adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Makron qudurub - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
994 | 2022-10-18 12:01

Allah sənə rəhmət eləsin, Şamil Qurbanov!

 

Çox böyük ziyalı, Bakı Dövlət Universitetinin kafedra müdiri, bizim müəllimimiz, professor, sabiq millət vəkili və Allahın dərgahına qovuşmuş Şamil Qurbanov bu sözləri Milli Məclisin iclasında Fransanın keçmiş prezidenti Jak Şirak haqqında demişdi. Onda da indiki kimi Fransa ermənilərə arxa durur, onların cinayətlərinə göz yumur və hətta bu vəhşi, simasız millətə dayılıq eləyirdi. Bir dəfə ağzını açıb ədalətli bir söz deməmişdi. Bax, onda da millət vəkili Şamil Qurbanov o qədər deputatların arasında Jak Şirakı ittiham eləmişdi və demişdi ki, Fransanın prezidenti Jak Şirak qudurub.

Bu sözdən sonra qara qüvvələr hərəkətə gəldi və onun seçildiyi dairənin adamları Milli Məclisə axın elədilər. Kimlərsə bizdə də Jak Şirakı müdafiə edirdi. Şamil müəllimi, Azərbaycan xalqını yox, ermənilərə və Jak Şirakı görünməyən qüvvələr arxa dururdular. Hətta iş ora gəlib çatdı ki, bu sözə görə Şamil müəllimi çək-çevirə saldılar. Amma bunların hamısına Şamil Qurbanov dözdü və heç nədən çəkinmədən dedi ki, demişəm, lap əcəb eləmişəm! Həmin vaxtı Şamil Qurbanovu onun tələbələrindən biri «Ədalət» qəzetinin baş redaktoru, indiki millət vəkili Aqil Abbas müdafiə elədi. Dedi ki, balam, məmləkətimizdə fransızların gündöyməz yerindən öpən nə qədər adam varmış ki. Hamısı düşüb Şamil müəllimin üstünə. Şamil müəllimin üstünə düşmək lazım deyil ey, aparıb Fransa səfirliyinə bir xoruz atmaq lazımdı. Yəni, siz busunuz.

Eyni zamanda Şamil Qurbanovu, xalq şairi Zəlimxan Yaqub, millət vəkili İskəndər Quliyev, professor Pənah Xəlilov, professor Xeyrulla Məmmədov, yazıçı-publisist, o vaxtlar Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov (indi təqaüddədi) və digərləri müdafiə elədilər. Onu da dedilər ki, Şamil müəllim kimi ziyalılar tək-tək olur və onlar bu millətin yolunda həmişə şəhid olublar. Elə Şamil Qurbanov da haqq-ədalət uğrunda və xalqın yolunda şəhid oldu. Çünki o, həmişə düz söz deyirdi, xalqını və millətini hər şeydən üstün tuturdu.

İndi də Jak Şirakın yolunu Makron davam elətdirir. Bilmirik o, Makrondu, verməşildi, qarabaşaqdı, nədi, amma bildiyimiz odur ki, bu adamda Viktor Hüqonun sözü ilə demiş olsaq, bir damcı da vicdan yoxdur. Hər cür cinayətlər eləyən, bir xalqa qarşı soyqırım həyata keçirən, əli körpələrin, qocaların, qadınların qanına batan cinayətkarları belə müdafiə edərlərmi?! Hər halda, Fransa üçün heç bir haqq-ədalət, heç bir vicdan və heç bir insani hisslər və duyğular qalmayıb. Ermənistan Dağlıq Qarabağı tanımır, amma Fransa tanıyır... Ermənistan Dağlıq Qarabağ haqqında canfəşanlıq eləmir, amma fransızlar eləyir... Ermənilər sülhə doğru addım atmaq istəyirlər, amma fransızlar bu addımı ya atmağa qoymurlar, ya da ləngidirlər...

Fransızların ağzında şirə qalıb. Və elə təsəvvür edirlər ki, Azərbaycan ötən əsrin 90-cı illərinin ölkəsidir. Axı onlar kor deyillər, həm kar deyillər, həm də lal deyillər. Yəni, gördülər ki, 44 günlük İkinci Qarabağ savaşında onların da təmsil olduğu ATƏT-in və BMT-nin həll etmədiyi məsələni Azərbaycan Prezidenti və Azərbaycan Ordusu həll elədi! Fransızlar və onun Prezidenti kar, kor və laldılar. Ona görə kardılar ki, həqiqəti eşitmirlər... Ona görə kordular ki, həqiqəti görmürlər... Ona görə laldılar ki, həqiqəti demirlər... Bilirlər ki, qatıq ağdır... Amma qatığın ağ olması onlara sərf eləmir...

