərinin 15 milyon avro olduğunu bildiriblər.

“Latsio” isə Keremi 10 milyon avroya transfer etmək niyyətindədir.

Qeyd edək ki, Kerem Aktürkoğlu bu mövsüm “Qalatasaray” forması ilə çıxdığı 50 oyunda 15 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

TƏQVİM / ARXİV