Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Lənkəran-Lerik sərhəddində zəlzələ qeydə alınıb.
Bu barədə Adalet.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeraltı təkan yerli vaxtla 14:03-də baş verib.
Zəlzələnin maqnitudası 3.5, dərinliyi isə 33 km olub.