İndi də Makron düşüb ortalığa canfəşanlıq edir ki, Ermənistan və Azərbaycan arasında hansısa bir sülh sazişi imzalanmasın, əksinə, Ermənistanı ruhlandırırlar ki, qorxmayın, arxanızda biz varıq! Amma ermənilər də elə onlara bənzəyir. Çünki ermənilərin arxasında zaman-zaman çox qüvvələr olub və hamısı da ağır gündə aradan çıxıblar. Bu dəfə də görəcəksiniz, fransızlar və eləcə də onun prezidenti Makron da aradan çıxacaq. Yenə zəlil günə, bədbəxt günə qalan ermənilər olacaq.

Makronun öz ölkəsi itin günündədir. Fransada it yiyəsini tanımır, yiyəsi də itini. Yəni aləm bir-birinə qarışıb. Deyirlər ki, bu fransızlar ağıllı xalqdı. Amma ağıllı xalqın belə dəmşəlaq prezidenti var. Onların hamısı qədim sənəti yaşadırlar. Kişiləri də, qadınları da! Diqqətlə fikir verin Makronun bir sifətinə, ağzına, danışığına baxın. O dəqiqə hiss edəcəksiniz ki, qədim sənəti yaşadanlardandı. Siyasətçidən çox kişi fahişəsidi. Kişinin fahişəsi isə heç ələ düşmür. İki-üç gün əvvəl Praqada sülhdən, əmin-amanlıqdan danışır, iki gündən sonra isə Dağlıq Qarabağın müstəqilliyindən dəm vurur. Buna kişi demək olar, ya yox?!

Çox təəssüf ki, sabiq millət vəkili, rəhmətlik Şamil Qurbanov kimi bu gün Milli Məclisdə təmsil olunanlar Makronun qiymətini verə bilmədi. Çox mədəni və normal ifadələrlə onu bəziləri tənqid atəşinə tutdular. Amma Makron daha sərt ifadələrə layiqdi. Çünki böyük bir ölkənin prezidenti özünü ona layiq aparmır, bambılı kimi hərəkət eləyir. Və bu bambılılıq da axırda gəlib çıxıb qudurğanlığa.

Mənim dostum, böyük ziyalı, yazıçı-publisist Səməndər Məmmədov ilə Şamil müəllimin Jak Şiraka dediyi ifadəni dəfələrlə xatırlayırıq. Xatırlayırıq ki, Şamil müəllim bu gün sağ olsaydı, elə o sözləri Makron haqqında deyərdi. Allah ona qəni-qəni rəhmət eləsin, yeri cənnət olsun! Şamil müəllim yoxdu, ancaq onun minlərlə tələbələri var. O tələbələrdən biri də mənəm. Mən də deyirəm ki, Makron qudurub! Özü də elə qudurub ki, onun ağzına möhkəm bir zərbə dəyməlidi. O zərbəni də cənab Prezidentimiz İlham Əliyev bugünlərdə olan çıxışında vurdu və Makronu bir daha yerində oturtdu. Çünki bizim Prezident ölkəmiz balaca olmasına baxmayaraq, dünyanın ən güclü və savadlı Prezidentlərindən biridir. Dəfələrlə görüşlərdə görmüşük ki, o, içəri daxil olanda digər Prezidentlər özlərini yığışdırır. Eləcə də İlham Əliyevi görəndə Makron da özünü yığışdırır. Və daha doğrusu, özünü adam kimi aparır!

Biz heç kimin nazı ilə oynamayacağıq. Nə Ermənistanın, nə də onların havadarlarının! Əgər hansı ölkənin prezidenti qudurub bizə ağız atırsa, onun da ağzını cırıb qoyacayıq qulağının dibində. Tezliklə Makronun da ağzı cırılacaq və qulağının dibinə qədər uzanacaq. Ona görə də nə qədər gec deyil, ağzına yiyəlik eləsin!

TƏQVİM / ARXİV