Unutqanlıq problemi - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
19055 | 2022-02-14 13:55

Son dövrlərdə hər kəsin yaddaşından, unutqanlıqdan şikayətini eşidirik. Bu, həm də gəncindən, yaşlısından asılı olmayaraq hər birimizə tanış olan haldır. Bunun səbəbiylə maraqlanıb etdiyim araşdırmalardan məlum oldu ki, səbəblərdən stress, zehni yorğunluq, depressiya kimi faktorlar ola bilir. Buraya yuxusuzluğu, siqaret, içki kimi alışqanlıqları da əlavə etmək olar. Gündəlik həyatda o qədər - yan otağa keçərkən nə üçün gəldiyimizi, demək istədiyimiz vacib sözü, açarlarımızı, pul qabını, çox yaxından tanıdığımız birinin adını unuduruq ki...

Mütəxəssislərin fikrincə, ən vacib əsas səbəblərdən biri insan orqanizmində yod çatışmazlığının olmasıdır. Yəni, orqanizmin sağlamlığı üçün vacib elementlərdən biri yoddur. Sonradan problemlə üzləşməmək üçün orqanizmin yoda olan tələbatını normal ödəmək lazımdır. Yod orqanizmə qida və su vasitəsilə daxil olur. Normal şəraitdə orqanizmdə 15-20 milliqram yod olur. Dünyanın bir çox yerlərində yaşayan insanlar bu vacib elementin çatışmazlığından əziyyət çəkirlər. Xüsusilə uşaqlarda yod çatışmazlığı boyun uzanmaması, zehnin az işləməsi, qəbul etmə və öyrənmək qabiliyyətinin azalması kimi problemlər yaradır. Yetkinlərdə isə trioid, xərçəng riskinin artması kimi nəticələr qaçılmaz olur. Qalxanvari vəzi boyunun ön tərəfində, nəfəs borusunun üstündə yer alan kəpənək şəklində bir orqandır. Çəkisi 18-20 qram olan bu vəz formasma görə kəpənəyə bənzəyir. Bu vəz içilən su və yeyilən qidalarla orqanizmə daxil olan yodu orqanizmin müxtəlif funksiyalarını yerinə yetirməsi üçün lazım olan hormonlara çevirir. Bunun ifraz etdiyi tiroid hormonlarının ən mühüm vəzifələri prqanizmin enerji istehsalında rol almaq və metabolizmi normaya salmaqdır. Zob xəstəliyinin yaranmasmm səbəbi yod çatışmazlığı olduğu bildirir. Uzun müddət kifayət qədər yod qəbul etmədikdə hormonlar az işləməyə başlayır və nəticədə qalxanabənzər vəzi böyüyür. Həmçinin, beyin və sinir sistemi başda olmaq üzrə bütün orqanizmin normal inkişafı üçün yod lazımdır.

Yod beyin və sinir sisteminin normal böyümə və inkişafı, bədən istiliyi və enerjisi üçün lazım olan trioid hormonlarının əhəmiyyətli komponentidir. Yod çatışmazlığı

ana bətnində uşağın düşməsi, ölü doğulması, körpə ölümü, karlıq, lallıq, zəka geriliyi və doğum anormallıqlarına yol aça bilir. Bu səbəblə həyatın sağlam ritmi üçün balanslı duzdan istifadə, xüsusilə yodlu duzdan istifadə həyati əhəmiyyət daşıyır.

Dünyada 1,6 milyon insan yod çatışmazlığı xəstəlikləri baxımından risk altındadır. 750 milyon adamda guatr xəstəliyi var, 43 milyon adam beyin qüsuru ilə yaşayır. Bunun qarşısını almaq üçün hər kəs gündəlik lazımi miqdarda yod elementini qəbul etməli və eləcə də duzlar yodlarla zənginləşdirilməlidir. İstifadə edilən süfrə duzuna bir miqdar yod qatılması və bu yolla bədənin ehtiyacı olan yodun alınmasıyla uşaqları təhdid edən yod çatışmazlığı ilə bağlı xəstəliklər, qeyri-kafi inkişaf kimi problemlərin qarşısının alınmasını təmin edər.

