Makron istefa verəcəkmi? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
983 | 2024-07-02 14:11

Fransada parlament seçkilərinin ilk turu keçirildi

Fransanı nələr gözləyir? Sağçılar qalib gəldi...

Fransa parlamentinə seçkilər 2027- ci ildə keçirilməliydi. Lakin avroparlamentə seçkilərdə Le Pen və Jordan Bardellanın rəhbərlik etdikləri sağçı "Milli birlik" partiyasının qalib gəlməsi, Fransa prezidenti Makronu parlamentin aşağı palatasını buraxmaq məcburiyyətində qoydu.

 "Bu Avropanı müdafiə edən bizim partiya üçün yaxşı nəticə olmadı. Ona görə də mən özümü heç nə baş verməmiş kimi apara bilmərəm. Konstitusiyanın 12-ci bəndinə əsasən mən müzakirələr apardım və qərara gəldim ki, səsvermə yolu ilə yeni parlament seçilsin. Ona görə də mən "Milli yığıncağı" buraxıram" - deyə Makron bəyan etdi.

 Nəticədə Makronun gözləntilərinin əksinə olaraq, keçirilən birinci turda sağçı "Milli birlik" partiyası seçicilərin  33.4 faizini qazanmaqla qalib gəldi. İlk turun nəticələrinə görə, ikinci yeri seçicilərin 27.98 faiz səsini qazanan, sosialistləri, kommunistləri, yaşılları və solçu populistləri birləşdirən "Yeni xalq cəbhəsi partiyası" tutdu. Prezident Makronu dəstəkləyən mərkəzçilər bloku 20.8 faiz səslə üçüncü oldu.

 Makron utandığından nəticələrə şərh verməsə də, onun koalisiyasından olan baş nazir Qabriel Attal çıxış edərək, respublikaçı qüvvələri sağçılara qaşı birliyə çağırdı.

 Məğlubiyyətdən olmayan başını da itirən Makron isə, fransızları "Milli birlik" partiyasına qarşı "geniş demokratik və respublika" mitinqinə çağırdı. Guya fransız xalqı qatı sağçıların qələbəsini istəmir.

  Onun bu vəhdi də uğursuzluq nəticələndi. Bu adam anlamır ki, xalq artıq demokratiyaya uyğun olaraq səsini verib və öz iradəsini bildirib. 

 Makron hakimiyyıtinin bir çox şəhərlərdə təşkil etdikləri mitinqlər qarşıdurmalarla yadda qaldı. Mitinqçilər-guya makronçular, Fələstin bayraqları ilə (?) küçələrə çıxdılar, öz "ləyaqətlərini" daha doğrusu makronçuluqlarını göstərərək, mağazaların vitrinlərini qırdılar, iğtişaşlar yaratdılar. Nəticədə fransız polisi hərəkətə keçdi, mitinqçilərə qarşı qaz balonlarından istifadə etməklə mitinqləri dağıtdılar.

 İndi franslzlar iyulun 7-də keçiriləcək ikinci tura hazırlaşırlar. Müxtəlif sorğuların nəticələrinə görə, Le Penin partiyası parlamentdə 295 yer qazana bilər. Bu isə Makronun tam məğlubiyyəti olar. Xatırladırıq ki, parlament çoxluğunu qazanmaq üçün 289 mandat da kifayət edir.

Görəsən Le Pen gözlənilən sayda mandatı qazanarsa, Makronun ləyaqəti  çatıb prezidentlikdən də istefa verəcəkmi? 

 

TƏQVİM / ARXİV