MÜQAYİSƏ - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
38477 | 2019-08-09 16:12

Hər iki nənə nəvəsini görməyə gəlib. Əldən-ələ,qucaqdan-qucağa keçərək əzizlənən körpə çox xoşbəxtdi. Axı uşaqlar məhəbbətidaha dərindən duyurlar. Hətta buna görə "İt əppəyə, uşaq məhəbbətə” deyə atalarməsəli də yaranıb. Səmimi, riyasız məhəbbət yalnız uşaq ürəyində olur.

Sənin, mənimsöhbəti keçmir arada, qudalar olub-keçənlər, nəvənin, övladlarının güzəranıhaqqında söhbət edərkən qonşu içəri girir. Əvvəlcə uşağı əzizləyir, sonrauşaqları körpəlikdən ikiüzlülüyə öyrədən ilk sualı verir: Hansı nənəni çox istəyirsən?

Düzdü, busualı adətən bəzi nənələr nəvəylə tək qalanda soruşurlar, uşaq da nənəsininxoşuna gəlsin deyə, - səni! – deyə cavab verir. İkinci nənə də bu sualı versə,eyni cavabı verməyə məcbur olur və beləliklə ikiüzlülüyə alışmağa başlayır.

İntriqayaratmaq həvəsiylə cavab gözləyən qonşunun sualına nəvə: Hər iki nənəmi çoxsevirəm! – deyir. Cavab sanki xoşuna gəlmir qonşunun. Və "Oğlumun oğlu çaydankeçirər, qızımın oğlu...” deyə biədəb atalar məsəlini çəkir. - Daha çox atası tərəfəoxşayır, yəqin onları çox istəyəcək böyüyəndə.

Bu söhbətdənana tərəfdə gizli bir qısqanclıq işartısı görünür...

Bütün bunlarıizlədikcə siyasi məsələlərin də bir ailəarası məsələlərə bənzədiyini gördüm.İki ölkə mehriban qonşuluq şəraitində yaşayır, mübadilələr, ticarətlər,turistik səyahətlər normal şəraitdə həyata keçirilir və kənardan buna dözməyənxəbis üçüncü qonşu aranı qarışdırmaq üçün min cür hiylələr fikirləşir. "Dahayaxşı və daha ucuz” məhsuluyla göz boyayır, düşmənlərdən müdafiə olunmasındayardım edəcəyinə əminlik yaradaraq müqavilələr, sazişlər imzalayır, silahsatır, özünü güclü hiss etməsi üçün əlindən gələni əsirgəmir. Bu müddətdə eynizamanda mehriban olduğu qonşu ilə aranı pozmaq üçün əlindən gələni əsirgəmir. Hərbir fərdin psixologiyasını öyrənərək ona uyğun şəkildə haqqını tələb etmək adıylaən zəif nöqtələrindən istifadə edir və... artıq savaşa hazırdılar! "Üçüncülər”istəklərinə nail olaraq əksər müsəlman ölkələrini beləcə dağıtdılar.

Düzdü, siyasiməsələlər bu qədər də bəsit deyil və məqsədimbu məsələlərə qarışmaq deyil, demək istəyirəm ki, çox hadisələrinbaşlanğıcı evdəki, ailədəki tərbiyədən başlayır. Emosianallıqdan uzaq, səbirlə,sakit başla, ikiüzlülük etmədən, öz ağlıyla hərəkət edənlər uduzmurlar. Öz ağlıözünə kifayət edənlər - üçüncü ağıla ehtiyacı olmayanlar rahat, əmin-amanlıqdayaşaya bilərlər, təbii ki, əgər qarşındakı, ətrafındakı da sən ağıldaysa. Bizdəisə təəssüf ki, tarixən bu mümkün olmadı. Ayrı-ayrılıqda hər bir xan, şah, bəybabamıza maddiyyat təklif olundu və qonşusunun onun haqqında yanlış fikirlərsöylədiyini dilə gətirdilər və emosianallıqdan beyni qızışıb, başı işləməyən (indikidillə error verən) babalarımız da birləşmək əvəzinə mənəmlik həvəsinə düşdülər.Beləliklə də "tənha öküzü canavar yeyər” məsəli öz təsdiqini tapdı. Həm özlərini,həm xalqı bədbəxt elədilər. Və nə yazıq ki, illər, əsrlər keçsə də heç kimolanlardan dərs almadı. İndi Allahın yaltaq, miskin ermənisi öz evimizdə oturubbizə meydan oxuyur. Bizimsə boş-boş danışmaqdan ayrı bir şey gəlmir əlimizdən.Bilmək istərdim ki, Qarabağda keçirilən oyun ərəfəsində "Qarabağ bizimdi,NÖQTƏ!” deyən Paşinyanın sözü mənim kimi neçə milyonun içini yandırıb külə döndərdi?!Ürək, təzyiq dərmanı, əsəb sakitləşdirici, sərin su... kömək etməyən buinsanlardan neçəsi dözməyib infarkt oldu...

DoğrudanmıQarabağ da o biri dədə-baba torpaqlarımız kimi qanunsuz mənimsəniləcək? Həm dəerməni kimi ən alçaq sort millət tərəfindən? Bu sonu görmədən ölmək dahayaxşıdı.

İndi rahatyaşa görüm, necə yaşayırsan!


TƏQVİM / ARXİV