adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Mərkəzi Bank bu beynəlxalq təşkilata üzv olmaq üçün müraciət etdi

1171 | 2024-05-06 17:42

Azərbaycan Mərkəzi Bankı Maliyyə Sisteminin Yaşıllaşdırılması üzrə Mərkəzi Banklar və Nəzarət Orqanlarının Şəbəkəsinə üzv olmaq üçün müraciət edib.

Adalet.az bu barədə AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsi məqsədilə bu sahədə əsas beynəlxalq qurum hesab olunan Maliyyə Sisteminin Yaşıllaşdırılması üzrə Mərkəzi Banklar və Nəzarət Orqanlarının Şəbəkəsinə (NGFS – 10 Network of Central Banks and Regulators for Greening Financial System) üzvlüklə bağlı müraciət edilib. Hazırda üzvlük prosesi ilə bağlı müzakirələr davam etdirilir.

TƏQVİM / ARXİV