Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına xarici ölkələrin müsbət reaksiyaları durmadan artır.
Adalet.az xəbər verir ki, Moldova Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayan bəyanat yayıb.
Moldova Xarici İşlər Nazirliyi X-nin mikrobloqunda müvafiq bəyanat yayıb. Bəyanatda deyilir:
“Moldova Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır. Bu, Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq yolunda mühüm addımdır", - postda deyilir.
Qeyd edək ki, bu tip bəyanatlar Braziliya, Almaniya, İran, Estoniya, İspaniya, Fransa, Gürcüstan, Qazaxıstan, ABŞ, Rusiya, Xorvatiya, Səudiyyə Ərəbistanı, Qırğızıstan, İtaliya, Polşa, Yunanıstan, İordaniya, Macarıstan, eyni zamanda BMT, NATO, KTMT, AB və AŞ tərəfindən yayılıb və bu ölkə və təşkilatlar sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıblar.
Əntiqə Rəşid
Yazarın digər yazarlar

Baş nazir Türkiyə səfiri ilə görüşüb - FOTO

“Barselona”nın müdafiəçisi millidən kənarlaşdırıldı

Leyla Əliyeva "Oxbridge Baku" Akademiyasında olub - FOTOLAR

Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub - FOTOLAR

Ermənistan və Rusiya ticari-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edəcək

Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib - FOTOLAR

Ağ Evin yeni sahibi pulların hesabatını istəyir... - Elxan Şükürlü yazır
