Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 19-22 may tarixlərində Macarıstan və Sloveniyaya rəsmi səfərlər edəcək.
Adalet.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Budapeştdə yüksək səviyyəli danışıqlar aparılacaq, rəsmi şəxslər və ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçiriləcək. Mirziyoyev mayın 21-də Macarıstanın paytaxtında keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak edəcək.
Mayın 22-də o, Lyublyana şəhərində Sloveniya Prezidenti Nataşa Pirts Musarla görüşəcək, bu ölkənin parlament və hökumət rəhbərliyi ilə danışıqlar aparacaq, birgə işgüzar tədbirlərdə iştirak edəcək.
Tərəflər qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın inkişafı, əczaçılıq, sənaye, qida və tekstil sahələrində əməkdaşlıq layihələrinin həyata keçirilməsi, əmək miqrasiyası sahəsində qarşılıqlı fəaliyyət və humanitar əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri nəzərdən keçirəcəklər.