ATU-nun normal fiziologiya kafedrasının dosenti, "Normal fiziologiya" adlı dərsliyin müəllfi Rəşid Mahmudovun bu haqda fikirləri: "Mən də daxil olmaqla, Azərbaycan xalqının təbabət sahəsində problemi var. Onun biri suyun yodlaşdırılması ilə bağlıdır. Bilirik ki, su yodlaşdırılmasa, bizim yaddaşımız olmayacaq, bizim yaxşı kəşflərimiz olmayacaq. Fikir verin, Azərbaycanda çox sayda akademik var. Onlar nə kəşf ediblər?! Bunun səbəbi ilk növbədə yod çatışmazlığı ilə bağlıdır. Təsəvvür edin, bizə unutqan xalq deyirlər. Təkcə biz deyilik. Dünyada yaşayan əhalinin 2 milyardı yod çatışmazlığından əziyyət çəkir. 2000-ci ildən bəri Avropa ölkələri yod çatışmazlığını aradan qaldırmağa başladı. Onlar içməli suyu butulkadan içirlər. Həmin sulara ionlaşdırılmış yod əlavə olunur. Bizim pulla 1 litrə 1 qəpik xərc düşür. Bizdə də belə olsa, insanlarımızın həm boyu uzanacaq, həm intellektual səviyyəsi yüksələcək, həm yaddaşı normallaşacaq. Bir düşünün ki, uşaq evə gəlir, anası, atası, məktəbə də gedəndə müəllim

danlayır ki, niyə dərsini yadda saxlamırsan? Başa düşmürlər ki, bu, uşağın özündən asılı deyil. Bu gün insanlarımızda, uşaqlarımızda yod çatmır. İkinci problem isə geni dəyişdirilmiş məhsullardır. Onların öikəmizə gətirilməsinə qadağa qoyulmalıdır. Yod nə edir? Yod qalxanabənzər vəzdə hormon hazırlayır. Trioksin beyinə gedir. Beyində xüsusi hüceyrələr – peyk hüceyrələri var. Trioksin qlükoza ilə birləşib, qlutamin turşuları əmələ gətirir. Beyində ən çox olan qlutamin turşusudur. Bu zülal da, sinirlərin üzərində miyelin qişası əmələ gətirir. Miyelin də ağıl deməkdir. İndi insanlarda, yod çatışmırsa, nə olmalıdır? Yodda torpaqda, suda, bir də havada olur. Bakıda vaxtı ilə yod var idi. Sovet vaxtı, yod çatışmazlığı yox idi. Xəzər dənizi buxarlanırdı, bununla da havadakı yodu udurduq. İnsanlarda yox çatışmazlığı söhbəti ola bilməzdi.

Xəzər dənizinin suyunun üzərində nazik bir təbəqə var. Bu təbəqə buxarlanmağa imkan vermir. Biz yalnız yodu o zaman alırıq ki, dənizdə ləpə olur, bu zaman o təbəqə qırılır. Bu zaman nə yod çıxsa, onu uduruq. Sovet dövründə 2 gəmi gələrdi. Xəzər dənizinin üzərindəki nazik təbəqəni yığardı. Bu zaman da su buxarlanardı". Rəşid müəllim məsləhət görür ki, uşaqlar ildə ən az bir dəfə bir ay müddətinə rayon şəraitində yaşamalıdır ki, istənilən yodu ala bilsinlər.

Aparılan tədqiqatlar göstərir ki, körpələrin 60 faizi bir yaşından əvvəl evdə hazırlanmış tomatlı, duzlu və ədviyyatlı yeməklərdən yeyir. Halbuki, körpələr bir yaşına qədər heç biri duzlu qida qəbul etməməlidir. Uşağımızda duz çatışmazlığı olmasın deyə ona uşaq yaşlarında bu tip ədviyyatlı qidalar yedirtmək düzgün deyil. Hər şeyin başmda sağlam qida vərdişi durur. Bunu heç birimiz unutmamalıyıq. Uşaqlarımıza lap körpəliyindən sağlam qida vərdişi aşılasaq, böyüdükcə onlarda nəinki yod çatışmazlığı, digər xəstəliklərin də heç biri özünü göstərməyəcək. Ümumiyyətlə, yod orqanizmdə normal inkişaf üçün vacib olan bir elementdir. Buna görə də orqanizmdə yod çatışmadıqda insan həm zehni, həm də fiziki inkişafdan geri qalır. Yaşla bağlı gündəlik yod qəbulu belə olmalıdır: yodlaşdırılmış duz 0-12 aylıq uşaqlarda 50 mikroqram, 1-6 yaşda 90 mkr, 7-12 yaşda 120 mikr, 12 yaş və yuxarılarda -150 mkr, hamiləlik zamam 200 mikroqram. Yod qəbulu üçün dünyada ən çox istifadə edilən üsul duzun yodlaşdırılmasıdır. Çörəyin yodlaşdırılması, içməli suyun yodlaşdırılması, yod həblərindən istifadə etmək, yodlu yağ kapsullarından istifadə etmək də orqanizmin yodla zəngin olması çox vacibdir.

Yod qəbul edin – yaddaşınızın bərpası hələ gec deyil!!!

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV